Atlantida Azərbaycanda mövcud olmuşdur


  
İran ərazisində Dilmun [DLMN] rəmzi Deyləm və Delum [DLM] kimi məlumdur. Əbu əl-Ala İbn Xassul “Türklərin digər döyüşçülərdən üstünlüyü və böyük sultanın mövcudluğunun qədir qiyməti” əsərində, İbrahim ibn Xəlil əs-Sabinin “ət-Taci” kitabına əsasən deyləmilərin geneologiyasını, onların dövlətlərini, ləyaqətlərini xüsusi qeyd edir və onların tam xoşbəxtliyə çatmalarının sirlərini və onların zamanı qabaqlamalarını xüsusi vurğulayır. Xassul deyləmilərdən danışanda Adud əd-Daula, Allaha xas xüsusiyətləri şamil edir ki, bu da Daul [DL] rəmzinin bilavasitə Allaha aid edilməsi mənasındadır. Deyləmilərin tam xoşbəxtliyə çatmaları dedikdə isə, Xassul bilavasitə onların cənnətdə yaşamalarını nəzərdə tutur. Çünki qədim Misir mətnlərində “xoşbəxt, hüzur ölkəsi” dedikdə Osirisin (Oziri/Azər) şahlığı nəzərdə tutulur ki, digər mətnlərdə bu ölkə “Xoşbəxtlik adası” adlandırılır. Qədim Misir yazılarına görə əgər insan ömrü boyu “ürəyində Maatla” yaşamışsa, deməli günahsız və pakdır və o yenidən dirilib Yaru çöllərində, yəni cənnətdə xoşbəxt yaşayacaqdır. 
Kramerə görə şumerlərin Nuhu olan Ziusudra da məhz xoşbəxtlik ölkəsində yaşayır və buna görə də ona “Lu-ti-la”, yəni “həyat insanı” rəmzi şamil edilə bilər (V. K. Afanasyeva, “Gilqameş i Enkidu”, M.,1979, səh. 94, 115). Lu-tila rəmzi məhz “Tala eli” mənasındadır ki, bu da Allah Talanın göydəki elinin, həyat verən nurdan ibarət olması deməkdir. 
Quranda da “xoşbəxt” rəmzi cənnətə aid edilir və bildirilir ki, mömin adamlar üçün o dünyada şərab çayı, bal kimi təmiz çaylar axır, müxtəlif meyvəli ağacları olan bağ salınmışdır. Burada dadı dəyişməyən süd gölü var. Möminlər üçün burada pak zövcələr var və insanlar orada əbədi xoşbəxt yaşayırlar (Quran, 4:57, 9:72, 47:15-17).
Atlas/Tilos rəmzi mənbələrdə Delos, Adulis və s. formalarda da yazılır ki, Delos adası yunan mifologiyasında Apollon Allahının vətənidir. Qədim Misir mənbələrində Məsih obrazında göstərilən Apollon Allahını Mandulis adlandırırlar və Günəş Allahı Ra ilə eyniləşdirirlər. Bu isə Mandulis [MN-DLS] rəmzinin Amon-Delos [MN-DLS] mənasında Delos adasının Amon Allahının yaşadığı ruhlar dünyası olması deməkdir. Lakin bu mənbələrdə Mandulis obrazı eyni zamanda qədim Misirin Qor Allahı ilə eyniləşdirilərək uşaq və Ata obrazlarında göstərilir ki, bu da axirətdə gələn Məsihin də Allahın obrazı olması deməkdir (E.Y. Kormışeva, “Reliqiya Kuşa”, M., 1984, səh. 224,216,217,212,214). Digər mətnlərdə isə Delos [DLS] rəmzi Adulis [DLS] kimi qeyd olunur və yeraltı dünya mənasını verir.
Yazdıqlarımızdan belə çıxır ki, Atlantida adası, ilkin sularda (ilkin materiya), yəni göydə yaradılmış ada rəmzində ruhlar dünyasıdır. Bu adada Poseydon, ölümlü qadın Kleytodan olan öz şahlar nəslini yerləşdirmişdir. Kleyto [KLT]  rəmzi qədim mənbələrdə Kelt, Gilad, Qalaad, Xilat,  Xüld və s. kimi yazılır və Gel-Ata fikrini ifadə edir. Lakin bu rəmz eyni zamanda sufilikdə Tala-Ağa [TLĞ] kimi də oxunur ki, bu da Allah Talanın Gel eli ilə bağlı olması deməkdir.  
Mənbələrə görə, Xelata (Kleyto/Gilad) gələn türk məmlükü Sökmən (Nəsirəddin Mühəmməd Sökmən II) burada özünü Şahi-Ərmən adlandırır ki, bu da Ər-Əman, yəni Ra-Amon deməkdir. Bura, yəni Xelat eyni zamanda gürcü çarlarının da qəbrinin yerləşdiyi yerdir (K. Гандзакеци, «История Армении», М., 1976, səh.282, 234). Z. Bünyadov isə bildirir ki, Xilatın və Ərzincanın sahibi şah-Ərmən Nəsirəddin Mühəmməd Sökmən II, atabəy Cahan Pəhləvanın qızı ilə evləndi və onun ölümündən sonra Xilat Azərbaycan atabəylər ailəsinin malikanəsinə çevrildi (“İstoriçeskaya qeoqrafiya Azerbaycana”, B., 1987, səh.95). Atabəy (atabəg) rəmzi sufilikdə ilkin materiya ilə vəhdət təşkil edənlərin, yəni Allaha çevrilmişlərin atası mənasındadır ki, bu rəmz ən qədim Misir yazılarında bütün Allahların atası olan Ra-Amona (Ra-Əman – Rəhman) aid edilir. Xilatın həm Azərbaycan atabəylərinin malikanəsi olması, həm ərmənşahlar nəsli sayılması və həm də gürcü çarlarının qəbrinin burada yerləşməsi, Xilat şahlarının Poseydon Allahının nəsli olması deməkdir.
Quranda (25:15) Kleyto [KLT] rəmzi Xüld [XLD] kimi yazılır və bilavasitə cənnətin adı kimi göstərilir. Xilat/Kleyto rəmzləri ilə eyni məna verən Xüld rəmzinin cənnətə aid edilməsi, Atlantidanın məhz Tilos, yəni Talış dağlarının üstündə yaradılması mənasındadır. C. Frezer isə bildirir ki, Silvi şahlarının banisi öləndən sonra Allaha çevrilərək Alban dağlarının üstündəki fəzada qərar tutmuşdur (Дж. Фрезер, «Золотая ветвь», М., 1986, səh.147). Bu isə o deməkdir ki, Talış dağları elə Alban dağlarıdır və göydəki Qeb/Qeyb aləmi də burada yaradılmışdır.
Türk mənbələrində Tilos rəmzi Tolis kimi də qeyd olunur. “Moyun Çor” abidəsində yazılır: “Tanrıda olmuş, İl etmiş (El yaratmış) bilgə (müdrik) xaqan... Tolis...” (Ə Rəcəbov, Y. Mamedov, “Orxon – Yenisey abidələri”, B., 1993, səh.134). Burada Tolis, ilkin materiyanı göydəki Elə cevirmiş qədim Misirin Ra-Amon Allahı obrazında göstərilir. Digər mənbələrdə isə Talış dağlarında yaşayan türklər - Allah dağı Barkalda yaşayan Talas türkləri kimi qeyd olunurlar. Qədim Misir mətnlərində isə müqəddəs Barkal dağı Napatlı Amonun məbədgahı hesab edilir ki, mənbələrdə bu məbədgah Qızıl Opet (Pta) adlanır. Türklərin əcdadı Yafətin (Yapet/Opet/Pta) bu məbədgahının qızıl adlandırılması, oradakı bütün əşyaların qızıl və gümüşdən düzəldilməsi ilə bağlıdır.
Əflatuna görə, padişahlar vətəni olan Atlantidanın mərkəzində Kleyto və Poseydonun müqəddəs məbədgahı yerləşirdi və bura qızıl divarla əhatə olunmuşdu. Məbədgahın çöl tərəfi gümüşdən, akroterilər isə qızıldan hazırlanmışdı. Tavan qızıl, gümüş, və s. bəzənmiş fil sümüyündən düzəldilmişdi. İçəridə isə Allahın at arabasındakı qızıldan heykəli və s. sonsuz sayda digər qızıldan hazırlanmış heykəllər və əşyalar var idi. Əgər nəzərə alsaq ki, Atlantida Herakl sütunlarından o tərəfdə yerləşirdi, razılaşarıq ki, bura eyni zamanda, sütunlar şəhəri olan və Ad oğlu Şəddadın qızıl və gümüş kərpicdən tikdirdiyi İrəm zat əl-İmad şəhərinin obrazıdır. Yəni, Atlantida, yerin altında gizlədilmiş və qədim Misirdə ölüm şahlığı sayılan Sokarın (Aid/Qades) göydəki obrazıdır. 
Quranda (54:48, 74:26-28,43) Sokar rəmzi Sakar [SK-R]  kimi yazılır və “cəhənnəm odu” mənasını verir. Digər mənbələrdə Arsak [R-SK] kimi yazılan və bilavasitə ilahi odun (Nuri-Azər) qorunduğu yerlə bağlı olan Arsak/Arşak yeri Əl-Kufiyə görə Ərdəbildən 45 km yol məsafəsində yerləşir ki, bu da kaduslar (kuddus – müqəddəs) diyarı olan Talış dağlarının ərazisinə düşür.
Qeyd etmək istərdim ki, Talış dağları dedikdə bilmək lazımdır ki, indi cənub bölgəsində yaşayan etnik qrupun bu dağlara aidiyyəti yoxdur. Çünki, dövri mətbuatdakı məqalələrimizdə qeyd etdiyimiz kimi, Allah iki növ insan yaratmışdır ki, bunların ilkini Oziri/Azər nəsli olan türk bəgləri, pirlər, seyidlər, şıxlar nəsli olan müqəddəslər, yəni kadus/kudduslar nəslidir. İkinci növ insanlar isə adi insanlardır ki, Allah onların dillərini dəyişdirib dünyaya səpələmişdir. Bu gün talış etnik qrupunun da içərisində seyid, şıx və s. Azəri müqəddəslərin olması, onların kaduslarla qarışması deməkdir.  
Bütün bunlar o nəticəyə gətirib çıxarır ki, Atlantida - Misir fironu Ra-Amonun (Ra-Əman/Rəhman) göydə yaratdığı ruhlar dünyasıdır. Atlantlar isə, dünya üzərində hökmran kimi ilk yaradılmış Oziri (Azər) nəsli olan türk bəgləri, pirlər, seyidlər, şıxlar və s. müqəddəslər nəslinin əcdadlarıdır. Nəhənglər nəsli kimi yaradılan bu insanlar günah işlətdikləri üçün, “Allah əlini qoyub onları kiçiltmiş” və onlar öz qüdrətlərini itirmişlər.
Bütün bunlar haqda daha geniş məlumatlar və təkzibolunmaz faktlar müəllifi olduğum «Batini-Quran» kitabında verilmişdir. Kitabın bir hissəsi internetdə bu ünvandadır: www.gilarbeg.com . 
                                                                             
                                                                      Firudin Gilar Bəg                         
 




Tarix:      www.gilarbeg.com Saytı