Azər Allahının tarixi


    

                                                  

          Bu kİtab, Bütün Allahların Atası və Ağası, hər İkİ torpağı öz nuru İlə İşıqlandıran və bu torpaqların taxt-tacının hökmdarı, həqİqətlə yaşayan, əzəlİ, sİrlİ təzahürlü İlk yaranış, öz-özünü yaratmış müqəddəs Allah, çağırana gələn, yalvarana rəhİmlİ olan əbədİ Böyük Allah, Onu ürəyİndə qəbul edənİn gözəl müdafİəçİsİ, yerİ və göyü düzəltmİş şahlar Şahı, Böyük Atam, sahİb əz-zəman Azər və Əsəd Oğlu DƏDƏM QORQUDUN qayıdışına həsr olunur.

 

 

         Azərbaycan xalqının tarixi haqqında çoxlu kitablar yazılmasına baxmayaraq, bu gün də elimiz haqqındakı həqiqətlər qədim dünyanın sirləri kimi açılmamışdır. Məhz bu mənada, biz son dövr alimlərinin gəldiyi nəticələri bir kənara qoyub, qədim yazıları və mövcud reallığı əldə əsas tutmaqla müqəddəs elimizin sirlərini açmağa cəhd edəcəyik. Bizim digər tarixçilərdən fərqimiz ondan ibarət olacaq ki, biz «Quran»dakı «haqqa nahaq don geydirməyin, haqqı bilərəkdən gizlətməyin» (2.42) kəlamını üstün tutaraq yalnız və yalnız həqiqəti araşdırmağa çalışacağıq.

    «Kitabi Dədə Qorqud» dastanının Azəri türklərinin müqəddəs kitabı olmasını dünya alimləri artıq təsdiq etmişlər. Deməli, biz ən qədim abidəmiz sayılan bu kitabdan geninə - boluna istifadə edə bilərik. Bu abidəni oxumuş hər kəs təsdiq edə bilər ki, bu kitab da digər qədim abidələr kimi yarı mistik, yarı tarixi abidədir. İnsanın Allahla, Əzraillə söhbətləri, möcüzə göstərmək xüsusiyyətləri, qeybdən xəbər vermək qabiliyyəti bu kitabın, ən qədim yazılı abidələr olan Misir yazıları, «Odisseya», «Tövrat» və s. kimi  müqəddəs kitablar sırasında olduğu deməkdir. Deməli, istər-istəməz biz bu kitabın digər qədim yazılarla əlaqəsinə də fikir verməliyik.

    «Rəsul əleyhissəlam zəmanına yaqın Bayat boyundan Qorqud Ata diyərlər bir ər qopdu. Oğuzun ol kişi təmam bilicisiydi, deyirsə olurdu. Ğaibdən dürlü xəbər söylərdi. Oğuzun içində təmam vilayəti zahir olmuşdi. İlahmi-rəbbanilə neçə sözlər söylərdi».

        Kitabın bu ilk cümlələrindən göründüyü kimi Qorqud Ata adi adam deyildir. O, hər şeyi bilir, dedikləri həyata keçir, gələcəkdən düzgün xəbərlər söyləyir. Digər tərəfdən, elçiliyə gedən Qorqudu Dəli Qarcar vurmaq istədikdə o, möcüzə göstərib Dəli Qarcarın əlini qurudur. Deməli, Dədə Qorqud qeyri-adi ilahi xüsusiyyətlərə malik bir insandır. Qırğız, Qazax qam-şaman alqışlarının birində deyilir:  «Ölü desəm ölü deyil, diri desəm diri deyil, övliya Ata Qorqud». Bu o deməkdir ki, Qorqud nə ölü , nə də diri deyildir. Bartold bu görüşün səbəbini belə izah edir:   «Deməli, belə bir inam varmış ki, Qorqud canlılar aləmindən kənar edilmiş və eyni zamanda ölümə məhkum olunmamışdır». Bu fikirlə Jirmunski də razılaşır. Digər qam-şaman duasında deyilir:

             ”Su başında Süleyman, su ayağı ər Qorqud,

              Bəlaları sən Qorqud, çağıranda gəl Pirim”.

  Buradan belə çıxır ki, əvvəla Qorqud ölməmişdir, o hər şeyi əvvəlcədən bilir, bəlaları qorxudur və onu çağıranda da gəlir. Nəhayət, onun Pir adlandırılması Qorqud Atanın bilavasitə qədim Misirlə əlaqəsi olması deməkdir. Çünki qədim yunanların firon adlandırdıqları söz, qədim Misirdə Allah mənası verən Pir - Piro sözüdür.

      Həqiqətən də, 19-cu əsrin alman yazıçısı Georq Ebers Misir həyatını təsvir edən   «Uarda» əsərində qədim Misirdəki Qor Allahını Qorqud adlandırır. Digər tərəfdən «Kitabi Dədə Qorqud»dakı Bəkdüz Əmən personajının, tarixi 5000 ildən artıq olan qədim Misir abidəsində Təktüz Əman kimi göstərilməsi dediklərimizə danılmaz sübutdur. Qədim Misir yazısında deyilir: «Osiris və İsida, Əmən Tərüsdən olan, Zəkərərdən yaranan Təktüz Əmanı qoruyun»(I.Fridrix «deşifrovka zabıtıx pisminnostey i yazıkov» M.61 s.44). Nizami Gəncəvi isə «Iskəndərnamə» əsərində ”Təktüz taxtının” sahibini «Sahibkəran»; yəni yerin -göyün sahibi, ağası adlandırır. Belə çıxır ki, «Kitabi Dədə Qorqud»dakı Bəkdüz Əmən  qədim Misir yazılarındakı Təktüz Əməndir və o burada Allah rolundadır.

     «Kitabi Dədə Qorqud»da boyların birində Təkurun arvadı, quyuya salınmış Qazan xana deyir: «Vay, sənin əlindən nə yer üzündə dirimiz, nə də yer altında ölümüz qurtulmuşdur». Burada da rəmzi mənada Qazan xan kimi göstərilən Pir Qorqudun əlindən nə bu, nə də o biri dünyada qurtulmağın mümkünlüyü, Dədə Qorqudun iki dünyanın Allahı olmasına işarədir.

     Kitabın Vatikan variantının girişindəki:”Oğuzun içində təmam vilayəti zahir olmuşdi” cümləsi, bir elin içində ikinci el yaranmışdı, mənasındadır ki, ”bu da «Kitabi Dədə Qorqud»”da göstərilən ”«Iç el»in” Qorqud Allahın göydəki eli, «”Taş el»in” isə yer üzərindəki eli olması deməkdir. Bu haqda biz aşağada yazacağıq.

     Digər tərəfdən qədim Misirin Qor Allahının yazılarda ”Ağa” adlandırılması və ”Ğuz” sözünün də ona şamil edilməsi dediklərimizə daha bir sübutdur. Qeyd edək ki, o zamanlardan qalmış Pir, Ağa sözləri bu gün də dilimizdə möcüzə sahibləri mənasında işlənməkdədir. Qədim Misirdə həyat enerjisi mənasını verən ”Ğuz” sözü , bu gün şifahi xalq ədəbiyyatımızda eyni mənada Oğuz, Xız, Xızır kimi də qalmışdır. Xəzər, Gizir sözləri kimi bu sözlər də Ğuz/Oğuz ər mənasında ”«həyat enerjili günəş”» deməkdir. Deməli, Qor Allahı, yəni Qorqud eyni zamanda rəvayətlərdə ölümsüzlük qazanmış Xızır peyğəmbərdir.

        Qədim həqiqətləri daha yaxşı başa düşmək üçün biz, qədim Misirdə yaranmış kamil dilçilik elminin əsas qanunlarına nəzər salaq. Mütəxəssislər qeyd edir ki, qədim Misir dilçiliyi, Finikiya, qədim Yəhudi, Aramey və s. kimi, yalnız samitlər üzərində qurulmuşdur. Hər bir samit müəyyən bir mənanı ifadə edir ki, söz də bu samitlər birləşməsinin ümumi mənasıdır. Yalnız konsonant kök mənanı bildirir, saitlər isə müxtəlif variantlarda müxtəlif formada bağlayıcı rolunu oynayır. Buna görə də qədim Misir, Yəhudi, Ərəb və s. dilçiliklərində saitlər yazılmır. Uyğun samitlərin eyni məna verdiyi bu dilçilikdə, yerdəyişmə mənaya təsir etmir. Bu mənada Azər, əzra, əsir, aşur, arus və s. sözlərin mənası eynidir. Belə çıxır ki, sirli kabbala və sufi elminin də kökündə duran dil qədim Misir dilidir. Kabbala, dünyanın Allah tərəfindən

yaradılmasının sirri haqqındakı mistik təlimdir ki, burada cümlənin birbaşa mənasından başqa daxili, iç mənası da var. Deməli, cümlənin adi, yəni taş mənası bu dünyaya, cümlənin daxili, sirli iç mənası isə göydə yaradılmış gözəgörünməz ruhlar dünyasına aiddir. Bu məntiq qədim Misir, Assur-babil dövründən xristianlıq və sonrakı dövrlərə qədərki yazılarda ana xətti təşkil etmişdir. Müsəlmanların «batinilər» cərəyanına görə də «Quran»ın görünən-zahiri mənasından başqa, onun daxili-batini mənası da var ki,  o avamlar üçün yox, yalnız «seçilmişlər»  üçündür. Lakin hər iki dünyanın səbəbkar yaradıcısı «kainatın həyat enerjisi»” olduğu üçün, «həyat enerjisi” dünyası», yəni ruhlar dünyası əsas səbəb kimi götürülür. 

       Mogilyan və Gültəkin abidələrinin ilk sətirlərində deyilir: «Mən tanrı tək,  tanrı yaratmış bilici  türk xanı...»  və  ya  «Mən tanrı tək göydə yaranmış bilici  türk xanı ...». Bu o deməkdir ki, Göy türk abidələrini yazan Oğuzlar da, özlərinin göydə Allah yaratmış türk xanın nəsli olduğunu bilirmişlər. Eyni mənalı yazılara qədim mənbələrdə çox rast gəlmək olar. Firdovsi məhz bu mənada ”«Şahnamə”» əsərində Cəmşidin ilk dəfə göydə taxta çıxdığını yazır. Bütün bunlar haqqında daha geniş məlumat müəllifi olduğum «”Qor Əman»” adlı kitabda verilmişdir.     

         Məhərrəm Ergin, daha sonralar V.M.Jirmunski, Ditsin çapa hazırlandığı iki atalar sözünə xüsusi diqqət etmişlər və həmin atalar sözləri bunlardır: ”Oğuzdan 366 alp qopdu, 24 xas bəy, 32 Səkcək Sultan Salur Qazan oqçisi Quzan peklisi Qormuş oğlundan Qorqud”. İkinci atalar sözü belədir: «Abalca çiçəkdən ündüm, bir qətrə murdar mənidən döndüm ana rəhminə düşdüm, atə belindən endim,alə gözlü div qızınından tuğdum, tənri bir peyğəmbəri həqq bildim. Oğuz xəlqinin başına xeyir gələsini, şər gələsini yeküt tənim».Birinci atalar sözünün mənası qədim Misirin dilçilik qanununa əsasən belə açılır: ”Həyat enerjili ər, yəni Təktüz Əman bir il müddətində 32 nurlanmış müdrikləri, dan yerinin sahibini, həyat verən maya və onun hakimi olan Qor ruhunu, yəni Qor Allahını yaratmışdır”. Bu atalar sözündəki rəqəmlərlə əlaqədar qeyd etmək istərdik ki, qədim Misir yazılarında 365 qurbangahın qurulması haqda və Osirisi gözləyən 24 xüsusi Allahlar haqqında məlumatlar verilir. Bundan başqa, qədim Misirin ruhlar dünyasının, yəni iç elinin 42 hakimi var ki, bunlardan onunun adı Qor Allahının adlarıdır. Deməli, buradakı 32 rəqəmi və Qor Allahı birlikdə ölülər dünyasının hakimləridir.

        İkinci atalar sözünə gəldikdə qeyd etmək lazımdır ki, bu atalar sözünün də izahını yalnız və yalnız Qor Allahı ilə əlaqədar vermək mümkündür. Qədim Misir yazılarına görə Qor Allahının yaradılmasında Lotos - Şanagüllə adlanan, göldə bitən çiçəkli bitkidən istifadə  olunmuşdur ki,  uşaq Qorun lotosda təsviri Misir rəsmlərində geniş yayılmışdır. Bu atalar sözündəki  «bir qətrə murdar mənidən döndüm» ifadəsi də Qor Allahının rəmzi olan qədim Misirin Atum Allahının yaradılması ilə bağlı ifadədir. Belə ki, dünyanın yaradılması prosesində Atum Allahının mənisi və əlləri (onu çıxaran), özünü sonsuz işıq dənizi - «nun» suları timsalında yaradan Pta Allahının, yəni doqquz Allahın sözü və ürəyi ilə eyniləşdirilir. Belə çıxır ki, bu cümlədə söhbət, Qədim Misirdə kosmik hadisə kimi təsvir edilən və Qor Allahının rəmzi olan Atum Allahının yaradılmasından gedir. Atalar sözündəki ala gözlü div qızından doğum isə bu kosmik hadisənin digər detallarına işarədir. Qədimdə təbiət enerjisi ilə bağlı olan və ona bilavasitə təsir edə bilən varlıqlar div hesab edilərmiş. Div qızı anlamı isə təbiətin qadın başlanğıcı enerjisi mənasında ruhlar dünyasının rəmzidir. Tədqiqatçı alim V.N. Toporovun araşdırdığı «günəş doğan qadın» əfsanəsi ilə bağlı rəsmdə, göy Allahı Nutun günəş Allahı Qoru doğması təsvir olunmuşdur. Burada, ulduzlar arasında təsvir olunmuş qadının ayaqları arasından  qanadlı böcəy günəş diskini çıxarır. Qeyd edək ki, belə rəsm, yəni böcəyin günəşi çıxarması rəsmi, 1620-ci ilə aid Türk miniatüründə də var. Törəmə ilə əlaqadar Misir mətnlərində KZ (KA) anlayışının mənası da maraqlıdır. Pitri bunu «əcdadların ruhu», Bissinq   «həyat prinsipi», Qardiner «ruh, şəxsiyyət» və s. kimi adlandırmışlar. «KZ» anlayışının «həyat gücü» mənasını verməsi, Erman və Frenkfort tərəfindən söylənilmişdir ki,  bu da həqiqətə çox oxşardır. Bir tərəfdən «KZ» sözünün kişi tənasül aləti ilə qanunauyğun birləşməsi öküz anlamını verir və digər tərəfdən «KZ» sözü Kızat kimi vilva mənasında işlənir ki, bu da sözün «həyat gücü»,»həyat enerjisi» mənasında  olmasına işarədir və s.(Drevniy Vostok–2.M1980.s75-97).   

      Yazdıqlarımızdan belə çıxır ki, bu atalar sözünün hər ikisində söhbət, qədim Misir Allahı olan Qor Allahından gedir. Aşağada biz faktlarla sübut etməyə çalışacağıq  ki, qədimdə ikinci Misir ölkəsi də olmuşdur ki, «Allahlar yurdu» sayılan bu elin digər adı, dünyanın  göbəyi olan Ta-mar (Mar-Midiya F.G.) ölkəsidir. 

     Bütün bunlar o deməkdir ki, «Kitabi Dədə Qorqud» abidəsi də «Odissey», «Tövrat» və s. abidələr kimi qədimdə baş vermiş və bizə məlum olmayan hansısa kosmik hadisəyə həsr olunmuşdur. Maraqlı faktdır ki, Platon (Əflatun) da qədim rəvayət, dastan və s. abidələrin eyniliyini «Politik» əsərində xüsusi qeyd edir: «Bütün bunlar və bundan başqa minlərlə daha qeyri-adi şeylər, yalnız bir hadisənin bəhrələridir. Lakin müəyyən zaman müddətində bunların çoxu yaddaşlardan silinmiş, qalanları isə dağınıq haldadır və bunlar haqqında ayrıca danışırlar. Bütün bunların kökündə isə nə olduğu haqqında isə heç kim danışmır» (269 s). Bu o deməkdir ki, bütün dünyaya yayılmış rəvayət və nağılların kökündə yaddan çıxmış hansısa qeyri-adi bir kosmik hadisə durur. Digər yerdə Platon Solonun sözlərinə istinadən yazır: «Bizim elimiz (şəhərimiz) qədimdə çox böyük və təəccübə layiq işlər görmüşdür, hansı ki, sonradan insanların ölümü və zamanın gedişi müddətində yaddan çıxmışdır» («Timey» 21e). Beləliklə, biz nəticə çıxara bilərik ki, «Kitabi Dədə Qorqud»” abidəsi də digər abidələr kimi bu sıradandır və burada da söhbət məhz dünyanın yaranmasından gedir.

      Yazdıqlarımızdın çıxan digər nəticə odur ki, Dədə Qorqud da, Oğuz xaqan da, Xızır peyğəmbər də, qədim Misirin baş Allahı olan Qor Allahının obrazlarıdır. Bununla əlaqədar qədim Misirdə yaradılmış Qor Allahı haqqında qısa məlumat vermək istərdik.

     Təxminən 5500 il bundan əvvəl qədim Misirin ilk ”Pir”i olan Təktüz Əman (Amon), 400 min öküz, 1422 min qoyun qurbanı və s., 120 min nəhəng insanın könüllü   ölümü nəticəsində,  magik ritual, alqış-mantralar vasitələri ilə onların ruhlarını göydə toplamış və ulduzlar ətrafında əbədi ruhlar dünyasını yaratmışdır. Eyni zamanda o, göydə Qor Allahını yaratmış və qədim hind mənbələrində «”Aşvamedxa»” adlanan ritual vasitəsi ilə yer kürəsini ”at timsalında” öz iradəsinə tabe etmişdir. Magiyanın qanunları ilə tam izah oluna bilən bu ritualın nəticəsində, bəşər tarixində ilk dəfə olaraq insan ruhu ölümsüzlük qazanmışdır. ”«Kitabi Dədə Qorqud»” abidəsinin ilk cümləsi olan «Rəsul əleyhissəlam zəmanına yaqın Bayat boyundan Qorqud Ata diyərlər bir ər qopdu» cümləsi də məhz bu mənada Qorqud Atanın ölümsüzlüyə ayrılması deməkdir. Bu cümlə qədim Misirin dilçilik qanununa uyğun belə başa düşülməlidir: ”«Günəş elinin ruhuna alqış söylənən dövrdə, günəş övladları nəslindən sonsuz həyat enerjili Qor Allahı deyilən bir günəş ayrıldı”». Deməli, Misir fironu Təktüz Əmanın dövrünə qədər insan öldükdə, onun ruhu işıqda parçalanıb yox olurdursa, Əman göydə ruhlar dünyasını və onun günəşi olan öz ruhu-Qor Allahını yaratdıqdan sonra, insanın ruhu bu əbədi dünyaya köçür və bilavasitə yerdəki dünyaya da təsir edə bilir. Təktüz Əman özü sağ ikən, göydə ”Ğuz” deyilən həyat enerjisi yaratmış və onu Oziri (Azər F.G.) adlandırmışdır. Bundan 16 il sonra isə Əmanın özü fiziki öldükdən sonra onun ruhu, yəni İsida (Əsəd F.G.) göydə yaradılmış Oziri ilə birləşib Qor Allahına-Qorquda çevrilmişdir.

           Qeyd etmək lazımdır ki, prof. M. Korostovun yazdığına görə qədim Misirin üfüq tanrısının ”Qor” kimi oxunuşu çoxdan köhnəlmişdir. Müasir misirşünaslar ”Qor” sözünü ”Xor Axtı” kimi oxuyurlar. Bununla əlaqədar bildiririk ki, qədim Misirdə saitlər məna ifadə etmədiyi üçün alimlər bu saitləri təxmini yazırlar. Deməli, Xor Axtı sözü həqiqətdə Xorxut kimi oxunmalıdır ki, bu da Qorqud deməkdir. Bununla belə Dərbənd şəhərində ”qırxlar” qəbirstanlığındakı Qorqud Atanın qəbirinin adı yerli əhalinin dilində elə «Xorxut Ata» kimi də qalmışdır. Qədim Misirdə Xatxor adlı Allah da vardı ki, bu da Qutqor, yəni Qorqud mənasındadır.

             Qədim Misirdəki «Qut» sözü  dilimizdə Xud/Xuda, Qodu, ingilislərdə isə  Allah mənasını verən ”Qad” kimi qalmışdır. Bu gün ”Novruz” bayramında oxunan ” «Qodu xan»” nəğməsi və ”«qodu-qodu»” oyunu da məhz bu mənada Qorqud Allahına işarədir. Prof. M. Seyidov bu haqda yazır: ”«Qodu əksliklərlə, istiliklə, nəmişliklə ilişgili olduğundan, o güləndə gün çıxır, ağlayanda yağış yağır, soyuq olur. Bundan apaydın görünür ki, Qodu iki əksliyin başlanğıcıdır».”

             Qodu-qodunu gördünmü?

             Qoduya salam verdinmi?

              Qodu burdan ötəndə

              Qırmızı gün gördünmü?

              Qoduya qaymaq gərək

              Qablara yaymaq gərək

              Qodu gün çıxarmasa

              Gözlərin oymaq gərək.

              Qodu palçığa batdı

              Qamarladım çıxartdım

              Qızıl qaya dibindən

              Qırmızı gün çıxartdım.

  Novruz bayramında sübh tezdən günəş doğanda, tonqal başında dövrə vurduqca hamı ”Qodu xan” nəğməsini oxuyardı:

             Qodu xan, Qodu xan

             Söndürmə odu xan

             At üstə Qod gətir

             Ulusa od gətir

             Qodu xan göy xanıdır

             Qodu xan dağ xanıdır

             Qodu xan ağ xandır

             Sözü bal Qodu xan

             Özü al Qodu xan.

      Buradan açıq görünür ki, Qodu adlandırılan varlıq, qırmızı gün timsalında, əkslikləri özündə birləşdirmiş Qor allahıdır. «”Avesta»”da «”qata»” kimi göstərilən qodu sözü, el arasındakı dualarda ” «kəta»” kimi də qalmışdır. Dilimizdəki gədə/gidi/güdü sözləri də buradandır. Qodunun qırmızı gün çıxarması, firon Əmanın qızılı rəngdə olan Qor Allahını yaratması mənasındadır. Qodu xanın dağ xanı, ağ xan olması onun bilavasitə sübh allahı olan Oğuz, Oziri oğlu Qor allahına/Qorquda aid olması deməkdir. Novruz bayramında keçirilən kos-kosa törənində deyilir:

            Mənim kosam canlıdır.

            Qolları mərcanlıdır

            Kosama əl vurmayın

            Kosam iki canlıdır.

Burada kosa sözü, qədim Misirdə həyat enerjisi mənasını verən «”ka»” və ruh mənasını verən ”is/iz- «issi»” samitlərindən ibarətdir. Bu isə o deməkdir  ki, Oğuz sözü də, kosa sözü kimi qədim Misirin «kz» sözü mənasındadır.  Bu sözün açması «”həyat enerjisinin ruhu”» fikrini ifadə edir ki, bu da Qoru yaratmış Əmanın ruhuna işarədir. Deməli, kosa elə firon Əmandır. Kosanın qollarının mərcanlı olması, onun əllərinin bəhrəsi olan Qorun mərcan kimi dairəvi olmasına işarədir. Kosanın, yəni Əmanın ikicanlı olması isə onun yaratdığı Qora işarədir. Firon Əman bir il müddətində göydə Qoru qurban və xüsusi rituallarla yaratmış və bir ilin tamamında Qor Allahı artıq canlanmışdı. Dilimizdəki ”«il təhvil oldu»” ifadəsi məhz buradan qalmışdır. Deməli, Novruz bayramının il təhvil olan günü Əman, Qor/Qorqud Allahını öz beynindən ayırmışdır.

       «Kos-kosa» törənində kosa birdən yıxılıb ölür və bir müddət sonra yenidən dirilir ki, bundan sonra bayram mərasimi daha da canlanır. Kosanın yıxılıb ölməsi, onun bir insan kimi fiziki ölümü deməkdir. Sonradan dirilməsi isə yaratdığı Qor Allahı ilə birləşib müqəddəs ruh kimi ölümsüzlük qazanması mənasındadır. Qeyd edək ki, İraq Kərkükündə yağış yağdırmaq istədikdə də ”«Kosa gəldi»” mərasimi keçirilir ki, bu da mərasimin bilavasitə Allaha müraciəti kimi qəbul olunmalıdır.

       Keçmişdə od çərşənbəsində gün doğan vaxt ona at qurban kəsərmişlər və inanarmışlar ki, bu qurban insanlara xoşbəxtlik gətirir. Qurbanın sübh tezdən, dan yeri sökülən vaxt kəsilməsi, onun üfüq Allahı olan Oğuz, yəni Əmanın göydə yaratdığı Qor Allahı üçün kəsilməsinə işarədir. Tonqal üstündən hoppanan vaxt deyilən deyimlərin biri belədir:

          Dədəm gəlsin, saz gəlsin

          Oymağımıza yaz gəlsin.

          Ağ saqqalın işıqdır

          Bahara yaraşıqdır.

Buradakı Dədəm sözü iki dünyanın hökmranlığını özündə birləşdirmiş Qor Allahının /Qorqudun adının qarşısında qədim Misirdən bu günədək işlənməkdədir. Ağ saqqalın işıq olması, bu Allahın işıqdan, nurdan yaranması mənasındadır. Bu gün Novruz bayramında Xızır törəninin keçirilməsi məhz bununla əlaqədardır:

           Xızır, Xızır, Xız gətir

           Var dərədən od gətir

           Xızıra Xızır deyərlər

           Xızıra çıraq qoyarlar.

  Qədim Misirdəki Kız/Xız/Ğuz sözü kişi və qadın başlanğıcı enerjisi kimi hər bir şeyin yaradıcısı sayılmışdır. Qor Allahı da özlüyündə, onu yaradan firon Əmanın ruhundan və ”qızıl dairə, disk” formasında əkslik mənasını verən ilk kişi və qadın başlanğıcı enerjisindən ibarətdir. Deməli, Qor Allahı Xız enerjisindən, yəni Oğuzdan ibarətdir və Oğuz da həyat enerjisi mənasında Qor Allahıdır. Xızırın, yəni Oğuz Ərin dərədən od gətirməsi onun günəş və təbiət enerjisindən güc almasına işarədir. Bildiyimiz kimi, yaz fəslində təbiətin oyanışı bu enerjidən çox asılıdır. Bu enerjini isə yalnız həmin enerjidən yaranmış Qor Allahı/Qorqud gətirə bilər. Çünki Qor Allahı həm ikinci dünyanı yaradan enerjiyə sahib kimi təbiətə, həm də bir insan kimi öz elinə yaxındır. Xızıra çıraq qoyulması isə onu enerji ilə yad etmək deməkdir.

 Novruz bayramında günün çıxması ilə əlaqədar oxunan mahnıda deyilir:

         Gün çıx, gün çıx

         Kəhər atı min çıx

         Keçəl qızı evdə qoy

         Saçlı qızı götür çıx.

 Bu deyimi başa düşmək üçün nəzərə almaq lazımdır ki, qədim Misir, Şumer və s. rəsmlərində, göydə üç varlıq təsvir olunardı. Bunlar ay, günəş və səkkizbucaqlı işarəsidir. Əgər biz keçəl qızı ay, saçlı qızı günəş kimi qəbul etsək, onda kəhər atı minib çıxan günün səkkizbucaqlı işarəsi ilə təsvir olunan Uğur/Qor Allahı olması qərarına gələrik. Uğur/Qor Allahının sübh Allahı olduğunu nəzərə alsaq, onda razılaşarıq ki, o məhz sübh tezdən günəşlə birgə çıxır. Səkkizbucaqlı işarəsi isə həyat enerjisi, yəni Oğuz mənasını verən iki xaçın birləşməsi deməkdir ki,bu da iki dünyanın həyat enerjisi mənasında Dədə” ifadəsini bildirib, Qor Allahına - Qorquda aiddir.

      Novruz bayramında yumurta boyadılması, qızılı rəngdə olan işıq dairəsinə, yəni Qorquda işarədir. Bildiyimiz kimi yumurtadan hər iki cins əmələ gəldiyi üçün o, burada həyat enerjisi olan Xız/Ğuz anlamını verir. Bayramda səməni xonçasını aparanlar həyətləri gəzər və oxuyarmışlar:

          Mən xeyirli sünbüləm,

          Mən sehirli sünbüləm,

          Yolçulara yoldaşam

         Oğuzun qardaşıyam.

         Ağ günlər yayanam mən.

          İnsana həyanam mən.

  Sünbülün sehirli olması, onun yolçulara yoldaş, Oğuza qardaş, insana həyan və ağ günlər yayan olması, onun açıq-aşkar Hermes, Oğuz, Uğur və s. adlar ilə tanınan Qor Allahına/Qorquda aid olması deməkdir. Bu bayramdakı keçi kultu isə təbiətin dirilməsi, məhsuldarlığın artımı, bərəkətlə əlaqədardır ki, bunlar da ilk qadın başlanğıcı enerjisi olan su, nəmliyə işarədir.

       Əzəl çərşənbəsi sübh tezdən köpüklənən ağ suyu, qədimdə dərdlərin dərmanı, dirilik suyu kimi qəbul edərdilər. Babalarımız su üstünə yığışaraq ”Yada” (Ay Ata) və ”Aban” (əcdad) nəğmələrini oxuyaraq, öz ulu əcdadları olan Qorqud Allahına alqış söyləyərdilər.

       «Kitabi Dədə Qorqud”»un girişindən sonrakı ”«Dirsə xan oğlu Buğac xan boyun bəyan edir»” boyu, Misir fironu Təktüz Əman tərəfindən yaradılmış ruhlar dünyası, onun ilk günündən axirət gününə kimi baş verən əsas hadisələri haqqındadır. Nəzərə alaq ki, kitabda bütün hadisələr rəmzi mənada göstərilir. Boyda Bayandır xanın əmri ilə üç çadırın qurulması, oğlu olanın ağ çadıra, qızı olanın qızılı çadıra, övladı olmayanın qara çadıra göndərilməsi, rəmzi mənada insanın yaşadığı dövrdə topladığı müdrikliyin öləndən sonra qaranlıqda itməsi, parçalanması mənasındadır. İnsan, ilk kişi başlanğıcı enerjisi sayılan işıqdan və ilk qadın başlanğıcı enerjisi sayılan sudan ibarət olduğu üçün, o öləndə ruhu ayrılıb ağ işığa, bədəni isə torpağa, nəmliyə, yəni ilk qadın başlanğıcına qarışır. İnsanın ömrü boyu topladığı biliyin, ağılın isə öləndən sonra qovuşmağa yeri olmadığı burada nəzərə çatdırılır. Buna görə də Dirsə xan atdan, dəvədən, qoçdan və s. qurbanlar kəsir və ağzı alqışlının duası ilə, yəni magik ritual, qurban və söz vasitəsi ilə bir oğul qazanır. Qor allahını yaradır. Oğlan, yəni Qor Allahı 15 ildən sonra Bayandır xanın «ağ meydanında», yəni günəş işığında cəng edir, buğaya qalib gəlir. Bütün boylarda yalnız yerindən duran və ağ ban evini qara yerə tikən Bayandır xan günəş mənasında göstərilir. Buğaya qalib gəlmək göydə buğay, öküz formasında ruhlar dünyasını yaratmaq mənasındadır.

        «”Oğuznamə»”nin üzərində ciddi elmi iş aparan Şerbak yazır ki, əlyazmanın 2-ci sətrinin birinci və üçüncü sözlərinin arasında öküz şəkli çəkilmişdir. ”Oğuz xaqan” dastanında deyilir: ”«Bəlli olsun dedilər, onun görünüşü bax budur” və öküz şəkli göstərilir».  S.Tolstov çox haqlı olaraq yazır ki, Oğuzun ”kişi stixiyası”-ünsürü (birinci arvadı) və ”su stixiyası” (ikinci arvadı) ilə izdivacından Kainat yaranmışdır.

  Qeyd edək ki, qədim Misir yazılarında da firon Əman  ”öküz” adlandırılır: «Əgər kimsə ”Ta-set”inin öküzü Amon-Ranın (Əman-Ra F.G.) əmrini bu məbədgahda pozsa, o Amon-Ranın qılıncı və Söhmətin alovunun altında olacaq və onun oğlu onun taxtında oturmayacaq»”. Qeyd edək ki, qədim Misirdəki kimi, İranda, Təxti-Cəmşiddəki sütunların başında olan ikibaşlı öküz də qədim Misir yazılarında ”Dədə ”adlandırılır. Yazdıqlarımızdan belə çıxır ki, ”«Kitabi Dədə Qorqud»”dakı buğaya qalib gəlmiş Buğac eyni zamanda Oğuz və Dədə Qorquddur.

       Bildirmək istərdik ki, göydə ikinci dünyanın yaradılması hadisəsi ”«Tövrat»” kitabında Nuh peyğəmbər timsalında göstərilmişdir. Nuh peyğəmbər ”işıq dənizində” ölümsüzlük qazanmaq üçün gəmi düzəldir, yəni ruhlar dünyasını yaradır və xilas olur. Bununla da özü və ondan sonrakı nəsli üçün ikinci dünya yaradır. Burada gəmiyə heyvanlardan da götürülməsi, ikinci dünyanın yaradılmasında onların ruhlarından istifadə edilməsi mənasındadır. Bu gün Qobustan, Mesopotamiya və Norveçdəki qədim abidələrdə qayığın uc hissəsindəki günəş şəkli məhz, işıq gəmisinin günəşi olan Qorqud Allahı deməkdir. Kitabda:

 ”           Ağ qayanın qaplanının erkəgindən bir kökün var   

            Ağ sazın aslanından bir köküm var.

            Əzvay qurd əniyi erkəgindən bir köküm var

            Ağ sunqur quşu erkəgindən bir köküm var”

deyimləri bilavasitə göydə yaranmış Qorqudun yaradılmasında bu canlıların ruhlarından istifadə olunması mənasındadır. Qazan xana aid edilən «Tülü quşun yavrusu», «Amit soyunun aslanı», «Qonur atın iyəsi» və s. deyimlər də məhz bu mənada göstərilir. Bununla bağlı qədim Misir yazılarının birində deyilir: ”«Tərif  əvəzi hər iki torpağın taxt-tacının hökmranı Amon-Ra, cənub torpaqlarında hökmranlıq edən aslan, Böyük Allah, göyün sahibi, üfüqün Ra-Qoruna»”.

  Gördüyümüz kimi Qorqudun aslana bənzədilməsinin də yaşı 5 min ilə yaxındır. Bundan başqa qədim Misirin Qor Allahı da göydə sahiblik edən qartala bənzədilir. Qeyd etmək lazımdır ki, «”Kitabi Dədə Qorqud»”dakı bəzi ifadələri yalnız qədim Misir yazıları ilə açmaq mümkündür. Kitabda:

”Yetdigimdə yel yetməzdi.

  Yedi urğunım Yeni Bayırın qurduna bənzərdi yigidlərim.

Yedi kiş ilə qurulurdu mənim yayım.

Qayın talı yeləgümdən sum altunlu mənim oxum.”

  Digər yerlərdə:

”Qaba öncəm-oyluğum qarşu tutan Qazan ər idim.

Firon şişlər yükəlib yerdən çıxsa

Qaba öncəmlə pərçin qılan Qazan ər idim.

Yedi başlı əjdahaya yetib vardım.

Qlavuzsuz yol başaran Qazan ər idim.”

  Bu və ya digər deyimlərdə söhbət bilavasitə göydə yeni günəş və yeni el yaratmış Qorquddan və onun bu yaranışda istifadə etdiyi yeddi növ enerjidən gedir. Qədim Misirdə ”Xator” kimi qəbul edilmiş ”Qadir” Allahı yeddiliklə, yeddi qadın ilahəsi ilə təsvir olunarmış ki, bura yeddi növ möcüzə aiddir və bunlar Qorqud nəslinə ötürülən xüsusiyyətlərdir; gələcəyi görmə, təbiətə təsir etmə, insanları sözlə sağaltma və s. bu yeddiliyə daxildir. Qeyd edək ki, ”Xator” adı sonrakı ərəblərdə ölümsüzlük qazanmış ”Xıdır” adı kimi də qalmışdır ki, bu da «həyat enerjili günəş ata»” anlamındadır. Kitabda ”«Qaba aləm götürən xanımız Bayandır xan»” cümləsindəki ”Qaba aləm” sözü  göydəki el mənasında işlədilir ki, bu gün bu söz dilimizdə «”Qibleyi-aləm»” kimi qalmışdır. ”Qaba-aləm” sözü qədim Misirdə Qor Allahının göydə yaratdığı ruhlar dünyasıdır. Buna görə də yazılarda Qor Allahı Oziri mənasında «Qaba aləmin ilk oğlu» adlandırılır. Qor Allahının Qaba aləmi Nut göyündən ayırmasının rəsmi qədim Misir şəkillərində vardır.

          Digər tərəfdən ” «Kitabi Dədə Qorqud”»da Basat anasına ”Qaba ağac” deyir ki, bu da mifologiyalardakı ”həyat ağacı”, ”dünya  Ağacı» mənasındadır. Belə ki, Firon Əman yerdəki aləmlə göydə yaratdığı ruhlar aləmini dünya ağacı vasitəsi ilə birləşdirmişdir. Deməli, insan yerdə öldükdən sonra onun ruhu bu ağacın gövdəsi vasitəsi ilə ağacın budaqlarına, yəni əbədi ruhlar dünyası olan Qaba aləmə daxil olur. Dünya ağacı özlüyündə yerdəki canlıların ruhundan yarandığı üçün o göydə qadın başlanğıcı mənasındadır. Qor Allahı/Qorqud ilk kişi və qadın başlanğıcı enerjisindən ibarət olduğu üçün qadın başlanğıcı enerjisini təmsil edən Qaba ağac onun anası sayılır.

        Qardaş Türkiyədə Qorqud haqqındakı rəvayətlərin çoxunda qeyd olunur ki, ölümdən qaçan Qorqud Ata hər yerdə ölümə rast gəlir. Nəhayət, o su üzərində sakitlik tapır ki, burada ölüm ona yaxın dura bilmir. Qorqud Atanın su üzərində ölümsüzlük qazanması, su-nəmlik, yəni ilk qadın başlanğıcı enerjisi mənasında dünya ağacına işarədir ki, Qorqud Ata bu dünya ağacının budaqlarında yerləşən ruhlar dünyasında ölümsüzlük qazanır.

 «Kitabi Dədə Qorqud»da Allah haqqındakı

           Yucalardan Yucasan, kimsə bilməz necəsən

           Anadan toğmadın, sən atadan olmadın

deyimi qədim Misir yazılarının belə ifadə olunur: «Ən birinci yaranan və mənası heç kim tərəfindən dərk edilməyən Amon. Ondan qabaq və onunla bir vaxtda heç bir allah olmamışdır. Onun, ona ad verməli olan nə anası, nə də ”mən yaratdım” deyə bilən atası olmamışdır. Bütün Allahlar, o öz-özünü yaratdıqdan sonra yaranmışlar». «Allah  ata və anadır, atalar atası və analar anasıdır.O doğur, lakin doğulmamışdır; O yaradır, lakin yaradılmamışdır; O özünü doğmuş, və özünü yaratmışdır. O törədir, lakin törənməmişdir. O öz simasını törətmiş, öz bədəninin heykəltəraşıdır»(U.Bac.«Yeqipedskaya reliqiya.Y.maqiya»M2000.s.29)». «Quran»da isə bu fikir belə ifadə olunur: «Allah təkdir, əbədidir, doğmamış, doğulmamışdır və ona bir dənə də tay olmamışdır» («Quran» 112; 1,2,3,4)

     Kitabda Qorqud Atanın bəglik, taxt-tac, var-dövlət verməsi hadisəsi qədim Misir yazılarında daha dəqiq göstərilir: «Amon mənə dedi: Mən sənə Nesxi torpaqlarının tacını verirəm. Mən sənə sel, daşqın verirəm, mən sənə yağış suyu verirəm. Bütün sənə qarşı qalxanları sənin səndəllərin altına verirəm. Sənin düşmənlərin sağ olmayacaq»”. Gördüyümüz kimi burada Qor Əman öz istədiyinə taxt-tacla bərabər onun istəyi ilə yağış yağdırmaq qabiliyyəti də verir və onun düşmənlərini məhv etməyi də öz öhdəsinə götürür.

 

                              

                         Qorqud - qədim Misirin Qor Allahıdır

 

     

 

          «Kitabi Dədə Qorqud»” abidəsinin Vatikan variantında qeyd olunur ki, «Oğuzun içində təmam vilayəti zahir olmuşdu”». Bu cümlə o deməkdir ki, bir elin içində ikinci el yaranmışdı. Deməli, kitabdakı taş el” oğuz eli, onun içində yaranmış el isə iç el”dir. Burada «vilayət» sözünün işlənməsi isə onu göstərir ki, «təmam vilayəti» anlayışı bilavasitə sufiliklə bağlıdır. Sufilikdə «vilayə», «vilayət» sözləri (övliya, vəli sözləri ilə eynidir), sufi müqəddəslərinin keyfiyyəti, onların Allaha yaxınlığı mənasındadır.  R. Nikolson bu kateqoriyalı sufi müqəddəsləri haqda belə yazır: «Vəli, yəni müqəddəs, kamil insanın (yəni Adəmin) kütləvi tipidir və bilmək lazımdır ki, Məhəmməd peyğəmbərin müqəddəsləri kultu, peyğəmbərlər kultu kimi birdən görmə, görülməyən və başa düşülməyən şeyləri görmə, hər şeyin aydınlaşması (qamlıq vəziyyətində görmə mənasında) və s.-dən başqa bir şey deyildir» (204, s 78-79). Deməli, «vilayət»” sözü ikinci dünya ilə əlaqədardır, yəni yalnız qamlıq, ekstaz vəziyyətində görülə bilən ruhlar dünyası deməkdir. Həqiqətən də «Kitabi Dədə Qorqud»”da Əzraili görən Dəli Domrulun «gözləri görməz, əli tutmaz olub, canı cuşa gəlir və ağzı buz kimi olur”» və s. Belə çıxır ki, Dəli Domrul Əzraili ekstaz, qamlıq vəziyyətində görmüşdür. Digər tərəfdən kitabdakı «təmam vilayəti”» sözü, qədim Misirin Atum/Atam” Allahının vilayəti kimi başa düşülməlidir. Atam Allahı qədim Misirdə söz, qurban, maqik ritual və s. vasitələrlə göydə yaradılmış ruhlar dünyasıdır. Bu haqda, müəllifi olduğum  «Kniqa Qora ili rasşifrovka Torı» ” (bax. İnternetdə: http://hosting.bakinter.net/torah/index.html ) kitabında daha geniş məlumatlar var. Bu o deməkdir ki, «təmam vilayəti»”, göydə yaradılmış ruhlar dünyası olan «Adəm eli»” mənasındadır və onu ancaq ekstaz, qamlıq vəziyyətində görmək mümkündür.

       Samitlər qanunundan çıxan ümumi nəticəyə görə, övliya/vəli sözləri ilə vaal/bal sözləri eyni mənalı sözlərdir. Bal, vaal adı qədim Babil, Finikiya və s. ölkələrdə qoruyucu ruh, ağa, Allah mənasında işlənmişdir. Balaat, yəni vilayət adı isə qadın Allah, ilahə fikrini ifadə edir. Digər tərəfdən mənbələrdə Balaat Allahı «Balaat Qebal”» adı ilə adlandırılır ki, bu da «vilayəti Qəbələ»” deməkdir. Bu gün dilimizdə ölüm ayağında olan adama – «onun vələdi dönüb» deyirlər ki, buradakı «vələd» sözü «valaat» kimi «ölüm şahlığı» olan «vilayət» mənasındadır.  Qəbələ” sözü «Kitabi Dədə Qorqud”»da  «Qaba aləm»” kimi işlənmişdir ki, dilimizdəki «qibleyi aləm”», «qiblə»” sözləri də bu məntiqlə göydəki ruhlar dünyasının adıdır. B.A.Turayev yazır ki, Baal Allahına «Salam-Vaal»”, «Pene Baal»”, «Şem Baal»” və s. adları da şamil edilir.  «Kitabi Dədə Qorqud”»da Dədə Qorqudun «vilayət issi»” olması qeyd olunur ki, bu da onun «vilayət ruhu»”, «el”, aləm ruhu»” olması deməkdir. Deməli, «Salam-Vaal»” sözü, «issi aləm Vaal”» - «Islam Vaal»” deməkdir. Qaba aləm, yəni ruhlar dünyası göydə yerləşdiyi üçün ona «Səma Baal”», yəni «Şem Baal»” da deyirdilər. «Pene Baal»” haqda biz aşağıda yazacağıq. Babil ilahəsi olan Balaat Allahı, eyni zamanda, divar rəsmlərində qədim Misirin İsida-Xator Allahı sifətində də göstərilir və digər Xatxor Allahı ilə də eyniləşdirilir. Xatxor adı Qutqor, yəni Qorqut-Qor Allahı (Dərbənddə Xorxut) fikrini ifadə edir. Xator isə dirilik suyu içib ölümsüzlük qazanan Xıdır mənasındadır ki, biz bu haqda da yazacağıq. Belə çıxır ki, Qorqud Ata ruhlar dünyasının ruhu olmaqla bərabər, ruhlar dünyası onun bədənindədir. «Kitabi Dədə Qorqud»”dakı «Qaba aləm götürən xanımız Bayandur xan»” deyimi onu göstərir ki, həqiqətən göydəki «Qaba aləmi», rəmzi mənada Bayandur kimi göstərilən Dədə Qorqud götürmüşdür. Bu isə o deməkdir ki, qədim Misirin kosmik Allahı olan «Atum/Adəm»” Allahı, başı göylərə çatan Qor Allahıdır. Yəhudi mənbələrində Adəmin boyunun yarananda dünyanın bu başından o başına çatması, yəni Allah simasında olması, onun iki cinsliliyi və kamilliyi haqqında məlumatlar çoxdur.

     Sufilər dahisi Əbu Həmid Əl Qəzəliyə görə dünya üç hissəyə bölünür ki, bunun da birincisi, gözə görünən və hiss edilən «aləm əl-mülk və - şəhad”dır». İkinci dünya mənəvi dünyadır ki, bu «aləm əl-cəbərut»”, üçüncü dünya isə gözə görünməz o biri dünyadır ki, bu da «aləm əl-qeyb və-l-mələküt”dür». Mülkün” - insanların yerdə yaşadığı el olduğunu nəzərə alsaq, onda  mələküt”ün ruhlar dünyası olduğu qənaətinə gələrik. Buradakı keçid dünyası olan  cəbərut”, bilavasitə Allahın qüdrəti mənasında, yerdəki aləmlə göydəki aləmin keçidi və eyni zamanda giriş qapısı mənasındadır. Mələkütlə cəbərut Qor Allahının bədəni olduğu üçün bunları eyni də təsəvvür etmək olar. Venzink, bəzən bu iki adın yerlərini Fərabi və İbn Sina kimi dəyişir (Əl Qəzəli. «Voskreşenie nauk o vere»” M-80, s 299). Belə çıxır ki, cəbərut, qədim Misirdəki Qaba aləmin günəşi olan Qor Allahının bədəni, mələküt isə Misirin Nut göyüdür. Platon «Timey»” əsərində kosmosu, ruhu və ağlı olan canlı varlıq adlandırır (30v). Onun fəlsəfəsi ilə müqayisədən belə çıxır ki, cəbərut-kosmosun ruhu, mələküt isə kosmosun bədənidir (bax. «Kniqa Qora ili rasşifrovka Torı»”). Deməli, Cəbrail adı da cəbərut kimi Qaba aləmin ruhu, yəni Qor Allahı mənasındadır. Qəzəli Cəbraillə «həyat verən ruh”u» eyni təsvir edir. Zəmahşəri (236, s 783) «həyat verən ruh”un» Cəbraillə bərabər «Quran» olduğunu qeyd edir. Həqiqətən də «Quran» (ərəbcə Qərə) sözünün «mütaliə»” mənasında olması düzgün deyil. Təbii ki, doğulan uşağa da həyatı, yerin göyün sahibi olan Qor Allahı verir və «Quran» da Qor Allahı deməkdir.

      Qor Allahını və digər Allahları yaratmış Təktüz Əmanın dünyanı yaratma prosesi haqda təsəvvür yaratmaq üçün mətnlərə nəzər salaq. Qədim Misir mətnlərinə görə əvvəl göydə, ilkin  «nun»” sularında, yəni Platon materiyasında heç nə olmamışdır. Sonra Pta Allahı özünü, «nun» suları timsalında Atum Allahı kimi yaradır. Atum Allahı sonra Şu və Tefnutu, yəni hava və nəmliyi yaradır. Bunlardan isə Qaba və Nut, yəni yer və göy yaranır. Maqik ritual, söz, qurban və s. istifadə edən Əman (Amon) Allahı daha sonra Oziri, Qor, İsida, Set və Neftidanı yaradır. «Nun» sularının, bu Allahların nə demək olduğunu yaxşı təssəvvür etmək üçün daha əvvələ qayıdıb, o dövrün fəlsəfəsinin əsasını başa düşmək lazımdır. Bunun üçün qədim alimlərin fikirlərini araşdıraq.

        Aristotelə görə təbiətdəki bütün varlıqlar materiyadan (Platon materiyası F.G.) və formadan ibarətdir. Platon materiyası – «Xora», bütün varlıqları təşkil edən xassədir. O gözəgörünməzdir, formasızdır, tutulmazdır («Timey» 50b). Özünə bənzər olan materiya müxtəlif formalar ala bilir. Platon materiyası çoxluq, təklik, dəyişkənlik, ölümlük, doğümluq, cisimlik və s. mənbəyidir. Platona görə əbədi, dəyişməz elə ideya dünyası var ki, oradan bu dünyaya materiya tökülür.  N.Tusi Platon materiyasını «cövhər» adlandırır. Deməli, varlıq – cisim, materiyaya forma verildikdə əmələ gəlir. Belə çıxır ki, canlı varlıq yaratmaq üçün, materiyanın gücündən istifadə etməyi bacarmaq lazımdır. Onu isə yalnız onda etmək olar ki, Platon materiyasının içində, yəni mifologiyada «dirilik suyu» adlandırılan gözəgörünməz bu enerji daxilində insana tabe olan bir varlıq olsun. Deməli, materiyanı idarə etmək üçün, onun özündən  və öz içində canlı varlıq-ruh yaradılmalıdır (bax.Platon «Timey»63BCDE). Buna görə də Əman /Amon 21 martda, öz beynində, materiyadan ibarət olub, onun içində yaşayacaq canlı varlıq yaratmağa başlayır. Bir il müddətində, o, yaddaşının gücü,  qurbanlar, dua (mantra) və eyni zamanda yerdəki rituallar vasitəsi ilə göydə, «odlu şar- gözəgörünməz günəş» yaratmağa başlayır. İlkin xristianlığın ən müdrik filosoflarından biri olan, e.ə.1 əsrdə yaşamış Filon Aleksandriyski, Əmanın təsəvvüründə yaratdığı bu varlığı materiallaşdırmasını rəmzi olaraq belə təsvir edir: Arxitektor «əvvəl fikrində  tikəcək şəhərin bütün hissələrini təsəvvür edir; məbədgah, məktəb, bazar, bərə, sahil, küçə, yaşayış və ictimai binalar və s. Onun beynində, mumun üzərindəki kimi, yuxarıda qeyd olunanlar dərin iz buraxdıqda, o, öz beynində yaratdığını, şəhər simasında özündə daşıyır. Bundan sonra, ona verilən yaddaşın gücü ilə, şəhərin müxtəlif  hissələrinin rəsmini təsəvvür edir və onların tipini daha dəqiq təyin edir. O, yaxşı usta (demiurq) kimi şəhəri daş və ağacdan, yaratdığı obraza baxa-baxa, görünən və hiss olunan şeyləri düzəldə-düzəldə, bütün qeyri material ideyalara uyğun olaraq tikməyə başlayır». Filon əlavə edir ki; «buna bənzər, Allah, dünyanı yaratmağa başlayır. Əvvəl o, öz ruhunda (öz təsəvvüründə) hissələrin növünü (hissələrini) və onları mücərrəd dünyada birləşdirir, hansı ki sonradan, bu nümunəyə oxşar, hissiyat orqanlarının qəbul edə bildiyi dünyaya çevirir» (E.E.Urbax «Mudretsı Talmuda» İsrail.1989.s.61). Beləliklə Əman, göydə, günəş rəmzində olan və ali idrakı təcəssüm edən  (misirlilərin Qor, yəhudilərin Yahve, yunanlıların Zeus və s. adlandırılan)  Allah yaradır. Bu Allah,  onun əlinin göydəki «kölgəsi» timsalında, sonradan onun yerdə, gildən yaratdığı ilk düşünən insana  ruh verir (bax.Platon «Timey» 68E, 69B-C). Bu və digər rituallar vasitəsi ilə Əman öz əlləri ilə kosmosu canlı varlığa çevirir. Kosmosun  canlı varlığa çevrilməsi zamanı xüsusi keçirilən rituallardan biri də, qədim hind mənbələrindəki «Aşvamedxa» ritualıdır ki, buna «Şatapatxa braxmana», «Tayttiriya samxita», «Brixadaranyaka Upanişada» və s. kitablarda rast gəlmək olar. «Brixadaranyaka»da bu ritualın mənası belə açıqlanır; «Aşvamedxa»dakı qurbanlıq at kainat atıdır: «Om! Qurbanlıq atın başı – bu səhərin açılması vaxtıdır.onun gözü – bu günəşdir, onun nəfəsi- küləkdir. Qurbanlıq atın bədəni – bu ildir, onun beli- göy, qarnı- göy sahələri, böyrü – dünyanın sahələri, sümükləri -ulduz, əzələsi –bulud, tükləri – ağac və s.-dir». Burada atı qurban kəsərək, kəsmə mərasimi dövründə keçirilən ritualdan söhbət açılır. Atın bədəninin müəyyən üzvləri kainatın müəyyən sahələri ilə əlaqələndirilir. Digər tərəfdən kahin «atın qarşısındakına görə gündüz, atın arxasındakına görə gecə yaranıb» deyərək mantra oxuyur. Eyni vaxtda atın qarşısında qızıl qabdan, atın arxasında isə gümüş qabdan oda ərimiş  yağ tökməklə ritual yerinə yetirilir. Deməli burada yağ yandırmaqla fiziki, mantra oxumaqla söz və brahman fikrində bu ritualı formalaşdırmaqla əqli, yəni mental vasitələrlə proses həyata keçirilir. Müdriklər yazır:«Xator öz işini himnlə, adhvaryu-qurbanlıq formulu ilə, müğənni isə oxumaqla, ümumilikdə, bu üç vasitə ilə iş görülür. Söz bu dünya, fikir isə o biri dünyanın təcəssümüdür. Qurban, söz  və ağılın gücü ilə hərəkət edir, fırlanır»və s. 

       «Aşvamedxa» ritualı ilə bağlı səhnədə  sifarişçi «Pradcapati» –nin adı ilə adlanır. «Pradcapati həm qurbanlıq özü, həm ianəçi (kahin), həm qurbanlıq ritualı bütövlükdə və həm də qurbanın sifarişçisi kimi qurbanlığın hesabına göyə qalxan Allahdır. Bir tərəfdən o, bütün Allahları, o cümlədən Aqnini yaradır, digər tərəfdən Aqni qurbanlıq od kimi onun atası sayılır. Beləliklə, ilk kosmik hadisə baş verir və Pradcapati özünü Allahlara qurban verməklə sonradan qurbanlıq kimi  «ikinci Pradcapati» yaradır». Bu ritual ümumilikdə bir il davam edir və nəhayət, heçdən qızıl nüvə, qızıl başlanğıc əmələ gəlir və s. Digər yerdə ritualın sifarişçisi, öləndən sonra onunla birləşən, ritualın yarısını əqli ilə beynində hazırlayan və eyni zamanda brahman rolunu oynayan, hökmran Ac Əman adlandırılır. Bu ritualın izləri qədim Misir papirusunda Pta Allahı haqqındakı yazıda görünür: «Sia-onun ürəyi, Xiu-onun ağzı, Ka –onun ağzında bütün mövcud olanlardır. Onun canı –Şu (hava), ürəyi –Tefnut (nəmlik), sağ gözü –gündüz(günəş), sol gözü –gecə(ay), bədəni isə nundur(su qarışıgı) və s.». Eyni məzmuna biz Hörmüz haqqındakı yazılarda da rast gələ bilərik: «Sonra o öz bədənindən dalbadal bütün şeyləri yaratdı; Birinci göy onun başından yarandı… Hörmüz onun içində öz yaratdıqları ilə yerləşdi. Yer onun ayaqlarından yarandı…Sular onun göz yaşlarından yarandı… Bitkilər onun saçlarından yarandı… Od, onun ruhundan yarandı və onun işıqlı şüası sonsuz işıqda yarandı… və s.». Zeus haqqındakı orfik himnlərin birində isə deyilir: «Dünyanın qüdrətli əsası olan və bir Allahın bədənində bir güc və ruh kimi; od və su, torpaq və efir, gecənin qaranlığı və gündüzün işığı   fırlanır…Onun başı və gözəl sifəti – bu parıldayan göydür, ətrafı isə necə deyərlər qızıl tellər…Onun gözü günəş və üzbəüz dayanan aydır. Həqiqi şah ruhu –bu ölməyən efirdir.Onun bədəni də bu dərəcədə parlaqdır, ölçülməzdir, dağılmazdır, bərkdir, çox güclü əzaları nəhəngdir: Allahın çiyni, sinəsi və enli beli – bu uzaqlara uzanan  havadır və s.»(V.V.Yevsyukov «Mifı o vselennoy» N.1988.s.89,s.81, s.81.). Gördüyümüz kimi «Aşvamedxa» ritualı kimi yazılar qədimdə çox xalqlarda olmuşdur.  İndi isə biz «Aşvamedxa» ritualına izah verməyə çalışaq. Lakin bundan əvvəl biz, bütün varlıqların əsasını təşkil edən Platon materiyasının nədən ibarət olduğunu, onun sirlərini  araşdırmalıyıq.

        Bildiyimiz kimi günəş sistemin hərəkəti, günəşdə gedən reaksiyalar nəticəsində, onun işıq saçmağa başlanması ilə eyni zamanda başlamışdır. Yaranmış günəş işığı təsir edə biləcəyi bir sahədə xaotik hərəkət edən planetlərə düşərək, itaətetdirici işığın gücü ilə bu planetləri nizamlı hərəkətə gətirmişdir. Hərəkətə gəlmiş sistem səslə müşayət olunaraq, eyni zamanda təbiətin digər, «bənzərlik» və «əlaqə» qüvvələrini yaratmışdır ki, bu qüvvələr son nəticədə təbiətin özünübərpa «tamlıq» qüvvəsinin yaranmasına səbəb olmuşdur. Məhz bundan sonra təbiətdə hava, su və s. substansiyalar meydana gəlmişdir. Qeyd edək ki, təbiətin bu qüvvələri eyni zamanda qanun kimi çıxış edir. Deməli, Platon materiyası, işıq, hərəkət, səs və magiyanın «bənzərlik» və «əlaqə» qüvvələrinin birgə yaratdıqları təbiətin «özünüyaradış, özünüinkişaf və özünübərpa» qüvvəsidir. İşıq, səs və hərəkət haqqında elmə demək olar ki, hər şey aydındır. Lakin  «bənzərlik» və «əlaqə» qüvvələri bu günə qədər tədqiq olunmamışdır.

       Təbiətin «bənzərlik» qüvvəsi – «bənzər - bənzər yaradar» deməkdir. Bütün təbiət tam qanuna uyğun şəkildə hərəkət edir və hər gün, hər saat təbiətin müəyyən qanunları ilə təmasdadır. Novruz bayramının 1-ci günü yaz, 2-ci günü yay, 3-cü günü payız,4-cü günü qış fəslinin ümumi vəziyyəti ilə əlaqədardır. Yəni əgər bayramın 1-ci günü havalar soyuq keçsə, deməli yaz fəsli soyuq olacaqdır. Eyni dərəcədə bütün digər fəsillər də belədir. Ana bətninə düşən uşağın xüsusiyyətləri müəyyən günlərlə əlaqədardır. Uşaq ana bətnində ilk tərpənəndə  ana kimə baxsa, uşaq o adama oxşar. Yaxud uşağın «ilk tikəsini» kim versə,uşağın xasiyyəti o adamın xasiyyətinə bənzər. «Müəyyən gün» ananın qoluna yazda açılmış gül dəysə, uşağın qolunda da gül şəkli olar və hər yaz uşağın qolundakı gül, açmış kimi qızarar. Əgər siz göydə ulduz sürüşəndə üzünüzdəki xırda sızaqları eyni sürətlə dəsmalla silsəniz, ulduz itəndə sızaqlar da yox olar. Qədim folklor araşdırıcısı Ceyms Frezer təbiətin bu qüvvəsini «qomeopatik magiya» adlandırmışdır. Təbiətin məhz bu qüvvəsinin təsiri altında insan beyni düşünmə qabiliyyətinə malik olmuşdur. Damarlardakı qan çayda axan suya bənzəyərək hərəkətə gəlmişdir və s.          

         Təbiətin  «əlaqə» qüvvəsi – «əlaqədə olmuş cisimlər ayrılandan sonra da öz əlaqəsini itirmir» deməkdir. Yuxarıda biz «bənzərlik» qüvvəsi haqqındakı  misalda uşağın  qolunda əmələ gəlmiş gül şəklinin  hər yaz fəsli çiçəklər açan kimi  qızaracağını yazdıq. Bu o deməkdir ki, təbiətlə gül şəkli arasındakı əlaqə saxlanılır. Yaxın adamın başına bir hadisə gələndə, adamda olan qeyri-adi həyəcan hissi hamıya tanışdır. Qədimdə qırxılmış saçların, dırnaqların  düşmən əlinə keçməsindən məhz təbiətin bu qanununa görə qorxurdular. Bu qüvvənin təsiri nəticəsində təbiətdə xüsusiyyətlər meydana gəlmişdir. Bu qüvvənin təsiri altında insan beyni yaddaşa malik olmuşdur. Məhz insan beyninin bu qüvvəsinin təbiətin «əlaqə» qüvvəsində hərəkəti ilə  Nostradamus, Vanqa kimi psixometrlər zamanda hərəkət edə bilmişlər. Frezer bu qüvvəni «kontaqioz magiya» adlandırmışdır və s.

       İşıq özünün yaratdığı hərəkət və qüvvələrdən keçib səthə düşdüyü zaman o, bu və ya digər qüvvələrin təsirinə məruz qalaraq zəifləyir, sürəti azalır. Səthə düşüb zəifləyən işıq, təsir, dövr və şərait müxtəlifliyində materiallaşma meydana gətirir. Bütün varlıqlar, yəni kristal, bitki və heyvanat aləminin hamısı müxtəlif şəraitdə zəifləmiş və materiallaşmış işıqdır. İşığın hərəkətə gəlmiş sistemdə zəifləməsi, bütöv bir ansamblın, o cümlədən nəmliyin və havanın yaranmasına səbəb olmuşdur. Bir səbəb müəyyən bir nəticəni doğurur ki, bu nəticə də digər bir nəticənin səbəbi rolunu oynayır. Beləliklə, məhz səbəb və nəticə silsilələri bütün kainatın inkişafına gətirib çıxarmışdır. Platon materiyasının və təbiətin bu sirlərini bildikdən sonra qədim mistik yazılara izah verə bilərik. 

          «Aşvamedxa» ritualında qurbanlıq at kainatla eyniləşdirilir və bu fikir dəfələrlə təkrarlanaraq brahmanın beynində öz yerini alır. Biz qeyd etdik ki , söz eyni zamanda işıqdır, insan beyni isə zəifləmiş işığın materiallaşmış formasıdır. Yaddaş, təbiətin «əlaqədə olmuş cisimlər ayrılandan sonra əlaqəni saxlayır» qanun və qüvvəsinin insan beynində təcəssüm formasıdır. Təfəkkür, dərketmə isə, təbiətin «bənzər bənzər yaradar» qanun və qüvvəsinin insan beynində təcəssümüdür. Deməli,  «qurbanlıq at kainat atıdır» deməklə, brahman söz, beyin enerjisi ilə,  eyni zamanda əlində at fiqurunu, kainatın rəmzi olan fiqurla birləşdirməklə  atı kainata «bağlayır». Sözün eyni zamanda işıq olduğunu nəzərə alsaq başa düşərik ki, at təbiətin «əlaqə»  qüvvəsi vasitəsilə kainata bağlanır. Sonra atın hissələri ayrı-ayrılıqda kainatın hissələri ilə eyniləşdirilir; Atın başı səhərin açılma vaxtıdır, atın gözü günəşdir, atın nəfəsi küləkdir və s. eyniləşdirmədə atın hissələri söz, hərəkət  və fikir enerjisi, «bənzər» və «əlaqə» qüvvələri ilə birlikdə, faktik gözəgörünməz enerji ilə, kainatın hissələri ilə bağlanır. Brahman meditasiya vasitəsi ilə bütün deyilənləri fikrində bir-biri ilə bağlamaqla yerləşdirir. Daha sonra kahin atın qarşısında qızıl qabdan oda yağ tökməklə səhəri, atın arxasında gümüş qabdan oda yağ tökməklə gecəni yenə də  mantra və s. ritualla atla bağlayır. Burada qızıl – günəş mənasında səhərin, gümüş isə ay mənasında gecənin rəmzidir. Bu ritual gecəni, gündüzü təbiətin «əlaqə» və «bənzər» qanun və qüvvəsi vasitəsilə atla bağlayır.

     Digər tərəfdən bilirik ki, maddə və xassədən ibarət olan hər bir varlıq kimi, atın da bədəni maddəni, ruhu-canı isə xassə timsalında işıq enerjisini təmsil edir. At  öləndən sonra onun işıq enerjisi, yəni ruhu, kahinin ritualı və brahmanın söz-fikir enerjisi vasitəsilə müşayət olunaraq göydə toplanır. Toplanmış bu enerji, oxunan mantranın, yandırılan yağın və digər hərəkətin hesabına brahmanın fikrindəki kimi, kainatın qeyd olunan hissələri ilə əlaqə saxlayır. Bu zaman kainatın hissələri atın bədəni, toplanmış enerji isə atın başıdır. Atın başı isə eyni zamanda bu enerji daxilində bilavasitə Əmana tabedir, yəni yığılmış enerji həm də Əmanın fikridir. Bu baş, sinir sisteminə çevrilmiş, kainatı əhatə edən materiyanı idarə edir. İnsan beyninin istəyi ilə, sinir sistemi vasitəsilə əl-qolunu idarə etdiyi kimi, Əman da atın başı rəmzində toplanmış enerji vasitəsilə kainatı idarə edir. Deməli, mifologiyalardakı kentavr,buraq adlanan insanbaşlı at, kainatı bu gün də idarə edən Pir Əmanın obrazıdır.

    Yazılardan göründüyü kimi  Pir Əman fiziki öldükdən sonra onun ruhu, göydə günəş rəmzində topladığı öküz, at, qoç,ilan və s.canlıların ruhları ilə birləşib, «sahibkəran»a çevrilir. Göydə «kəyan» taxtında Əman, atın gözünü günəşə bağladığı üçün – günəş vasitəsilə görməyə, küləyi atın nəfəsilə bağladığı üçün külək yaratmağa, atın əzələlərini buludla bağladığı üçün yağış yağdırmağa və s. təbiətə fiziki təsir etmə qabiliyyətinə malik olur.   

     Yazdıqlarımızdan belə çıxır ki, Firdovsinin, «göydə kəyan taxtı qurub, divin çiynində taxta çıxan və göydə günəş kimi qərar tutan» Cəmşidi, Pradcapati kimi,  Əmanın qədim ədəbiyyatlarda qeyd olunan minlərlə obrazlarından biridir.

        Filona görə yəhudilərin Yahve Allahı bədənsiz, tək, özünə bənzər və öznə bərabərdir. O, tək olduğu üçün sadədir və qarışığı yoxdur. Yahve – təmiz ağıl, yaxşı və gözəldir. Bu dünyadan kənar, kamil olduğu üçün o, bu dünyanı yaradır. Büsbütün özünə qapalı olduğu üçün, Yahve dünyanı bilavasitə yarada bilmir, çünki o ruhdur, maddi təbiət dünyasına yaddır, ona görə kənardır, necə deyərlər transendentaldır. Buna görə də ona vasitəçi lazımdır. Allahın dünyanı yaratmasinin vasitəçisi loqos və ideyadır. Loqos Allahın və ideyanın  atributu kimi Allahdan əvvəl olmuşdur. Sonra onlar nisbi azadlıq qazanmış, Yahvedən kənar loqosun bədənsiz dünyasını yaratmış və  sanki onun içində yerləşdirilmiş ideyadır. Lakin ideya təkcə obrazlar yox, eyni zamanda şeylər yaradan varlıqdır. Buna görə də onlar gücdür. Allah loqosdan, öz atributundan yüksəkdir, ona görə də təbiət qanunlarını pozub möcüzə göstərə bilir və s. Deməli Filona görə , təmiz ağıl və təmiz loqosdan ibarət olan ruh, öz iradəsi ilə dünyanı yaradır. Mütəxəssislər əsaslı olaraq təsdiqləyir ki, həqiqətdə Filon «Memfis ilahiyyatının abidəsi»ni təkrar edir, harda ki, Pta Allahı da eyni ilə hərəkət edir («Kultura drevneqo Yeqipta» M1976.s.221). Bu isə o deməkdir ki, Yahve obrazı öz kökləri ilə, ondan çox əvvəllər yaranmış Misir dininə gedir. Misir Allahları siyahısına semit Allahları olan Kadeş, Anat, Astarta və s. daxil olması yazılanlara sübutdür. Dünyanın yaranmasının Memfis nəzəriyyəsinə görə Pta Allahı demiurq olmuşdur. O dünyanı və Allahları  öz ilahi sözünün gücü ilə yaratmışdır. Burada açıq yazılır ki, Atum «doqquz Allah»la (enneada) , Pta Allahının ağzından yaranmışdır. «Amon Allahına alqış»ın Leyden variantında deyilir: «Üç Allahlar – Amon, Ra və Pta – bütün Allahlar mənasındadır. Onlara tay yoxdur. Amon, hansı ki öz adını gizlədir, o, öz üzü ilə Ra və bədəni ilə Pta-dır». Digər mətndə Amon , «bədən üzvləri Oqdoada olan  və özünü Ptah (Pta) kimi yaratmış Tanen» və ya «ilkin Allahlara doğum vermək üçün özünün Tanen kimi dönüşünü həyata keçirir» və s.

        Tanınmış misirşünas C. Uilson yazır: «Bizi maraqlandıran mətn onunla başlayır ki, Ptah (Pta)  Nun – ilkin sularla eyniləşdirilir, hansından ki, yaradıcı Allah sayılan Atum yaranır. Bu Ptahı günəş Allahının sələfi edir  və bu birinciliyə digər mətnlərdə nadir rast gəlinir. Bizim mətndə isə  Ptahın Atumu necə əmələ gətirməsi geniş təsvir olunur. «Ptah, böyükdür; O – doqquz Allahın ürək və dilidir…hansı ki, Allahları mayalandırmışdır… (nə isə) Atum obrazında ürəkdə təcəssüm etmiş və dildə təcəssüm etmişdir». Beləcə Atum düşünülmüş və yaradılmışdır. Heç nədən yaradıcı Allah, Atum ideyası əmələ gəlmişdir. İdeya Tanrı dünyasının «ürəyində meydana gəlmişdir»: bu ürək və ağıl Ptah özüdür»; sonra ideya tanrı dünyasının «dilində yaranmışdır»; bu dil və nitq Ptah özü olmuşdur». Misirli gözəl, maddi obrazlardan istifadə edir, onun nitqi elliptikdir: «Atum - obrazında ürəkdə yaranmış və dildə yaranmışdır», lakin onun necə yarandığı aydınlaşdırılmır. Bu terminlərin özündə fikir və yaranış haqqında təsəvvür tamamlanmışdır.

        Lakin ənənəvi yaradıcı Allahın törənişindən sonra da Ptahın yaradıcı gücü qurtarmır. «(Bütün Allahların gücünü) yerləşdirən böyük və qüdrətli  Ptah,  bu ürəyin (əməlin) və dilin (əməlin) vasitəsilə bərabər şəkildə onların ruhlarını da yerləşdirir».    

       Yaradıcı başlanğıc Allahların əmələ gəlməsindən sonra da sönmür. «Baş verdi ki, ürək və dil bu təlim vasitəsi ilə (bədən) üzvlərinin  (hamısını) o, (Ptah) – hər bədəndə (ürək şəklində),  hər nəfəsdə (dil şəklində),  bütün Allahları  və bütün insanları, və (bütün) heyvan, bütün həşərat və bütün (hər bir ) canlıları, o (Ptah) fikri vasitəsilə (ürək  şəklində) və əmri (dil şəklində) ilə bütün hər şey onun istəyi, idarə edir». Başqa sözlə qarşımızda təkcə möcüzəli yaranış və fikrin sözlə ifadəsi deyil. Atumu ilkin sularda törədən, əmələ gətirən yaradıcı prinsip, indi də işləyir. Harda ki, fikir və əmr var, orada Ptah törədir. Mətnlər hətta,  Atumun Şu və Tefnutu yaratdığı ənənəvi törətmə təsəvvürü ilə, Ptahın Şu və Tefnutu adlandırıb və bununla da onları yaratması aktını fərqləndirir. Ptahın diş və dodaqları – yaradıcı nitqin yaratma orqanıdır. Atum haqqında mifin birində,  Şu və Tefnut yaradıcı Allahın toxumaxıtma məhsuludur. Beləliklə, Ptahın diş və dodağı, Atumun əl və toxumu ilə eyniləşdirilir və s.» (Q.Frankfort, Q.A. Frankfort, C.Uilson, T.Yakobsen.«V preddverii filosofii» M1984.s.67,68).

        Daha sonra Şu və Tefnut yeri və göyü – Qeba (Qaba F.G.) yer Allahı və Nut göy ilahəsini yaradır. Qeba və Nut isə öz növbəsində Osiris (Oziri)  Allahı və arvadı İsidanı və Set Allahı və arvadı Neftidanı törədir.

        C. Uilsonun gətirdiyi sitatlardan açıq görünür ki, bu mətnlərdə sözlə bərabər, eyni zamanda həyata keçirilən ritual da təsvir olunur. Məsələn, bədən, fikir deyəndə – ürəyin; nəfəs, əmr deyəndə - dilin ; ürək, dil deyəndə isə - əməlin xüsusi qeyd olunması  onu göstərir ki, burada bir sözlə iki  və daha çox məna nəzərdə tutulur. Buradakı magik söz oyunu ona gətirib çıxarır ki, dünyanı idarə edən Atum, təbiət və varlıqlara bilavasitə söz və fikir vasitəsilə təsir edə bilir. Deməli, əgər Atum Allahının yerdəki nəsli olan  hansısa Pir-in müəyyən «söz»ü, təbiətə fiziki təsir edə bilirsə, öldükdən sonra bu Pir-in ruhu, təbiətə «fikri» vasitəsilə təsir göstərir və s. U.Bac özünün «Yeqipedskaya reliqiya. Yeqipedskaya maqiya» kitabında yazır: «Dini kitablardan biz bilirik ki, qədim Misirdə magiyanı bilən və ondan istifadə edən kahin  və ya adam sonsuz gücə malikdir. Onun sözü, öz iradəsi ilə insanı müxtəlif formalara salır, onun ruhuna imkan verirdi ki, heyvan  və ya digər varlıqlara keçsin. Onun sözü ilə cansız əşyalar və təsvirlər dirilir və onun əmrini həyata keçirməyə çalışır. Təbiətin gücü onun hökmünü qəbul edir: külək və yağışlar, tufan və qasırğalar, çay və dənizlər, xəstəlik və ölüm, onun düşmənlərini və ya qeyd olunan düşməni məhv etmək üçün qalxırlar»(s.169).

         Qədim yazıların yalnız bir-iki sitatına nəzər saldıqda biz gördük ki, Allahın yaradılması haqqında mənbələrdə istənilən qədər məlumatlar var. Sadəcə bu məlumatları analiz edib, onları ardıcıllıqla düzmək lazımdır. Qədim Misir yazılarında Allahın dünyanı tək yaratması və bütün sonrakı Allahların, bu tək Allahın müxtəlif obrazları olması xüsusi qeyd olunur. U.Bac öz kitabında «Nesi Amsu-nun papirusu»ndan maraqlı bir mətnı tərcümə etmişdir. Burada Əman Allahın Platon materiyasında, yəni kainatın işıq sularında ruhlar dünyasını yaratması prosesi rəmzi açıqlanır: «Mən, inkişafı inkişaf etdirərək, inkişaf edirdim – yəni ilkin materiyadan zahirə çıxdım, hansını ki, mən yaratdım; Mən əzəli materiyadan zühur etdim. Mənim adım Auseres (Osiris), əzəli materiyanın toxumudur. Mən bütövlükdə öz iradəmi bu torpaqda həyata keçirdim, Mən böyüdüm və yerinə yetirdim, Mən onu öz əlimlə möhkəmləndirdim. Mən tək idim, çünki heç nə doğulmamışdı; onda mən özümdən nə Şu-nu, nə Tefnutu törətmədim. Mən öz adımı öz ağzımla, sözün gücü kimi çəkdim, - və Mən birdən özümü inkişaf etdirdim. Mən özümü, Xepera inkişaf Allahının formaları vasitəsilə  inkişaf etdirdim və Mən ilkin materiyadan üzə çıxdım, hansı ki, ilkin zamanlardan çoxlu inkişafı inkişaf etdirmişdi. Bu torpaqda o vaxt heç nə mövcud deyildi və Mən hər şeyi yaratdım. O vaxtlar heç kim yox idi ki, mənimlə birgə yaratsın. Mən orada bütün inkişafı, Allah ruhu vasitəsilə yaratdım, hansını ki, orada yaratmışdım və suların dibində hərəkətsiz qalmışdı. Mən orada durmaq üçün yer tapmadım. Lakin ürəyimdə Mən güclü idim və özümə dayaq yaratdım və yaradılmış hər şeyi yaratdım. Mən tək idim. Mən öz ürəyimə (və ya iradəmə) dayaq yaratdım, və çoxlu varlıqlar yaratdım, hansı ki, Xepera inkişaf Allahı kimi inkişaf edirdilər və onların törəmələri, onların yaranması ilə inkişafdan əmələ gəlirdilər. Mən özümdən Şu və Tefnut Allahlarını yaratdım və tək olaraq Mən üç oldum: onlar məndən çıxdılar və bu torpaqda yaşamağa başladılar…» (U.Bac. Yeq.rel. Yeq. maq.M.2000 s.29,30) .

         Yazdıqlarımızdan çıxan ümumi nəticə odur ki, Əman maqik rituallar vasitəsilə göydə ruhlar üçün məkan yaradır və göyü də ona tabe edir. Mətnlərə görə insan öldükdə, onun ruhu öz doğma sahilini keçib dünya sularına daxil olur və bu zaman o keyfiyyətcə dəyişir. Parçalanmayan ruh başqa ölçü məkanında yaşamağa başlayır. İlk cümlələrini bu dəyişməyə həsr etmiş Ovidiy «Metamorfoza»”sını belə başlayır: «Indi sizə yeni forma almış bədənlər haqda danışacağam. Allahlar, - axı bu çevrilməyə siz qərar verdiniz»”. Belə çıxır ki, göyə qalxmış ruh yeni forma alıb orada əbədi yaşayır. «Quran»da bu fikir belə ifadə olunur: «Sizi yaradan, sizə ruzi verən, sonra öldürən, sonra da dirildən Allahdır»” (30:40). Bu isə o deməkdir ki, həqiqətən də insan o dünyada məhz Allahın sayəsində ölümsüzlük qazanır. «Quran»da ruhlar dünyası haqda nəzərə çatdırılır ki, mö”min adamlar üçün o dünyada şərab çayı, bal kimi təmiz çaylar axır, müxtəlif meyvəli ağacları olan bağ salınmışdır. Burada dadı dəyişməyən süd gölü var. Mö”minlər üçün burada pak zövcələr var və insanlar orada əbədi xoşbəxt yaşayırlar” (4.57:9.72:47.15-17). O dünya haqqında qədim mənbələrdə çoxlu məlumatlar var ki, onların biri də Platonun fikirləridir. «Fedon»” əsərində Platon insanın öləndən sonra o dünyaya düşüb orada əbədi yaşamasını reallıq kimi göstərir və qeyd edir ki, «orada da insanlar yerdəki kimi yaşayırlar. Onların da orada öz məbədləri, müqəddəs yerləri var və onlar o dünyada, yəni cənnətdə dərdsiz-qəmsiz ömür sürürlər. O dünyadakılar yerdəki insanlarla yuxugörmə və s. telepatik yollarla əlaqə saxlayırlar... Bizim üçün su, dəniz nədirsə, onlar üçün o havadır. Bizim üçün hava nədirsə, onlar üçün o efirdir. Onlar heç vaxt xəstələnmirlər. Ağılda, görmə və eşitmədə onlar bizdən, hava sudan və efir havadan nə qədər təmizdirsə, bir o qədər fərqlənirlər»” («Fedon»” 110, 111).

        Yazdıqlarımızdan belə nəticəyə gəlmək olar ki, «Kitabi Dədə Qorqud”»dakı, «oğuzun içində təmam vilayəti zahir olmuşdu»” cümləsində söhbət, yerdəki Oğuz elinin içində, yerdən göyə ucalan ikinci dünya, yəni ruhlar dünyasının yaranmasından gedir. Mütəxəssislər qeyd edir ki, qədim Misirdə görünən və görünməz varlıqlar, o cümlədən ruh da bütöv maddi varlıq hesab olunur. Buna görə də qədim mənbələrdə ruhlar dünyasındakı hadisələr bu dünyadakı hadisələrlə eyni formada göstərilir. Əgər biz faktlara nəzər salsaq görərik ki, həqiqətən qədim mənbələrdə insanların məhz bu mənada göydən yerə enmələri haqqında məlumatlar var.  A.Oppenheymin yazdığına görə Mesopotamiyanın məhşur çarlar (şahlar) siyahısı”, yəni «kutilər sülaləsinin hakimiyyəti mifik dövrlərdən, yəni «çar hakimiyyəti»nin «göydən yerə» endiyi dövrlərdən başlanır». Eyni yazıya biz ərəb qaynaqlarında da rast gəlirik. Əl - Kufi «Kitab əl-fütuh»” əsərində yazır: «Salman ibn Rəbiyyə və İran əhalisindən onunla gələnlər Ermənistana daxil oldular. Yerli əhali bir birinə deyirdi ki, üstümüzə gələn tayfa, deyilənə görə, guya göylərdən enmişdir və guya bu adamlar ölmürlər və silah onlara heç bir xətər yetirmir»”. Belə çıxır ki, Salman ibn Rəbiyyə də «kuti sülaləsi»ndəndir. Digər tərəfdən burada söhbətin ərəb adlandırılan pir, seyid, şıx və s. müqəddəslərdən getdiyi aydındır. Dədə Qorqudun deyimlərdə pir adlandırılması bizim fikirlərimizin doğruluğunu bir daha sübüt edir. Qədim Misirdə firon sözü olmamışdır. Pir-a  sözü orada firon mənasında işlənmişdir ki, sonradan yunanlar bu sözü firona çevirmişlər. Belə çıxır ki, «cədd”»lərinin gücü ilə möcüzə göstərə bilən pir, şıx, seyid və s. müqəddəslər, Misirin ilk piri olan Təktüz Əmanın nəslidirlər. Bu gün də Azərbaycan əhalisi olan Peştəsər, Perimbel və s. seyidləri xüsusi qeyd edirlər ki, «biz Yəmən vilayətindən gəlmişik və biz adi adam deyilik, çünki biz Allahın nurundan yaranmışıq. Əgər adi adam ölənə qədər yeyirsə, biz öləndən də sonra yeyirik”».

           Bütün bunlar o deməkdir ki, Azərbaycanda yaşayan müqəddəslər, Azərbaycanın ən qədim sakinləri olan kuti/quti sülaləsinin nəslidir. «Kitabi Dədə Qorqud»”da bu müqəddəslər «xud möminlər»” adlandırılır. Qut/xud/xuda sözlərinin Allah mənasını verməsi hamıya məlumdur. Bu halda Qorqud sözünün Qor Allahı fikrini ifadə etməsi yazdıqlarımızın doğruluğunu sübut edir. Buradakı «mömin» sözü isə sufilik baxımından «ümman»” sözü ilə eyni məna daşıyır ki, bu da Platonun materiyası, yəni yer kürəsini əhatə edən «işıq okeanı» ” mənasındadır. Ümman sözü «Kitabi Dədə Qorqud”da» umman/əmman dənizi” şəklində verilmişdir. Mənbələrdə quti tayfalarını «umman-manda”» adlandıraraq, onların «dəniz xalqı»” olmasını xüsusi qeyd edirlər. Keniq də umman-manda tayfasına fantastik dəniz xalqı kimi baxır. Quti, umman-manda və Midiya tayfalarının mənbələrdə bir-birlərini əvəz etmələri, onların eyni tayfa olduğuna işarədir. Babil tarixçisi Berossa görə, kutilərin 21 şah sülaləsi midiyalıdır və onların içində Zərdüşt də var. Panodora görə midiyalı Zoroastr yeni kosmik eranın səbəbkarıdır. Qədim məlumatlara görə Zərdüştün vətəni «dünya çayı”ndan o yandadır ki, yunanlar bu çayı ya dəniz”, ya da okean” adlandırırdılar». Platonun (psevdo) «Pervıy Alkiviad»”ında yazılır: «Deyirlər ki, Zərdüşt Platondan 6000 il böyükdür... deyilənə görə, guya o ellindir və guya o böyük dəniz vasitəsi ilə materikə keçmişdir». Belə çıxır ki, Zərdüşt kainatın işıq dənizi olan ümman dəryasına köçmüş və orada yaşayır.

         Biz yuxarıda Qorqud haqqındakı rəvayətlərdə qeyd etdik ki, Qorqud Ata ölümdən qaçmaq istədikdə hər yerdə ölümə rast gəlir. Nəhayət, o su üzərində sakitlik tapır və burada ölüm ona yaxın dura bilmir. «Quran»ın da bir ayəsində deyilir: «Allahın taxtı su üzərindədir və o yeri-göyü 6 günə yaratmışdır”» (11:7). Allahın yeri-göyü 6 günə yaratması haqqında daha geniş məlumat Tövratda və qədim Misir yazılarında vardır. Burada Allah su üzərində torpaq yaradıb, oranı cənnətə çevirir.

        Bütün bu deyim və rəvayətlərin mənası odur ki, Dədə Qorqud kainat sularında əbədi dirilik qazanan yeganə insandır. Deməli, umman-manda xalqı, işıq okeanında ölümsüzlük qazanan Mandanın, yəni Əman Atanın xalqıdır.

        Digər tərəfdən Erməni mənbələrində midiyalılar marlar adlandırılır və onlara «ilandan doğulan»” deyirlər. Mar tayfalarının pir,seyidlər olmasına heç şübhə ola bilməz, çünki bu gün də seyidlərin adlarının qarşısında «mir»” (müq. et Marağa), yəni mar sözü qeyd olunur. Onların «Ağa»” adlandırılması isə qədim Misirin Qor Allahı ilə bağlıdır ki, mənbələrdə Qor Allahına «Axa»”, yəni «Ağa»” da deyilir. «Ilandan doğulan» adı isə onlara Heraklla əlaqədar deyilən addır. Belə ki, Herakl Gel meşələrində Yexidna adlı yarıinsan, yarıilan olan varlığa rast gəlir və ondan üç övladı: Ağafirs, Gilan və Skif olur. Ağafirs adı sufiliyə görə «Pir ağanın ruhu»” mənasını verir ki, bu da möcüzələr sahibi olan pir, şıx,seyid deməkdir.

       Kitabda mənbələri çox vaxt göstərməməyimizin səbəbi odur ki, bu faktlar bütün tarixçilərə yaxşı məlumdur.

       Eyni zamanda Şumer və assuriyalıların mənbələrdə Amorey, yəni əmirlər tayfası adlandırılması, onların da midiyalılar kimi mar hesab edilməsi deməkdir. Amorey, yəni mar-tu sözü, Ta-meri (yəni Misir F.G.), sözü kimi Ata Mar, yaxud Mar Ata mənasındadır. Qeyd edək ki, «Y»” konsonant kökü qədim Misirdən bu günə kimi çağırış, müraciət mənasında  Allah nəslinə aid edilir  (misal üçün qeyd edək ki, Azər adı, «ya-ey» mənasına görə Oğuzlarda Yazır (Ya Azər) kimi qalmışdır). Əmir tayfalarının mənbələrdə «ölkələr zəbt edən əmirlər”» adlandırılması, onların həqiqətən qeyri-adi nəsil olmasına sübutdur. Mövzudan qırağa çıxaraq qeyd etmək lazımdır ki, sufilikdə mar-əmir sözünün kökündə duran «əmr» sözü elə bir ideal varlıq mənasındadır ki, Allah öz iradəsini onun vasitəsi ilə həyata keçirir. Qəzəlinin  «Ihya»sında bu söz insanla Allahın keçidi, ortaq nöqtəsi kimi qeyd olunur. Digər tərəfdən bu söz Qəzəlinin  «müti»-itaət ideyası ilə eyni mənadadır. Müsəlman sözünün mənasının da itaət olduğunu nəzərə alsaq, başa düşərik ki, mar-əmir tayfaları  Allahın  «ol»-«əmr»i ilə yaranan, onun iradəsini bildirən və ona itaət edən-müti olan, insanla Allahın keçid variantı olan pir, seyid, şıx, abdal s. müqəddəslər nəslidir. Müti sözü eyni zamanda qədim Misirin Maat Allahının adı ilə və Midiya-Maday sözü ilə eyni mənalıdır. Qeyd etmək lazımdır ki, Türk sözü də bu mənada, «tərikə» - yol mənasını verir ki, sufilikdə bu ədəb-əxlaq yolu, dini kamilləşmə,  Allahın dərkində həqiqətə yaxınlaşma fikrini ifadə edir. Qəzəlidə də bu söz, həqiqi biliyə çatma, Allaha mistik yaxınlaşma mənasındadır. Belə çıxır ki, Türk adı  bu əmir tayfa birləşmələrinə onların Allaha xüsusi yaxınlığı ilə əldaqədar verilmişdir. Həqiqətən də L. Qumilyov özünün «Qədim türklər» kitabında xüsusi qeyd edir ki, Türk adı altında 5-ci əsrdə knyaz Aşinanın ətrafında birləşən, 6–8-ci əsrlərdə isə xalq kimi formalaşan və türk dilində danışan orda nəzərdə tutulur. Lakin eyni dildə danışan qonşu xalqlar qətiyyən türk hesab edilmir (orada.B1993, s.33).

       Yazdıqlarımızdan belə çıxır ki, türk-əmir tayfaları , qədimdə müqəddəs mənasını  verən mar-amoreylər nəslidir. Lakin Ta-meri, yəni Ata Mar elinin mənbələrdə Misir adlandırılması isə onu göstərir ki, tarixdə hələ də çox böyük anlaşılmazlıqlar var. Həqiqi – ilkin  Misirin dəqiq yerini təyin etmək üçün Adəmin, yəni qədim Misirin Atum Allahının yarandığı yeri dəqiqləşdirmək lazımdır. Çünki İç Oğuz və Taş Oğuz kimi qədim Misir də yuxarı və aşağı Misirə bölünür. Aşağı Misiri təyin etməklə biz dünya ağacının kökünün, yəni ruhlar dünyasının qapısı olan «yer kürəsinin göbəyi»nin” harda yerləşdiyini təyin edə bilərik. «Talmud»” yazır ki, «Süleyman peyğəmbərin Allah üçün tikdiyi evin ərazisində, yəni moria torpağında, İbrahim peyğəmbər İsağın qollarını bağlamış və bu yerdə Nuh gəmidən düşüb qurban kəsmişdir və Adəm də burada yaradıldıqdan sonra qurban kəsmiş və o məhz bu torpaqdan yaranmışdır...»və s.”(«Talmud» 5t.s.3.1903.S.Peterburq). Deməli, Adəm Ararat torpağından yaranmışdır və buradakı moria adı da təbii ki, marlar torpağı mənasındadır. Digər tərəfdən Moisey Xorenski yazır ki, «Zərdüşt mar nəslinin banisidir»”. Ümumiyyətlə, 10-cu əsrə qədər bütün erməni mənbələri Atropatena əhalisini marlar, yəni midiyalılar adlandırır. Sebeos, Atropatenada Şəhrmar şəhərinin olmasını yazır ki, bu da marlar şəhəri deməkdir. Nəzərə alsaq ki, Zərdüşt/Zoroastr adı sufiliyə görə Oziri-istar, yəni Azər Allahı mənasını verir, onda razılaşarıq ki, misirlilərin də əcdadı Azər Allahı olmuşdur.

         İlk insanın yaradılması ilə əlaqədər digər faktlara nəzər salaq. Yunan mifologiyasına görə nəhəng insan – Allahlar, təpəgözlər qırıldıqdan, «uzaq adaya» sürgündən sonra, nəhəng Prometey, Baş Allah Zeusin   yanına gəlib, Allahlardan zəif, lakin düşünmə qabiliyyətinə malik insan yaratmaq üçün   ondan icazə alır. Gildən bir neçə insan fiquru düzəldən Prometey nəhayət ən optimal variant seçib, Allahdan ona  ruh verməsini xahiş edir və Zeus ilk düşünən insanı   dirildir. Esxil özünün   «Qandallanmış Prometey»  əsərində açıq yazır ki, «…uşaq kimi  ağılsız insanlara mən düşünmə qabiliyyəti, ağıl verdim, bütün elm, mədəniyyət və s. hər şeyi mən onlara öyrətdim və s.»(490-520). Prometey haqqındakı rəvayətlərdən çıxan ümumi nəticə odur ki, düşünən insanları məhz nəhəng Allah sayılan Prometey öz əlləri ilə yaratmışdır. Lakin qədim Misir rəvayətlərinə görə, Prometeyin gördüyü bütün bu işləri Xnum Allahı görür. O, dulusçu  dəzgahında ilk kişi və qadın yaradır. Oziri (Oziris) Allahı isə bütün insanları heyvan səviyyəsindən çıxarıb, onlara elm,  mədəniyyət  və s. öyrədir. Babil eposuna görə Prometeyin bu işlərini, gildən ilk insan  yaradan Marduk Allahı görür. Firdovsiyə görə isə məhz Cəmşid insanı heyvan səviyyəsindən çıxarıb, onlara elm və  mədəniyyət verir.  Əgər biz qədim dilçiliyin  samitlər qanununu adlara tətbiq etsək  görərik ki, Prometey adı ilə Pir Maday/Midiya (yəni firon Midiya –F.G.) adları  eyni mənalı sözlərdir. Prometeyin digər obrazı olan Oziri Allahının adı da qədim dilçiliyə görə Azər adı  ilə eyni mənalıdır. Ümumiyyətlə, Azər sözünün pəhləvicə «od» mənasını verməsi və qədim Misirdə də Oziri sözünün – həyat enerjisi, od fikrini ifadə etməsi, Prometey odunun məhz Azər enerjisi olduğu deməkdir. Prometeyin,  od mənasında olan Azər enerjisini insanlara paylamasını dərk etmək üçün, Misir ərazisində tapılmış Naq Hammadi yazılarındakı «Ruh haqqında şərh» əsərini başa düşmək lazımdır ki, müqəddəs ruhun bütün insanlara paylanması, burada onun fahişəliyi timsalında göstərilir. Deməli, Prometey odu və Allahın yalnız öz nəslinə verdiyi həyat enerjisi olan müqəddəs ruh, eyni zamanda qədim Misir yazılarındakı  Oziri enerjisidir və s. 

         Mövzumuza qayıdaraq nəzərə alsaq  ki, insanı yaratmış digər Allah Mardukun adı da  bilavasitə Mar torpağının adı ilə bağlıdır, onda başa düşərik ki, Prometey, Oziri və Marduk adları bilavasitə Adəmi yaratmış tək Allahın müxtəlif adlarıdır. Rəvayətə görə Prometey Qafqaz dağlarına qandallanır ki, Herakl ölüm şahdığının qapısı olan Kadus ölkəsinə gəlib onu xilas edir. Prometeyin Qafqaz dağlarına vurulması və onun minilliklərlə bu dağlarda əziyyət çəkməsi, Pir (firon) nəsli olan Midiyalıların əsrlərlə burada yaşaması deməkdir. Ölüm şahlığının qapısı olan Kadus ölkəsi isə Tövratda, Musanın «vəd olunmuş torpaq”» saydığı «Kades-varni”» ölkəsidir. Kadus ölkəsi bütün antik mənbələrdə Atropatenanın şimal-şərqində yerləşir. Bu haqda Polibiy, Tit Liviy, Pompey Troqa, Kursiy Ruf və s. tarixçilər yazmışlar. Bu yer onların yazdığına görə Azərbaycanda, Savalan ətrafından Xəzər dənizinə qədər olan ərazini əhatə edir. Tövratdakı Kades-varni adının indiki Vər-Gədüz adına uyğun gəlməsi və Yunan mənbələrindəki əksər adların bu ərazidə olması onu göstərir ki, seyidlərin Piran adlandırdıqları bu ərazi bilavasitə göstərilən suallara cavab verir.

         «Tövrat»da qeyd olunur ki, Allahla Yaqub sübhə qədər tutaşır və Allah onu İzrail adlandırır. Onların tutaşdığı yerə isə Yaqub Panuel adı verir (Bıtie 32:30). Yaqubun Allahla tutaşması, Əmanın təbiətə qalib gəlib Qaba aləmi, yəni Oziri Allahını yaratması deməkdir ki, İzrail adı da məhz bu mənada Oziri, yəni Azər Allahının eli deməkdir. Oziri Allahının yarandığı yerin Panuel adlanması, göydəki elin Pan eli adlanacağına işarədir. «Kitabi Dədə Qorqud”»da yazılır ki, Yegnək yuxuda ikən, ala gözün açıb dünya görür. Ağ-boz atlar çapdırar alpanlar görür. Ağ işıqlı alplarla bərabər orada Dədə Qorqudu və dayısı Əməni görür”. Yegnəkin ikinci dünyanı, oradakı alpları, alpanları yuxu kimi görməsi, onun ikinci dünyanın qapısından keçməsi deməkdir. Deməli, Panuel elə Alpanlar yurdu olan ruhlar dünyasının qapısı, yəni dünya ağacının ucaldığı yerdir. İkinci dünyanın «iç el”» olması, onun çel/çol sözləri ilə eyniliyi deməkdir. Qeyd edək ki, bütün qədim xalqların yazılarının əsil mənası bilavasitə samitlər qanunu ilə açılır. Belə çıxır ki, ikinci dünyanın qapısı alpanlar yurdunda, yəni çol torpağında yerləşir. Maraqlı haldır ki, «7-ci əsr Ermənistan coğrafiyası”»nda Ermənistanın sol sahilində iki ölkə adı, Lpin və Çola adı çəkilir. «Alban tarixi”»ndə isə yazılır: «... mənim atam bu 3 ölkəni - Aqvaniya, Çoqa və Lpiniyanı əbədi mülkiyyətə alıb» (2.b 14). Buradakı Çoqa sözü təbii ki, «Kitabi Dədə Qorqud”»da «iç el”» sözünün əvəzinə bəzən «üç oq»” sözünün yazılması ilə əlaqədardır. Bildiyimiz kimi oq, aqa, ağa sözləri ğuz, oğuz sözləri kimi həyat enerjisi” anlamındadır. Deməli, üç oq”, yəni çoq sözü də iç Oğuz mənasını verir. Lpiniya sözü isə Alpaniyyə-Alpan ölkəsi fikrini ifadə edir. İç elin, eyni zamanda Əmanın ruhu olduğunu nəzərə alsaq, qəbul edərik ki, «issi el»”, yəni «sel» sözü də çol sözü ilə eyni mənalıdır.

       Qədim mənbələrdə saysız-hesabsız «Çola sərhəd qapısı»”, «Alpan keçid məntəqəsi”», «Hun qapısı»”, «Xon sərhədi»”, «Dərbənd keçidi»”, «Sul qapısı»”, «böyük Sul şəhəri»”, «Sul xalqı»” və s. keçid məntəqəsi adları, qarşımızda fantastik bir mənzərə açır. Bu fantastik mənzərəni təsəvvür etmək ağlasığmaz dərəcədə çətindir. Aqvaniyanın, yəni Qaba aləmin iç eldən və alpanlar yurdundan ibarət olması, eyni zamanda bu ruhlar dünyasının əməlli-başlı qapılarının məşhur «Dəmir qapı Dərbənd» ”də yerləşməsi, qədim dünyanın bütün sirlərinə açar rolunu oynayır. Belə çıxır ki, «Kitabi Dədə Qorqud»”dakı kimi, qədim dünyanın bütün yazılarında söhbət, göydəki Allah elinin yaranmasından, onun 5000 illik haqq-ədalət tarixindən, son 500 illik tarixdə həqiqətin itməsindən və nəhayət, Allahın axirət məhkəməsi qurub, dünyanı öz tabeliyinə qaytarmasından gedir. Belə çıxır ki, kitabın əvvəlində qeyd etdiyimiz, Platonun, «bütün rəvayət və yazılar yalnız bir bir hadisə ilə bağlıdır»  ideyası əsil həqiqətdir.

      «Aqvan tarixi»”ndə yazılır ki, «Dərbənd istehkamları və qalasını tikmək üçün İran şahları ölkəmizi taqətdən saldılar: bu qəribə binanı tikmək üçün memarları səfərbərliyə alan və çoxlu müxtəlif materiallar axtarıb tapan İran şahları həmin tikinti vasitəsilə Qafqaz dağı ilə «Şərq dənizi» arasındakı keçidləri qapalı saxlayırdılar» («Istoriya Aqvan”», s.105/85). Qeyd edək ki, buradakı «Şərq dənizi»” kainatın işıq dənizi, yəni «ümman dənizi»” mənasında başa düşülməlidir. Əs - Suyuti yazır ki, «Zülqərneyn Qaf dağına çatdıqda, onu mələk səslədi. Zülqərneyn soruşdu: «Bu nə dağdır? Mələk cavab verdi: Bu Qaf dağıdır. O dağlar anasıdır. Bütün dağlar onun kökündən yaranıb və əgər Allah bir kəndi dağıtmaq istəsə, o bu dağın bir kökünü tərpədər»”. Əl Bəlazuri isə «Kitab Fütuh əl Buldan»” əsərində göstərir ki, «... O, (Qubad) Arranda Beyləqan şəhərini, bütün ölkənin baş şəhəri Bərdəni və Qəbələ şəhərini (burası Xəzərdir) tikdirdi. Sonra o Şirvan vilayəti və Allan (ellin-F.G.) qapıları arasında bişməmiş gildən sədd çəkdirdi, gil divar boyu 360 şəhər saldırdı» və s”. «Tarixi Dərbəndnamə»”də (45,94) qeyd olunur ki, Dərbənd hasarı tikildikdə qalalardan biri Alpan qalası olmuşdur. B.Dorn isə bunu (280,339) «Səddi-Alpan»” adlandırır. Digər mənbələrdə Dərbəndi «nəhəng şəhər»” (Kalankatlı 11,4,11), «Qala»” (Sebeos III,35), «Çor keçidinin şəhəri»”, «dənizdə tikilmiş istehkam”» və s. kimi qeyd edirlər. Nəzərə alaq ki, Çor sözü - içəri” sözü ilə eyni mənadadır.

       Qədim yazıların gizli mənalarını dərk etmək üçün mövzudan kənara çıxaraq, əvvəldə qeyd etdiyimiz sufiliyin, kabbalanın kökündə duran qədim məntiqə nəzər salaq. Dini şərhçilər müqəddəs yazıların 4 səviyyəli olduğunu qeyd edirlər. Bunlar: 1-ci hərfi məna, 2-ci etik məna, 3-cü peyğəmbər və dünyanın sonu mənası, 4-cü gözə görünməyən mənəvi mənadır. Bu dörd mənalı səviyyənin dərki «cənnət bağı»” deməkdir ki, bu səviyyəyə çatmış adam birbaşa cənnətə gedir. Digər tərəfdən qədim Misirlə məşğul olan mütəxəssislər qeyd edirlər ki, qədim Misir  ədəbiyyatında əsas məsələ, müəllifin bir nağılda bir neçə müxtəlif epizodları birləşdirməsidir. Bu məntiq bilavasitə qədim Misirdə yaranmış, sonra isə bütün dünyaya yayılmışdır. Müəlliflər cürbəcür təkrarla, söz oyununa, alliterasiyaya və s. əl atırlar. Bəzən ikinci cümlə birincini dəqiqləşdirir, tamamlayır və yaxud fikri gücləndirir. Digər tərəfdən hərflərin sirli mənası bilavasitə adlarda özünü göstərir və məna cümləni tamamlayır və s.

Məhz bu dolaşıqlarla rastlaşan A. Oppenheym «Drevnyaya Mesopotamiya»” kitabında yazır ki, «qədim Mesopotamiya məktublarındakı bütün deyimlər emosiyalarla zəngin və dolğundurlar. Onların mövzuları bizim üçün dərk olunmazdır və oradakı him  və eyhamlar yalnız ünvanı üçün aydındır. Onların terminologiyası xüsusi sirli ifadələrlə doludur”» (s.27). Belə çıxır ki, müasir alimlərin, qədim Misir dilçiliyinin əsaslarını bilməmələri səbəbindən, qədim yazıların həqiqi mənaları hələ də dərk olunmamışdır. Məhz buna görə də, alimlərin gəldiyi nəticələr bir-biri ilə düz gəlmir. Məsələn: Ktesiylə Herodotun eyni şey haqqındakı fikirləri həmişə uyğunsuzluqla nəticələnir. Qədim tarixçilərin bir birini inkar etmələri səbəbinə görə, Bartolda elə gəlir ki, Yunan mənbələrinin əksəriyyəti sonradan təhrif olunmuşdur, çünki onlar heç bir tənqidə dözmür. Turayev isə təəccüblə, Herodotun Navuxodonosorun adını hər yerdə başqası ilə əvəz etməsini bildirir. O yazır ki, Finikiya adlanan ərazidə yunan və semit elementləri bir birinə çox qarışmışdır. Misir yazılarını isə Makedoniya və Yunan yazılarından fərqləndirmək mümkün deyil. M. Artamanov da bu qarşılıqlığa rast gəldikdə, - «...bundan sonra nə varsa, hamısı him və eyhamlardan toxunmuşdur» deyə yazır. Biz B. Nizenin «Herodota əlavə etmək yox, onu izah etmək lazımdır»” fikrinə söykənərək bildiririk ki, qədim yazıların hamısı rəmzi mənada yazılmış həqiqətlərdir. Məhz bu mənada Firdovsi «Şahnamə»sində,

        «Mənim sözlərimdə tapılmaz yalan, nə əfsun, nə əfsanə yazdım inan.                      

        Ağılla oxu, rəmz tapsan əgər, düşün rəmz mənaya yol  göstərər».

deyə yazdıqlarının rəmzi olduğunu xüsusi qeyd edir. Bu həqiqətləri başa düşmək  üçün qədim yazıların əlifbasını öyrənmək lazımdır. Yalnız nadan insan qədim yazılara cəfəngiyyat kimi baxa bilər.

      Yuxarıda deyilənlərdən belə nəticə çıxarmaq olar ki, bütün qədim yazılarda söhbət bilavasitə Allahdan gedir. Çünki kainat tarixində Əman Allahından başqa heç kim qeyri-adi iş görməmişdir. Buna görə qədim Misir yazılarının birində yazılır: « Allah kainatı və onda olan hər şeyi yaratdı. O, dünyada olub, olan və olacaq hər bir şeyin yaradıcısıdır. O, dünyanın yaradıcısı, hələ heç bir başlanğıc olmamış  ona öz əlləri ilə ilk forma verəndir; ondan çıxan dünyanı bərqərar etmişdir və s.» (U.Bac «Yeqipedskaya reliqiya.Y.maqiya».M2000.s29). Məhz Əman Allah, 5500 il bundan əvvəl, insanların beyninə yeni qat əlavə edib, onlara düşünmə qabiliyyəti verməklə insanları heyvan səviyyəsindən çıxartmışdır. Allah öz nəsli, eli ilə əlaqə saxlamaq üçün qaraciyərə əlavə funksiya verib, orada «görmə” qabiliyyəti» yaratmışdır (Platon, «Timey»” 73e,71 e, 27 v). Bundan sonra onun nəsli, yəni pir, seyid, gel və s. müqəddəslər  yuxuda və s. ekstaz vəziyyətlərində Allahın deyimlərini eşitməyə başlamışlar. Belə çıxır ki, bu dünyada nə kəşf olunubsa hamısı Allahın adına yazılmalıdır. Çünki bütün qədim yazılar Allah deyimləridir və eyni zamanda yaradılmışın yaradıcıdan artıq olması mümkün deyil. Bu isə o deməkdir ki, əvvəldə yazdığımız kimi, bu günə qədər yazılmış bütün dastan və rəvayətlər bilavasitə ona həsr olunmuşdur. Bu dünyada Allahdan böyük iş görmüş heç bir canlı varlıq olmamış və olmayacaqdır.

        M. Kaqankatvatsiyə görə Bərdə şəhəri Sasani şahı Perozun əmrinə əsasən padşah Vaçe tərəfindən salınmışdır. Həmdullah əl Qəznəvi yazır ki, Bərdəni Makedoniyalı Isgəndər salmışdır, sonralar isə şəhəri sasani Qubad abadlaşdırmışdır. Vaqidi bildirir ki, Əbd ül-Malik Bərdə şəhərini hatəm ən-Nöman əl Bəxilinin və ya onun oğlunun köməyi ilə inşa etmişdir. Cəmaləddin əs-Suyuti təsdiq edir ki, Bərdə Hicri 85-ci ildə Əbd ül - Əziz ibn Hatəm tərəfindən təsis edilmişdir və s. Bütün bunlar onu göstərir ki, bu müxtəlif adamların adlarının mənası bilavasitə Əman Allahına işarədir.  A.Bakıxanov yazır ki, «Dərbəndnamə»”də deyilənə görə, Məhəmməd peyğəmbərin ətrafındakılar onun ağzından eşitmişlər ki, Dərbənd müqəddəs yerdir və onun sakitliyindən bütün şərq asılıdır və əgər kim onun müdafəsi üçün çalışsa, o Allahın xeyir-duasını qazanar. Bu deyimi başa düşmək üçün nəzərə almaq lazımdır ki, Adəm, yəni qədim Misirin Atum Allahı, dünya ağacının bitdiyi yerdə, yəni rəmzi Dərbənddə durmuş və bütün dünyanı ağuşuna almışdır. Atumla eyni məna daşıyan qədim Misirin Maat Allahı kainatın, təbiətin harmoniyasını özünə bağlamış gözə görünməz enerjidir. O, eyni zamanda əkslikləri özündə birləşdirmiş qayda-qanun Allahıdır. «Quran»da Atum Allahının əllərini uzadıb bütün dünyanı tutması haqda belə yazılır:”  «Məşriq də, Məğrib də Allahındır. Hara getsəniz Allahla üz-üzəsiniz. Hər yeri tutmuş Allah, hər şeyi bilir Allah»” (2.115). Deməli, Maat, yəni Atum Allahının harmoniyasının pozulduğu zamanda, dünyada kataklizmələr başlanmalıdır. Müqəddəs kitabların yazdığına görə bu dünyanın sonunda, yəni «Quran»da qeyd olunan «torpaqların dəyişdirildiyi vaxt»”da baş verəcəkdir.

        Dərbənd şəhərinin «dəmir qapı”» adlandırılması, mənbələrdə göyün dəmir adlandırılması ilə əlaqədardır. II-ci Paynocemanın sarkofaqından tapılmış sənəddə deyilir: «Allahların Atası, müqəddəs Allah Amon Ra... O, göyün dəmir hasarını öz suyunda yaratmışdır...”». Deməli, Dərbənd qapılarını dəmirdən etməklə, Allah əridilmiş dəmirin buxarından da ruhlar dünyasının qapısını düzəltmişdir. Gördüyümüz kimi qədim yazılarda «qapı»” xüsusi məna kəsb edirmiş ki, onu hər yerdə xüsusi vurğu ilə qeyd edirlər. Diqqətəlayiq haldır ki, qədim Misirdə «Ölülər kitabı»”, «Mağaralar kitabı»” və s. kitablarla yanaşı «Qapılar kitabı”» da olmuşdur.

       Qədim Misir yazılarının birində qeyd olunur ki,  e.ə.1300-cü ildə 5-ci ilin payızında II-ci Ramses böyük ordu ilə sərhəd qapısı olan Çil qapısını keçdi. O, dənizkənarı Sidr vadisini ötüb ölkənin dərinliyindəki Kadeşin (Kadus-F.G.) cənubuna gəldi”. Mənbələrdə Misir tarixinin müxtəlif dövrlərində Çil qapısını «Şərq qapıları», «Şimalın iki qapısı», «Aralıq dənizinin qapıları», «Caru qalası», «Nil vadisində olan Çilu sərhəd qalası» və s. adlandırırlar. Başqa bir yazıda oxuyuruq: «Göyün qapısı, Ra-nın üfüqünü açaraq açılır. Osiris üçün Busirisin, Abidosun qapısı açılır»” və s.

        Iki dünya arasındakı qapı haqqında daha geniş təsəvvür yaratmaq üçün Esagilə gələn (Mesopotamiya) Tabi-utul-Enlilin deyiminə nəzər salaq: «Mən türbəyə düşmüşdüm ki, yenidən Babilə qayıtdım. «Bərəkət qapısı»nda mənə bərəkət verildi. «Böyük qoruyucu ruhun qapısı»nda mənim gözətçi ruhum mənə yaxınlaşdı. «Mərhəmət qapısı»nda mən mərhəmət gördüm. «Həyat qapısı»nda mənə həyat verildi. «Günəşin çıxdığı qapı»da mən yaşayanlar sırasına daxil oldum. «Əlamət görünmə qapıs»ında mənim əlamətlərim üzə çıxdı. «Günahlardan qurtulma qapısı»nda mən günahlardan təmizləndim. «Sorğu qapısı»nda məndən sorğu soruldu. «Ah-zardan qurtulma qapısı»nda mən ah-zardan azad olundum. «Su ilə təmizlənmə qapısı»nda mən təmizlənmə suyunda təmizləndim. «Mərhəmət qapısı»nda mən Mardukun qarşısında durdum. «Qüdrət tökülmə qapısı»nda mən Sarpanitin ayağından öpdüm» və s.” Belə çıxır ki, iki dünyanın qapısı olan bu qapı eyni zamanda ölənlərin ruhunun məhkəməsi qapısıdır. Bu isə o deməkdir ki, bu yazılar qədim Misirlə əlaqəlidir. Çünki 42 hakimin qarşısında olan haqq-ədalət məhkəməsini ikinci dünya ilə birlikdə Əman Allahı yaratmışdır.

      Eyni zamanda qeyd etmək lazımdır ki, Dərbəndin əvvəlki adı Bab əl Əbvab olmuşdur ki, qədimdə ona sadəcə Babil demişlər. Beross yazır ki, «Nabupalasar Babildə dağa bənzər hündürlük düzəltdi və orada cürbəcür ağaclar əkdi və asma bağ saldı»”. Digər mənbələrdə də qeyd olunur ki, Nabupalasar Esagilin «Etemenanki – «göyün və yerin bünövrə evini», «o dünyanın sinəsində elə tikdi ki, onun hündürlüyü göyə çatdı». Belə çıxır ki, «Quran»dakı «göydə baxanlar üçün bəzədilmiş qüllə yaratdıq» deyimi də bu mənadadır (15.16). Iki dünyanın qapısı olan Babil qülləsi haqda daha dolğun məlumata «Tövrat»da rast gələ bilərik. «Tövrat» yazır ki: «Əvvəl bir millət və bir dil var idi. Şərqdən gələn tayfalar Babildə başı göyə çatan şəhər və qala qurmağa başladılar. Allah bunu görüb onların dillərini dəyişirdi və onları oradan dünyanın digər yerlərinə səpələdi»(11.1-9) Rəmzi mənada yazılan bu yazıda nəzərə çatdırılır ki, yerin göyün qapısı məhz buradadır, yəni dünya ağacı bu yerdən ucalmışdır. «Enuma Eliş»” adlı 7 lövhədən ibarət, Mesopotomiyadan tapılmış yazıda dünyanın yaranması haqqında belə yazılır: «Okeanı ölçən hökmdar, özünün göy kimi tikdiyi Eşar sarayında özü Eşara bənzər böyük saray tikdi və onu Anu, Enlil və Ea-ya verdi. Bu saray kainatın simvolu idi».”  Əgər biz Eşar adının Aşur \Assur\ Azər olduğunu nəzərə alsaq, başa düşərik ki, burada da söhbət, bir elin içində digər elin yaranmasından gedir.

        Bildiyimiz kimi, Əman Allah yerdəki canlılara ikinci həyat vermək və təbiətə aktiv  təsir edərək onların formalarını dəyişdirmək qabiliyyətinə sahib olmaq üçün, bütün varlıqların əsasını təşkil edən Platon materiyasını sel halında, yəni çoxlu miqdarda yerə gətirmək uğrunda müxtəlif rituallar keçirməyə başlayır. Əman, Pta Allahı kimi çıxış edərək, qurban, ritual və mantralar vasitəsi ilə başı göylərə çatan Atum/Adəm Allahını yaradır və onu göy kimi formalaşdırır. Hava və su timsalında, kainatın formalaşması sisteminin obrazı rəmzində formalaşmış yeni göy,Əmanın digər ritualları vasitəsi ilə Nut göyünə və göydəki ruhlar dünyası olan Qaba Aləmə çevrilir. Milyonlarla qurban və rituallar hesabına sistemləşmiş yeni göy, artıq söz vasitəsi ilə onu idarə edən Əmanın iradəsinə uyğun, ulduzlar ətrafında dəniz rəmzində təsəvvür edilən Platon materiyası, yəni dirilik suyu ilə birləşir və materiya göydən yerə axmağa başlayır. Dirilik suyu ilə birləşmiş yeni göy, yəni Atum Allahı bundan sonra, dünyanı idarə edən təbiət enerjisi timsalında Oziris/Oziri (Osiris) Allahına çevrilir. Deməli, yuxarıda qeyd olunan «başı göylərə çatan», «göy kimi tikilmiş Eşar sarayı» elə dünyanı əhatə etmiş Oziri Allahının bədənidir. Platon bu bədəni, bütün varlıqları özünə daxil etmiş – tək canlı varlıq adlandırır və s. (bax.Platon «Timey» 68E, 69B-C). Bu sarayın kiçik simvolu olan digər Eşar sarayı isə, rəmzi ruhlar dünyası adlandırılaraq yerin altında, böyük mağarada gizlədilən Babil qülləsidir.     

         «Tövrat»dakı yazıdan çıxan ikinci nəticə odur ki, ən qədim dövrdə, insanların dünyaya səpələnməsindən əvvəl onlar hansısa sirli «başı göylərə çatan» qala tikmişlər ki, Allah bu hadisəni gizli saxlamaq üçün onların dillərini kodlaşdırıb bu sirrin tam açılmamasını təmin etmişdir. Deməli, Əman Allah «Süleymanın quş dili»” adlandırılan xüsusi elmi, bu sirləri gizli saxlamaq üçün yaratmışdır ki, bu elmin sirlərini yalnız müdriklər, rəvayətlər vasitəsi ilə bir birinə ötürürdülər. Bu isə o deməkdir ki, Platonun qeyd etdiyi qeyri – adi sirli hadisə bilavasitə Babil qülləsi ilə bağlıdır. Babil qülləsinin başının göylərə çatması, yəhudi kitablarında rəmzi mənada yazılmış digər yazını bizə xatırladır. Belə ki, bu yazıda  Yexuda Ravın adından deyir: «Ilk insan yarananda dünyanın o başından bu başına qədər idi…Yalnız günah işlətdikdən sonra Allah əlini qoyub onu kiçiltdi»(Xaqiqa 12a,Sanxedrin 38v). Həqiqətən də ravvinlərin Adəmi yerdən göyə ucalan nəhəng varlıqdır. Ravvi Eliezer də onun boyunu təyin edərkən «Tövrat»dakı bu cümləni sitat gətirir: «…Allah yerdə insanı (Adəmi), dünyanın bu başından o başına qədər yaratdı…»(Vtorozakonie 4:32). Bu və digər yazıların tədqiqi də onu göstərir ki, Adəm  elə Misir yazılarındakı Pta Allahının yaratdığı Atum/Atam Allahıdır və Platonun da «Timey» əsəri bilavasitə onun yaradılmasına həsr olunmuşdur.                        

         «Tövrat»ın yazdığına görə Adəm, Nuhun gəmidən düşdüyü torpaqdan yaranmışdır və burada da Süleyman peyğəmbər Allah üçün, (sahəsi 100 kv/m, hündürlüyü 62 m olan) qızıl və gümüşdən  ev tikmişdir. Bu isə o deməkdir ki, «ölüm şahlığı»nın qapısı olan Kadus, Aid – eyni zamanda, rəmzi ruhlar dünyası sayılan Adəmin bədənidir və o Babil qülləsi ilə bilavasitə əlaqədardır. Babil sözünün «Allahın qapısı» mənasını verməsi fikirlərimizin həqiqiliyinə işarədir və s.  I.Dyakonov «Istoriya Midii» (1956.s.276-278) kitabında təsdiq edir ki, Midiyada Silxazi qalası olmuşdur ki, o «Babillərin qalası» sayılmışdır.  

        Deməli, Allahın, insanların dilini dəyişib – onları dünyaya səpələməsinin əsas səbəblərindən də biri, «düşünən insan»ın, Allahın və ruhlar dünyasının yaradılmasının sirlərini, onlardan (müəyyən səbəbə görə) gizli saxlamaq üçündür.

         Deyilənə görə, Allah Musaya «Tövrat»ı verəndən sonra dedi: «Indi Tövratı Israilə başa sal. Musa: Dünyanın hökmdarı, - mən onu onlarçün yazaram, dedi. Allah isə: Mən onlara onu yazılı vermək istəmirəm, çünki bilirəm, gələcəkdə dünya xalqları yəhudilər üzərində ağalıq edəcək, onların Tövratını əlindən alacaq və onlara nifrət edəcəklər»”. Deməli, Allah, dünya xalqlarının bu elmi başa düşməməsi üçün, bu gizli dilçiliyi yaratmışdır. «Quran»da deyilir: «Quranı qavramasınlar deyə örtük çəkdik ürəklərinə, ağırlıq çökdürdük qulaqlarına»”. Xristian yazılarında da bu fikrə rast gəlmək olar: «Onlar baxacaqlar, ancaq heç nə görməyəcəklər, onlar qulaq asacaqlar, yenə heç nə başa düşməyəcəklər»” və s.

      Qədim Misir yazılarına görə də: «Allah gizli varlıqdır və heç bir insan onun simasını bilmir.Heç bir insan onun görünüşünü axtara bilməz; O, Allah və insanlardan gizlidir və o öz yaratdıqları üçün sirdir», «Heç bir insan bilmir ki, Onu necə dərk etmək olar.Onun adı gizli qalmaqdadır; Onun adı – öz uşaqları üçün də  sirrdir». Onun adları  saysızdır, müxtəlifdir, və heç  kim onun sayını bilmir» (U.Bac «Yeqipedskaya   reliqiya.Y. maqiya» M2000.s.29).

      «Tövrat»ın Babillə əlaqədar yazısından çıxan üçüncü nəticə odur ki, Adəm nəsli dünyaya məhz Midiya torpaqdan səpələnmişdir. Misal üçün qeyd edək ki, mənbələrə görə indiki yəhudi torpaqlarına gələn «dedun və xaney» tayfaları olmuşdur ki, Məsudiyə görə dedun tayfaları Şarvan şahlığının əhalisidir. Xaney adı  Xon, Xunn torpaqlarının əhalisi mənasındadır. B.A.Turayev yazır ki, şumerlər öz Enlil Allahlarının dini ilə, sonradan kassilərin yerləşdiyi Iran keçidlərindən gəlmişlər. Ümumiyyətlə, son dövrdə alimlər mədəniyyətin əksər ölkələrə Zaqafqaziya və Ermənistan dağları ərazisindən yayıldığını etiraf etməyə başlamışlar.

      Babilin adı ən qədimdə Oziri haqqındakı rəvayətdə çəkilir ki, bu rəvayətin Plutarx variantının əlavələrlə qısa məzmunu belədir: Yerin Səba (Qaba) Allahı ilə göyün Nut Allahının izdivacından Oziri Allahı doğulur. O doğulunda məbədgahdan əzəmətli səs gəlir ki, dünyaya qüdrətli hökmdar, Allah gəldi. Bundan sonra Nut Böyük Qor Allahını, daha sonra isə Set, Isida və Neftida Allahını doğur. Yerdə hökmranlığ edən Oziri Allahı misirliləri, daha sonra isə bütün dünya əhalisini vəhşi vəziyyətindən çıxarır. Onlara buğda, arpa əkməyi öyrədir. Oziri insanlara faydalı qazıntılardan istifadəni, meyvələrdən çaxır, içki çəkməyi və s. öyrədir. Onun bu şöhrətini görən Set (satana/şet/şeitan F.G.) öz 72 yoldaşı ilə Ozirini aldararaq tabuta qoyub suya atır. Su Ozirini Biblə/Qubla, yəni Babil/Qəbələyə gətirib çıxarır və burada, o, ağacda ucalır. Set bu dəfə Ozirini 14 hissəyə parçalayıb dünyaya səpələyir. Lakin Isida oğlu Qorla möcüzə göstərib Ozirini yenidən dirildir.

      Bu rəvayətin qısa məzmunu bundan ibarətdir ki, Qəbələ, yəni Babildə dünya ağacı vasitəsilə yaranan Oziri və onun eli Qafqazdan çıxmış 72 millət tərəfindən öldürülür. Lakin axirətdə Əman Allahın ruhu son peyğəmbərlə Oziri Allahını yenidən dirildir və o, yenidən dünyaya sahiblik edir. Bu rəvayətdə dünya ağacının, yəni Qaba aləmin Babildə ucalması xüsusi qeyd olunmuşdur. «Kitabi Dədə Qorqud»”da dünya ağacı Qaba aləm mənasında «Qaba ağac»” adlandırılır və s.

        Moisey Kalankatuyski və Movses Xorenatsi qeyd edirlər ki, «Yafət – Aran övladlarından olan Sisakın nəslindən olan kimsəyə Alban dağları və sahələri vərəsəliklə qalmışdır»”. Yafətin (Yapet- Ya Pta - F.G.)  Maday adlı oğlunun olması onu göstərir ki, qədim Misirin Pta Allahı bilavasitə Midiya ilə əlaqədardır. «Tövrat»ın açmasından belə çıxır ki, Arran, Ibrahim peyğəmbərin vətəni olan xaldeylərin Ur şəhəridir. Iordan yazır ki, Ibrahimin vətəni olan Ur şəhəri Təbrizdən 2 günlük yol məsafəsindədir (mətn III.57). Aran/Aaron isə «Tövrat»da Leviinin, yəni Albanın oğlu, ElAzərin isə atasıdır. Bu isə o deməkdir ki, Albanla ElAzər eyni yerin və eyni millətin müxtəlif adlarıdır. Buradakı Sisaka adı Isaak – sak adı mənasını ifadə edir ki, bu da «issi Ağa»”, yəni Qor Allahının ruhu deməkdir. Deməli, Isaak adı göydəki Allah mənasını verir. «Tövrat»da qeyd olunur ki, Isaak, oğlu Iakova (Yaqub) xeyir-dua verərək deyir: «Mesopotamiyaya get, Lavanın qızını al və mən sənin nəslinə gəzib-dolaşdığın yeri verirəm»” (Bıtie 28.23). Lavan adının Alban mənasında olmasını nəzərə alsaq, başa düşərik ki, gəzib-dolaşdığın yer dedikdə söhbət, yerdəki və göydəki torpaqlardan gedir. Qeyd edək ki, midiyalılar da mənbədərdə «dağ və səhraları dolaşan qüdrətli midiyalı»lar adlandırılır. Bu isə o deməkdir ki, Alban dağları və sahələrini əbədi verməklə, Allah Azər xalqına, yerdəki Alban dağlarını və göydəki Alban sahələri olan ruhlar dünyasını əbədi verir.

       «Əhdi ətiq»”də, Livanda Allahın cənnət bağından danışılır və sidr ağacı Izrail Allahı olan Yaxve ilə əlaqələndirilərək, onun tərəfindən əkildiyi bildirilir. Allah bağındakı sidr ağacının sahibi El Allahıdır. Xaananın El Allahı Uqarit mətnlərinin birində Livan bağlarını salan Allah kimi qeyd olunur. Yəhudilərin El Allahı və Uqaritin Baal Allahının, Livanın sidr ağacı ilə əlaqəsi, bu iki Allahın eyni olması deməkdir. Finikiya mifologiyasında isə bərəkət, yağış, ildırım Allahı olan Vaal (Balu) Allahı, Ilu ilə qadın Aşera Allahlarının oğlu sayılır. Nəzərə alsaq ki, Ilu Allahı El, Aşera isə Aşur/Assur Allahıdır, onda başa düşərik ki, bütün bu Allahlar rəmzi mənadadır və dünya ağacının sahibi olan Qor Atanın müxtəlif obrazlarıdır.

      Digər tərəfdən  B.A.Turayev Finikiyadan tapılmış Tell-amarn sənədlərində Vaal Allahının adının olmamasını qeyri-adi uyğunsuzluqla qarşılayır. Əvəzində isə bu sənədlərdə bolluca Addi adı var ki, hətta Babil çarına Rib-Addi deyilir. B.A.Turayev Addi Allah adının Assur və amoreylərin Ramman və Ədəd Allah adları ilə eyniliyini qeyd edir. Addi/Adad Allah adının, qədim Misirin «iki dünyanın tacı, atası»” olan «Dədə»” Allahı olduğunu nəzərə alsaq, başa düşərik ki, Ramman adı da Ra-umman, yəni «dərya günəşi»” mənasındadır. Bu isə o deməkdir ki, qədim mənbələrdəki ölkə adları da rəmzi mənadadır və bilavasitə Allahın əsil vətəni ilə bağlıdır. Deməli, Livan adı Alban kimi oxunmalıdır və yuxarıda qeyd etdiyimiz Allah bağı dedikdə də Qarabağ nəzərdə tutulmalıdır. Qarabağ adı Qor Allahının bağı mənasındadır ki, Albaniyanın üstündəki ruhlar dünyasının yaranmasında bu bağın xüsusi rolu olmuşdur.

     Qədim mənbələrdə Babilin Xatxor Allahı, ölülərin ruhunun «ölülər çayı»ndan” keçməsi üçün sidr ağacından qayıq və s. hazırlanmasına nəzarətçi kimi qeyd olunur. Qədim fəlsəfəyə əsasən bu dünyanı ölülər dünyasından ölülər çayı ayırır. Belə çıxır ki, «çayın o biri sahili»”, «dənizin o biri sahili»”, «yuxarı dənizdəki ada”» və s. deyimlərində söhbət göydəki ruhlar dünyasından gedir.

       «Masalik əl-mamalik»”, «Mücam əl-buldan»” və s. kitablarının müəllifləri yazırlar ki, «Quran»da qeyd olunan Məcmə əl Bəhreyn - yaxud iki dənizin birləşdiyi yer Şirvan ərazisində yerləşir. Orada Musa və Xızır (Yenox) qayası ucalır. Məsudi isə yazır: «Abu Musa dağları (Qarabağ) Arrana aiddir və orada Arran nəsli yaşayır. Ar-ras çayı, Babək Xürrəmdin Azərbaycanda sahib olduğu əl Bəzzain yeri ilə Arrana aid olan Abu Musa dağları arasında axır».” Arran adı «Tövrat»da Xarran kimi göstərilir ki, alimlər dünyanın bu «keçid qapısını»” istədikləri yerdə yerləşdirirlər. Tövrat yazır ki, Yaqub Virsaviyadan Xarrana gəlir və orada gecələməli olur. Yuxuda görür ki, yerdən göyə pilləkən uzanır və onunla mələklər yerə düşüb çıxırlar. Yuxudan duran Yaqub deyir: «Həqiqətən bu yerdə Allah var, mən isə bilmirdim. Sonra qorxaraq deyir: «Bu yer Allah evindən başqa bir şey deyildir, bu göyün qapısıdır”» (Bıtie 28;16,17). Bu yerə Yaqub «Betel”» adı verir. «Betel»i”n göyün qapısı olması və onun Xarranda yerləşməsi, Xarranın elə Arran olması deməkdir. «Betel»” adı sufiliyə görə Balaat adı ilə eyni mənalı adlardır. Digər tərəfdən bu söz Badil mənasındadır ki, bu da Abdal-bodi eli, yəni tam kamilliyə çatmış, başa düşülməyən şeyləri dərk etmə, qamlıq, ekstaz vəziyyətində görən və s. kimi müqəddəslərin eli deməkdir. Ibn Durayd yazır: «Abdal (tək halda Badil) müqəddəslər nəslidir (salehun), dünya onlardan əskik olmur. Onlara pir də deyirlər».” Belə çıxır ki, Yaqub Beteli qamlıq vəziyyətində görmüş və ikinci dünyanı da məhz burada yaratmışdır. B.A.Turayev yazır ki, «Xarranın qəribəliyi ondadır ki, o Aralıq dənizindən Vavilona, Midiyaya, Kiçik Asiyaya, Ermənistana və s. gedən yolun kəsişdiyi yerdədir». Digər tərəfdən əgər Xarran Babil mədəniyyətinin ən cənub ölkəsidirsə, ən şərq mərkəz Elam, Pars və s. mədəniyyətlərinin mərkəzi olmuş Suza (Şuşan) şəhəridir” (B.A.Turayev «Istoriya drevneqo vostoka» L.1935.t.1 s.76).

       Acınacaqlı haldır ki, qədim dünya tarixindəki tam uyğunsuzluqları görən alimlər öz gəldikləri nəticələrin səhv olduğunu başa düşməmiş, yanlış məntiqləri ilə bütün tarixi alt-üst etmişlər. Misal üçün rəmzi mənada yazılmış «Alban tarixi»”ndə qeyd olunur ki, «Şah sarayda çoxlu kahin, din xadimləri və s. saxlayırdı ki, onlar da gecə-gündüz müqəddəslərə qulluq edirdilər».” Hər iki dünyaya aid edilə bilən bu cümlədə söhbətin göydəki saraydan getdiyini sübut etməyə ehtiyac yoxdur. Çünki yalnız göydəki müqəddəslərə gecə-gündüz göstərilən qulluq yazıya alınmağa layiqdir. Eyni mənalı yazılara qədim Misir mətnlərində də rast gəlmək olar. Bu mətnlərdə qeyd olunur ki, Oziri Allahını çoxlu miqdarda müqəddəslər əhatə edib, gecə-gündüz ona qulluq edirlər. Onlar yatmır, həmişə gümrah halda axşam düşənə qədər, səhərə qədər, Allaha qulluq göstərirlər. Bundan başqa sutkanın hər 24 saatı üçün xüsusi Allahlar var ki, Ozirini gözləyir və onu seyr edir (B.A.Turayev t. 2 s 224). Belə çıxır ki, «Alban tarixi»”ndə və digər yazılarda da söhbət Oziri Allahından və onun elindən gedir.

        «Quran»da yazılır ki, «Allah iki dənizə sərhəd verdi. Biri şirin o biri duzlu olan bu dənizlər arasında dağılmaz sədd, maneə yaratdı»” (25:53). Təbii ki, burada da söhbət Əman Allahın Dərbənd ətrafında yaratdığı  ruhlar dünyasının” qapısından gedir. Rodosslu Appolloniy (eradan əvvəl III əsr) yazır: «Okean yanında Kaspi dənizi, onun ərazisində isə parslarla qonşu olan Kaspi xalqı yaşayır»” (71.s.279). Okean dedikdə burada söhbət işıq okeanından, yəni ümmandan gedir. Kaspi dənizi dedikdə isə burada ruhlar dünyası nəzərdə tutulur. Qeyd edək ki, hələ e. ə. 2 minilliyin əvvəlindəki inama görə, yer okeanın üstündə durur və orada Allahlar yaşayan 7 göylü adalar var. Bu səhnəni təsəvvür etmək üçün qədim Midiya və Assiriya qalalarının şəkillərinə baxmaq kifayətdir. Digər tərəfdən, qədim Misirdə Kaz, Kas, Ğuz və s. kimi işlədilən söz, ilk kişi və qadın başlanğıcı enerjilərinin birləşməsi mənasında həyat enerjisi fikrini ifadə edir. Deməli, kaspi sözü müdrik həyat enerjisi, yəni düşünən ruh mənasındadır. Herodot yazır ki, «Ellinlərin üzdükləri, herakl sütunlarından o yanda olan, necə deyərlər Atlantik və Qırmızı dəniz, bunlar hamısı bir dənizdir”» (Klio 202). Qədim mənbələrin hamısında Herakl sütunları dedikdə, göylə yerin qapısı nəzərdə tutulmalıdır. «Odisseya»”nın ilk mahnısının dəqiq tərcüməsindən aydın olur ki, Atlas... yerlə göyü birləşdirən sütunları saxlayır. Ruhlardan yaradılmış bu sütunlar vasitəsi ilə insanın ruhu göydəki aləmə daxil olur. Ellin adı isə ellikli el, lulubi, Allah və s. sözləri kimi iki eli özündə birləşdirmiş Allahlar, Pirlər nəslinə deyilir. Deməli, herakl sütunlarından o tərəf artıq ruhlar dünyasıdır. Platon «Fedon»” əsərində yazır ki, biz Fasislə herakl sütunları arasında yaşayırıq və öz dənizimizə sığınmışıq (109 V). Polibiy qeyd edir ki, Atropatenanın bəzi hissələri Pontun üzərindən, bəzi yerləri isə Fasisdən də yuxarı ucalır, digər tərəfdən Qirkan dənizinə çatır” (V. 55). Mənbələrdə qeyd olunan Fasis çayı «Tövrat»”da göstərilən Fison çayıdır ki, bu da Edem-cənnət bağından axan çaylardan biridir. Bu çay «Tövrat»a görə qızılı olan Xavila torpağından axır (Bıtie 2:II). Allahın qızıl taxt-tacı yerləşən bu Qəbələ torpağı herakl sütunlarından sonra başlanır. Platonun Fasislə herakl sütunları arasında yaşaması onu göstərir ki, Platon o dünyada yaşayır və bu dünyadakı yazılanlar bilavasitə vəhy vasitəsi ilə yazılmışdır. Qeyd edək ki, misirlilər, babillilər və s. xalqlar da öz mədəniyyətlərinə Allahdan gələn vəhy kimi baxırdılar.

        Pompey Troqa (e. ə. I, e. I əsr) albanların Fessaliyadan gəldiyini söyləyir. Herodot Alpan kəndindən söz açarkən oradakı dar keçidi, burada ucaldılmış heraklın səcdəgahı və Eta dağı ilə işarələndirərək yazır ki, əvvəllər burada qapı və divar vardı və onu fessaliyalılardan qorumaq üçün tikmişdilər (Poliqimiya, 106). Fessaliya Yunanıstan ərazisidir və Herodota görə Enien”, yəni yunanlar Ellin tayfası olub Eta və Ofras dağları ərazisində yaşayırlar. Lakin Fessaliyada kentavrların da yaşaması onu göstərir ki, burada söhbət ruhlar dünyasından gedir. Kentavrlar - yarıinsan, yarıat olan məxluqlardır ki, bu, «kainat atı»nı” özünə birləşdirmiş Əmanın nəsli mənasındadır (Bax.F.G.«Qor Əman»”). Qeyd edək ki, Məhəmməd peyğəmbərin, yuxuda ikən Buraq adlı insanbaşlı madyan ata minib göyə qalxması, Buraqın kentavr olması deməkdir.

       Qellanikə (e.ə. V əsr) görə yunanların Nuhu sayılan Devkalionun gəmisi Parnas dağlarına yox, Fessaliyadakı Otris dağlarında yerə enmişdir. Herodot qeyd edir ki, «nə vaxtsa Fessaliya, hər tərəfdən Ossa, Pelion, Olimp, Pind və Otris dağları ilə bağlanmış böyük göl, yaxud daxili dəniz idi və bu dağlar arasında su üçün keçid yox idi. Sonradan fessaliyalıların dediklərinə görə, dəniz Allahı olan və zəlzələ yaradan Poseydon dağlarda dar Tempey dərəsini açaraq gölə çıxış verdi. O vaxtdan burada Peney çayı axdı və Fessaliya düzənliyi qurudu»”. Zeusin və digər Allahların Olimp dağlarında yaşadığını nəzərə alsaq, başa düşərik ki, burada da söhbət məhz göydə yaradılmış ruhlar dünyasından gedir.  Belə çıxır ki, iki dünya arasında  qapı yaratmış Əman Allahı burada Poseydon kimi, Oziri çayı isə Peney çayı kimi göstərilir.  Devkalionun Prometeyin oğlu olması və onun Ftiyada (Fessaliya) şahlıq etməsi, təbii ki, buradakı hadisələrin Qafqaz dağlarında getməsinə işarədir. Bilirik ki, Qafqaz dağlarına Azərbaycanlılar Fit, ərəblər Cəbəl əl Fəth və s. deyirdilər. Cəbəl adının Qəbələ - Xavila, yəni göydəki Qaba aləm olması, Fessaliyanın, Olimpin, Atlantida, Semiramida və s. kimi mifik dünyaların da Qaba aləmlə eyniliyi deməkdir. Bu isə onu bildirir ki, Fit adı Prometeyin atası və türklərin əcdadı olan Yafət adı ilə bağlıdır. Strabon «Coğrafiyası»nda” qeyd edir ki, kadus, amard və s. tayfalar Zaqr və Nifat dağlarına səpələnmişlər (XI: 13/3). Nifat adı qədim Misirin baş Allahı olan Amonun (Əman) vətənidir və mənbələrdə o, Napatlı Amon adlanır. Bibliyada da Niftalı, yəni Napat elinin adı Zavulon/Savalan torpaqları ilə bir yerdə çəkilir. Belə çıxır ki, həqiqi Misir, yəni Equpet elə Napat elidir. Bu ölkəni Ta-Mar, yəni Ata Marlar da adlandırırlar ki, sonradan mar sözünün «irəm, rum» variantı ruhlar dünyasına aid olmuşdur. Qeyd etmək lazımdır ki, Əman Adəmi yaratdıqda, özünü Pta adlandıraraq Platon materiyası adından çıxış etmiş, bu materiyanın öz içində Əmana tabe olan bir cüt əl, yəni «Aşiratın barmaqları»nı əmələ gətirmişdir. Sonradan «Aşiratın barmaqları» Əmanın əllərinin hərəkətini təkrar edərək materiyadan başı göylərə çatan Adəmi yaratmışdır.

       Yazdıqlarımızdan belə çıxır ki, əsil Adəm nəsli, yeri-göyü özünə tabe etmiş Azəri türkləri - pir,şıx, seyidlərin Niftalı elidir və məhz bu xüsusiyyətlərinə görə onlar bütün dünyaya 5000 il ağalıq etmişlər. Orta əsrlərdə dünyaya hökmranlıq üçün yayılmış eftalitlərə, yəni «Fəti el ata”»larına abdal da demişlər ki, biz bu haqda artıq yazmışıq. Çinlilər eftalitləri eta/ada/yada adı ilə çağırırdılar ki, bu da ata, ya ata mənasındadır. Bu nəslin hun adlanması da, onların göydən gələn nəsil olması ilə əlaqədardır. Eftalitlərin bir qolunun kuşan adlanması kuşan şahlarının kassi adı ilə bağlılığı deməkdir.

      Bildirmək istərdik ki, yazılanlara görə Yunan şahları öz kökünü Allahdan götürür və bu nəslin banisi Neoptolem, yaxud Pirr adlanırdı. Neoptolem adı Niftalı deməkdir. Onun Pirr olması, «Pir günəşi»” fikrini ifadə edir ki, bu da Allahlar Atası mənasındadır. Neoptolem Xillin oğludur və bu ad, Xillə, Xəlilulla mənasında Şirvan şahlarına aiddir. Xillə sözü sufiliyə görə «iki elin ağası»” fikrini ifadə edir. Neoptolemin anası Diademiya adlanır ki, bu da Dədəm sözü ilə eyni mənadadır. Qədim Misirdə bu söz iki tac mənasında iki dünyanın şahına işarədir. Deməli, Neoptolem, yəni Fəti eli, Pirlər nəsli olub, iki elin ağası, atası və şahıdir. Əgər biz qədim Misir yazısına nəzər salsaq görərik ki, həqiqətən Əman Allahına iki dünyanın atası, ağası və şahı deyirmişlər.

     Digər tərəfdən mənbələrdə Axillə «pontarx»”, yəni «pontun sahibi»” adı şamil edilir ki, bu onun Pont elində Qor Allahı rolunu oynaması ilə əlaqədarlır. Pirrin, yəni Neoptolemin anasının nəslinin Fessaliyadan olması və Ftiya adı ilə bağlılığı yazdıqlarımızın həqiqiliyini sübut edir. Pirr adının Pirra adı ilə eyniliyi onu göstərir ki, o, eyni zamanda bütün ellinlərin anası və Devkalionun arvadıdır. Bu isə o deməkdir ki, qədim Yunan rəvayətləri bu və digər formada birbaşa Əman Allaha, onun yaratdıqlarına və onun tarixinə aiddir. Devkalionun, yəni «qam gilan»ın” Prometeyin oğlu olması Midiyanın «Gel» eli, yəni «Ağa eli» olması deməkdir. Rəvayətlərdə Medeya, yəni Midiya eyni zamanda Kolxida şahı Eetanın qızıdır. Kolxida - GelXuda adının «Ağa elinin Allahı»” mənasında olması və onun şahınin Eeta, yəni Ata adlanması, bu elin «ad»”, «aid»” - ruhlar dünyası olması deməkdir. Çünki «aid»” eyni zamanda «kades”»dir. Eyni zamanda Ata/Ada adlı dağların Azərbaycanda olması alimlərə məlumdur. Yazılanlara görə Isgəndər (Aleksandr), yəni Paris doğulandan sonra Ida dağlarına atılmış və onu ayı balası saxlamışdır. «Kitabı Dədə Qorqud»”da bu rolu Arzu oğlu Basat oynayır. Rəvayətdə Paris Priamın oğludur ki, burada Paris adı «Pir ruhu»” mənasındadır. Belə çıxır ki, Paris «Tövrat»dakı Ismaillə eynidir və o çox qədimdən yaranmış, göydə Xator oğlu Ağa, Məryəm oğlu Isa və s. obrazlarında axirətə qədər qalmışdır. Parisin, çay Allahı Kebrenin qızı Enona ilə evlənməsi, onun Qaba aləmin bütün Allahlarını təşkil edən Enneadanı özünə birləşdirməsi deməkdir. Nəhayət, Parisin, yəni Isgəndərin Yelenanı oğurlaması Troya müharibəsinə gətirib çıxarır ki, bu da «Kitabi Dədə Qorqud”»da «Salur Qazanın evinin yağmalandığı boy»la” eyni mənada olub, axirət günündə olacaq qırğına işarədir. Isgəndərin həm Dərbənd qapısını tikməsi və həm də axirət günü Paris rolunda Troya müharibəsinə səbəb olması, Isgəndərin Nuh kimi tək Allah və axırıncı peyğəmbər rolunda göstərilməsi deməkdir. N. Gəncəvi Isgəndəri «Ruhülqüds»” adlandırır ki, bu da «Kadus elinin ruhu”» fikrini ifadə edir. Deməli, Isgəndər, yunanların Kurios adlandırdıqları Allah, yəni Qor Allahıdır. Ruslar isə bu Allaha Qospod deyirlər ki, bu da həyat enerjisi” mənasında olan qos/ğuz və yuxarıda qeyd etdiyimiz Pta Allahının adı ilə əlaqədardır. Deməli, Qospod sözü «Oğuz Pta»” deməkdir. «Əhdi ətiq»”də yəhudilər Allaha Savaot deyirlər ki, bunun da tərcüməsi Səba Atadır. Savaot adı «Septuaqint»”də Pantokrator kimi tərcümə edilmişdir. Bu isə Səba elinin Pont eli olması, Allahın isə Qor Ata olması mənasındadır. Maraqlı haldır ki, qədim Misir yazılarında Əman Allahın baş məbədgahı Liviya vahəsi olan Siva/Savada yerləşir. Digər yerdə isə midiyalılar,  (qədim Misir yazılarında macaylar) Liviya tayfası hesab edilir. Səba elinin adı Azərbaycanda Savalan, Şabran, Sabail və s. adlarda qalmışdır və dilimizdə də Rəhman, yəni Ra-Əman Allah, Sühban Allahla eyni məna daşıyır. Bu isə o deməkdir ki, Liviya adı «vilayə», Baal, Albi adları kimi sufi dilində «əcdad eli»” deməkdir. Belə çıxır ki, Allahlar yurdu olan Pont həqiqətən Liviya vahəsi, yəni vilayəti Səbadır.

      Pont, Pind eyni zamanda Fessaliya, Makedoniya və Epir arasındakı dağdır. Pontun Allahlar yurdu olması haqqındakı ilk məlumat hələ qədim Misir yazılarında qeyd olunur. B.A.Turayev bildirir ki, bu yazılarda Allah torpağı əlçatmaz ölkə kimi göstərilir və bu haqda məlumatlar babaların nağılları ilə nəsillərə ötürülür. Deyr - əl - Bəhrin məbəd divarındakı yazıda Punta, yəni Ponta gölənə təəccüblə sual verilir: «Siz misirlilərin bilmədikləri bu ölkəyə necə gəldiniz? Siz bura göy yolu iləmi, yaxud Allah torpaqlarının dənizi ilə üzüb gəldiniz? Yaxud siz təntənə ilə Ra-nın yolu ilə gəldiniz?»”. Qədim Misir yazılarında Əman (Amon) Allahının, «Puntun saqqallı madayı» adlandırılması və onun hansısa bir şaha bütöv Puntu verməsi, Əmanın həqiqətən Allah olmasını sübüt edir. «Incil»də, axirət günündə gələn Isa peyğəmbəri, Ponti Pilat, yəni Pontun sahibi olan «Müdrik el Atası»”, bütöv xaç ağacına - ruhlar dünyası olan dünya ağacına bağlayır. Belə çıxır ki, Allah, «torpaqların dəyişdirildi»yi” vaxt Pontun taxtını Isa peyğəmbərə verir.

     Qədim yazılarda göydə yaradılmış ruhlar dünyasının bəzən mağaraya bənzədilməsi və eyni zamanda misirlilərdə «Ölülər kitabı»”, «Qapılar kitabı»” ilə yanaşı «Mağaralar kitabı”»nın olması, bizi digər abidələrdəki mağaralara da yeni məntiqlə yanaşmağa sövq edir. Strabon, Knidli Evdoksa əsaslanaraq yazır ki, «Qirkaniyada mağara var ki, oradan çaylar dənizə tökülür və yerli xalq ora qurban kəsməyə gəlir»”. Nizami Gəncəvi isə yazır ki, Dərbənd yaxınlığındakı Sərirdəki mağarada Key Xosrovun taxt-tacı yerləşir. «Quran»da 18-ci surə «Mağara” surəsi» adlanır və burada Isgəndərin Dərbənd səddini düzəltməsindən və o dünya ilə bağlı deyimlərdən söhbət gedir. «Tövrat»da qeyd olunur ki, Avraam Saranı Xaanan torpağında, Xevrondakı mağarada basdırır və s.(Bıtie 23.9; II, 17). Əvvəla qeyd edək ki, Key Xosrov da, Isgəndər də, Kir də, Ibrahim də və s. qədim dühaların hamısı Əman Allahının obrazlarıdır. Ikinci dünya, ümman dənizinin içində olduğuna görə mağaraya oxşayır ki, bu mağaranın qapısı da bilavasitə Kadus elindəki dağın altında 5000 il bundan əvvəl gizlədilmiş Babil qalasının qapısıdır. Göydəki elin Xaanan adlanması, işıq dənizinin, yəni Platon materiyasının qədim Misirdə «nun»” adlanması ilə əlaqədardır. Materiyanı özünə tabe edən Əman, göydəki elini xaanan, xunn adlandırır. Arran ərazisində Xunan şəhərinin olması mənbələrdən bizə məlumdur. Xaanan adı sonradan qunn, yəni hunn şəklinə düşmüşdür. Digər tərəfdən Xevron adı «Qaba ərən» fikrini ifadə edir ki, bu da Qaba elinin ərənləri mənasındadır. Mənbələrdə yazılır ki, yuxarı Mesopotamiyada, Xaburun Fərata töküldüyü yerdə kassitlərin Xaney şahlıqı mövcuddur və bu ətrafda idamares, orta Fəratda isə bini simi el, xaney və bini yamin tayfaları yaşayır. Xabur çayı Nil çayı timsalında, həyat enerjisi mənasındadır. Xaburun göydən yerə tökülməsi «Quran»da belə qeyd olunur: «Biz göydən yerə qədərincə su göndərdik və onu yerdə yerləşdirdik və biz bunu ləğv edə bilərik»” (23, 18). Kassi sözünün həyat enerjisi, yəni Platon materiyası olduğunu biz qeyd etmişik. Bini simiel adı səma övladları, bini yamin adı isə Yəmən, yəni Əmən övladları mənasını ifadə edir ki, bunlar da Allah nəsli olan Pir, gel, şıx və s. müqəddəsləridir.

     Tit Liviy yazır ki, Askaniy Albaniyanın ətrafında Albi-Lonqa şəhərini saldı. C.Frezer isə bildirir ki, Rim şəhəri Alban dağlarından köçüb gəlmiş Albi-Lonqa şəhərinin sakinləri tərəfindən tikilmişdir. Deyilənlərə görə Alba şəhərinin Silvi şahlarından biri özünü Allah hesab etmişdir. Bu nəslin banisi isə öləndən sonra Allaha çevrilmiş və Alban dağlarındakı şəhərin üstündə qərar tutmuşdur (C.Frezer «Zolotaya vetv» M.1986” s.147). Haşiyə çıxaraq məlumat verək ki, eyni süjetə biz Firdovsinin «Şahnamə»”sində də rast gəlirik. Cəmşid hansısa dənizi keçərək, göyə ilk ayaq açır. O, göydə kəyan taxtı qurub, fəzada günəştək qərar tutur. «Quran» ayələrinin birində deyilir: «Allah göyləri dirəksiz ucaltdı, sonra öz taxtında qərar tutdu və günəşi, ayı özünə tabe etdi”» (13.2). Bu məzmunda daha maraqlı yazı isə Şərqi Türküstanın Turfan əyalətindən tapılmış Uyğur ədəbiyyat nümunəsində var: «Ey, igidlər, bu bir oyanan din, səadət tanrısı ki, sizin üzərinizdə göründü. Bu, canlı varlıq ki, sizin başınızın üstündə dayanıb, ona baxın, dua edin”» və s. Deməli, Alban şəhərinin üstündə qərar tutmuş Allah, hansısa xəyali bir şey olmayıb, konkret canlı varlıqdır.

       Silvlərin Alban dağları ətrafında yaşamaları haqqında Böyük Pliniy, Favst Buzand, Aqafanqel və s. tarixçilər yazmışlar. Silv adı Sel Abi fikrini ifadə edir ki, bu da «El ruhlu», əcdad” deməkdir. Biz qeyd etdik ki, «Kitabi Dədə Qorqud»da Qorqud «vilayət issi»”, yəni «issi el»” kimi adlandırılır. Deməli, sel sözü göydəki ruhlar ölkəsi deməkdir ki, qədim Azərbaycan və Yəhudi dillərində bu söz «şeol»” kimi işlənmişdir. Albi, yəni Baal sözünün vilayə/övliya sözü ilə eyni olub, ruhlar dünyası mənasını verməsi haqda artıq yazdıq. Buradakı Lonqa (Aluank) sözü isə qədim dilimizdə «öləng»” şəklində işlənmişdir. Dahi Azərbaycan mifoloqu M.Seyidov yazır: «öləng otlaq, su, çəmənlik deməkdir və eyni zamanda bu söz yaşıllıq ilahəsinə çevrilmiş və ailə qurmaq, nikahla əlaqələndirilir. Bu söz digər tərəfdən mahnı oxumaq və şerləşməyə də aid edilmişdir… Ölkə sözü də «öləng» sözündən yaranmışdır»”. Öləngin şer, mahnı, yəni söz qüvvəsi ilə assosiasiya olunması, onun söz qüvvəsinə tabe olması mənasındadır. Qədim Misirin məşhur «Ilan adası»” nağılında ruhlar dünyası «böyük yaşıllıq»” adlandırılır ki, bu da öləng fikrini ifadə edir. Belə çıxır ki, Albi-Lonqa sözü, «vilayəti cənnət»” deməkdir. Çünki yalnız «cənnət»”, şerin əsasını təşkil edən söz qüvvəsini, həyat enerjisi mənasını verən nigahı və yaşıl ölkə mövhumunu özündə birləşdirir. Öləng sözü elimizdə «Əlincə»” qala adında, Lənkəran «öləng ərən”lər»i adında və s. qalmışdır. Deməli, Albanların Albi-Lonqa şəhərini salması, onların Taş Oğuzda Iç Oğuzu yaratması mənasındadır.

     B.A.Turayev yazır ki, Assurbanipal kitabxanasından tapılan mətnlərdə Romul, Kir, Musa və Sarqonun oxşarlığını sübut edən çox maraqlı faktlar var. Persey, Odissey, Zeus, Oziri və s. bütün qəhrəmanların eyni obrazda çıxış etmələri, Platonun bütün rəvayətləri bir hadisə ilə bağlamağının sübutuna işarədir. Bütün bunlar o deməkdir ki, Rim haqqındakı yazılarda da söhbət, «Kitabi Dədə Qorqud»” abidəsindəki kimi, Azər oğlu Qorqud Allahının yaranmasından və onun tarixindən gedir.

      Misirin Naq Hammadi ərazisindən 1945-ci ildə tapılmış müxtəlif tip ilahiyyat, traktat, yevangel və nəsihət dolu kopt yazıları, bütün xristian aləminin qəbul etdiyi dini dünyagörüşünü alt-üst etmişdir. Çünki bu yazılarda Isa peyğəmbərin obrazında, Sif peyğəmbər, digər «mö”min müəllim»” və s. müqəddəslər çıxış edir. Burada Foma Psevdo-Matveyin «Yevangel»”i, eyni zamanda «Ərəb Yevangeli» adlanır. Misirlilərin «Yevangel»”i isə «Gözəgörünməz dahi ruhun müqəddəs kitabı” kəlamı ilə başlayır. Bu kitabların çoxunda, Sufilik təliminin banisi Sifdən söhbət açılır ki, burada Sif, göydən yerə göndərilib həqiqətləri xalqa çatdırır və nəhayət yenidən göyə qalxır. Deməli, bütün bu obrazlarda Sif də, «mömin müəllim» ”də Isa kimi peyğəmbər rolunda çıxış edir. Xristian alimləri 50 ildən artıq bir müddət keçməsinə baxmayaraq, tapılmış bu yazılara cavab verə bilmirlər və beləcə qəbul olunmuş adətləri davam etdirirlər.

        Xristianlığın yayıldığı ilk məkanlardan birinin Ermənistan olması onu göstərir ki, Yunanıstan ölkəsi kimi Ermənistan adı da ruhlar dünyası ilə bağlıdır. Hər şeydən əvvəl, xüsusi qeyd edək ki, indiki ermənilərin Qafqaz Ermənistanına və Qafqaza heç bir aidiyyəti yoxdur. 18-ci əsrə qədər Qafqazda erməni adlı millət olmamışdır. Onlar son iki əsrdə bura köçürülmüşlər. Alimlər bildirirlər ki, erməni ədəbiyyatı faktiki olaraq erməni dövləti mövcud olmadığı bir dövrdə yaranmışdır. Deməli, erməni dili də latın,şumer,assur və s. dillər kimi sufiliklə bağlıdır. Ərmən sözü Rəhman sözü kimi, sufilikdə Ra-Əman” mənasını verdiyi üçün müdriklər rəmzi mənada Əman Ra (Amon Ra) adını Ər-Əman kimi yazmış və bu ad altında, başı göylərə çatan Adəm-Atum Allahını nəzərdə tutmuşlar. Lakin Amon Ra-nın eyni zamanda Qor Allahı olması və bütün ölənlərin ruhunun onun bədəninə, yəni ruhlar ölkəsinə köçməsi, bu ruhların Qor Allahının ruhunda yaşaması deməkdir. Tövratda Ibrahimin, Isaakın və s. müqəddəslərin ölümlərini qeyd etdikdə yazılır ki, «Ibrahim öldü və öz elinə qovuşdu»” (Bıtie 35, 29). «Quran»da isə bu belə ifadə olunur: «Qorxun Allahdan və bilin ki, onda cəm olacaqsınız”» (2.203). Allaha qovuşmaq, onda cəm olmaq, Qor Allahının bədəninə köçmək deməkdir. Çünki Qor Allahı Adəm/Atum Allahı timsalında cəbərut və mələkütü özündə birləşdirir. Deməli, ikinci dünya olan Qorun bədəninə köçən hər bir ruh, yəni «iss»”, Qoriss/Xriss/Xristian adlanır. Belə çıxır ki, ən qədim yazılarda, xristian dedikdə, ruhlar dünyasında yaşayan ruh nəzərdə tutulmalıdır. Moisey Xorenski ölkəsində Ermənistana qədər olan hər şeyi Semiramidaya aid edir. Bu isə Semiramidanın Ermənistan olması deməkdir. Semiramidanın asma bağlarının cənnət, yəni ruhlar dünyası olduğunu nəzərə alsaq görərik ki, erməni yazıları da göydəki aləmə həsr olunmuşdur.

       Istəhri qeyd edir ki, «biz Ermənistan, Arran və Azərbaycanı xəritədə birləşdirib ona bir ölkə kimi baxırıq». Azərbaycanın Taş Oğuz, Ermənistanın isə Iç Oğuz olduğunu qəbul etsək, onda Arran, yerdə və göydəki bu elləri özündə birləşdirmiş, «iki elin günəşi»” olan Əman Allahı mənasında olar. Deməli, əl Qəzəlinin dili ilə desək, Azərbaycan mülk, Ermənistan mələküt, Arran isə cəbərutdur. Nəzərə alsaq ki, ruhlar dünyası, eyni zamanda, başı göylərə çatan dünya ağacıdır, onda başa düşərik ki, bu dünya ağacının kökləri müqəddəslər nəsli, gövdəsi ruhlar dünyasının giriş qapısı, budaqları isə ruhlar dünyasıdır.

       Qədim Misir mətnlərindəki «Sinuxetin nağılı»n”da Puntun sahibəsinin Ureret, yəni Arrat/Ararat adlandırılması məhz bununla əlaqədardır. Arratın Xator, Balaat, Aşera və s. qadın allahları rolunda çıxış etməsi, onun Arranla eyniliyi deməkdir. Qeyd edək ki, dünyanın yaradılması prosesində qadın və kişi rolunun hər ikisində, Əman müxtəlif variantlarda çıxış etdiyi üçün, bütün obrazlar onundur. Burada «bənzər qanunu»”ndan istifadə isə Əman Allahın elinə və varlıqlara «həyat enerjisi”» verməsindən ötrüdür.

      Misirlilərin əzəmətli «Ramses şəhəri»” adlı qala tikintisi haqqındakı mənbədə deyilir: «Əlahəzrət özü üçün qala ucaltdı: onun adı onaxtu idi. O, Finikiya və Tameri arasında idi. O, Ermontun planı üzrə Memfis kimi uzunömürlü idi. Şu onun üfiqinə qalxır və ona daxil olurdu. Bütün insanlar öz şəhərini tərk edib, nəhayət, onun ərazisinə köçürlər» və s.” Insanların öldükdən sonra köçdükləri son mənzilin ruhlar dünyası olduğunu nəzərə alsaq, qəbul edərik ki, bu ruhlar dünyası adi adam tərəfindən yox, məhz «Ra Amon Ata»”, yəni Ermont tərəfindən planlaşdırılmışdır. Ermont adı e. ə. VIII əsrə aid olan Assiriya yazısında Rimanuti kimi qeyd olunmuşdur. Lakin burada Rimanuti ölkəsi ilə yanaşı «şərqin ərəbləri»” ölkəsinin də adı çəkilir. E.ə. VIII əsrə aid mənbələrdə Midiya ərazisində, «dağ və səhralarda dolaşan qüdrətli midiyalı”lar»dan başqa, «şərqin ərəbləri”» ölkəsinin də mövcud olması onu göstərir ki, Midiya ərəblərinin Ərəbistan ərəblərinə dəxli ola bilməz. «Dağ səhralarda dolaşan qüdrətli midiyalılar»” dedikdə, təbii ki, yerdəki dağlara və ruhlar dünyası olan səhralara ekstaz vəziyyətində səyahət edən maq, pir, canlı işan, palçı, şaman və s. adlandırılan müqəddəslər nəzərdə tutulmalıdır. «Şərq ərəbi”» adı isə göydəki ruhlar dünyasının ərəbi deməkdir. Ərəblər öz ölkəsinə «Cəzirət - ül-ərəb”» deyirlər ki, buradakı «cəzirə»” sözü ərəbcə ada mənasındadır. Digər tərəfdən əgər «Kadus» eli Yunun mifologiyasına görə  ölüm şahlığı sayılırsa, burada «Ərəb»  – ölüm şahlığının yaradıldığı sahə, yəni  «xaos» mənasındadır. Sufi dilində cəzirət sözü «Xızır/Xəzər Ata»” mənasını verir ki, «Cəzirət-ül-ərəb»” sözü «göyün Xızır Ata eli»” fikrini ifadə edir. Bildiyimiz kimi, Xızır peyğəmbər dirilik suyu içib əbədiləşmiş, yəni Xıdır kimi  ölümsüzlük qazanmışdır.  M.Seyidov Xızırın həm yaşıllıq, öləng, həm də istilik  mənasını verməsini sübut etmişdir. Xıdırla əlaqədar isə Firuzabadi yazır: «Xıdır Əbül-Abbas ən-Nəbi Əleyhissəlam həzrətləridir. Deyirlər ki, adı Əhməd və yaxud Bilya (Vilayə - F.G.) idi. Gəzdiyi yerlər yaşıllıq olmuşdur. Elə buna görə də  Xıdır ləqəbini almışdır.     Tədqiqatçıların əksəriyyəti indi də onun diri olmasına işarə edirlər»”. Belə çıxır ki, «Cəzirət-ül-ərəb»” dedikdə, işıq dənizində yaradılmış ruhlar dünyası başa düşülməlidir. Ruhlar dünyasının adaya bənzədilməsi adi haldır. Qeyd edək ki, Bəlazuri Alban şahlığının paytaxtı olan Qəbələ şəhərini Xəzər adlandırır. Göydəki Qaba aləmin Xəzər, yəni Xızır adlandırılması, onun ruhlar dünyası olmasına işarədir. Bu isə o deməkdir ki, «Cəzirət-ül-ərəb»” sözü eyni zamanda «ərəblərin Xəzər ölkəsi»” fikrini ifadə edir. Əl Müqəddəsi Arran haqqında məlumat verərək yazır: «Arrana gəldikdə bu ərazi bütün vilayətin üçdə birini təşkil edir və dəniz ilə Araz çayı arasında bir yarım cəzirəyə bənzəyir. Malik çayı vilayəti uzununa iki yerə bölür”» (Əl Müqəddəsi 374). Yəqubi isə Arranı «Yuxarı Azərbaycan»” (Azərbaycan əl ülya) adlandırır (Yəqubi. «Buldan» səh. 271). Arranın Yuxarı Azərbaycan adlandırılması, onun yuxarı Mesopotamiya, yuxarı Misir və s. kimi göydəki ruhlar dünyası mənasında olması deməkdir. Malik çayı isə Nil çayı mənasında, yerdəki mülk elini göydəki mələküt aləmindən ayıran «ölülər çayı»”dır.

      Bildiyimiz kimi Azərbaycan əhalisinin bəzi hissələri özlərinin Yəməndən gəlmələrini qeyd edirlər. Alimlər Assiriya mənbələrindəki Yəmən adını təəccüblə Yunanıstanla, Kipr adası ilə əlaqələndirirlər. «Sağ tərəfdəki ölkə”» mənasını verən Yəmənə «xoşbəxt ölkə»” deyilməsi təbii ki, onun «ruhlar dünyası»” mənasını verməsinə işarədir. Çünki, qədim Misir mənbələrində ruhlar dünyası «xoşbəxt, rahatlıq ölkəsi”» adlandırılır. Ərəblər, ümumiyyətlə, Orta Asiyaya «çaydan o biri sahildə olan»” deyirlər ki, bu da o biri dünya mənasındadır. Yəmən ətrafında Ümman adlı ölkənin varlığı, Əqəba körfəzindən Mədinəyə gələn tək bir yolun isə xüsusi qeyd olunması onu göstərir ki, Qaba aləm burada Əqəba adı ilə, Midiya isə Mədinə kimi göstərilir.

      N. Gəncəvi «Isgəndərnamə»”də Yəməni Isgəndərin vətəni adlandırır və millətimizə Isgəndərin övladları deyir. Katib Çələbi isə qeyd edir ki, Zülqərneyn Makedoniyalı Isgəndər yox, Yəmənin Himyar şahıdır və Ibrahim peyğəmbərin dövründə yaşamışdır. Əl Məsudi yazır ki, Misir piramidaları Yəmən tayfası sayılan Ad oğlu Şəddadın nəsli tərəfindən tikilmişdir. Qeyd edək ki, Himyar adı, Homer, yəni «Qamər»” fikrini ifadə edir ki, buradakı «Qam əri”», ruhlar dünyasını yaradan Əman mənasındadır. Deməli, Yəmənin Himyar şahı dedikdə «qamlar günəşi» Əman” fikri nəzərdə tutulmalıdır. Onun Ibrahim peyğəmbərin dövründə yaşaması isə, Əmanın eyni zamanda «Əvrə-qam»”, yəni bütün seçilmişlər-yəhudilərin də «baş qamı”» olması deməkdir. Bütün bu məlumatlar onu göstərir ki, qədim yazıların hamısı Allaha həsr olunmuşdur və hər bir yazıda müxtəlif adlar altında Əman Allahı və onun bu dünyada gördüyü işlər rəmzləşdirilmişdir.

       Islama qədərki bütpərəstlik haqqında yazılmış üç kitabdan dövrümüzə gəlib çatmış Əl Kəlbinin «Bütlər haqqında kitab»a görə, Əl-Axqaf dağında Xadramaut vadisi yerləşir və bu dağda Ad tayfasının Xud peyğəmbəri yaşamışdır. Əl Kəlbi yazır ki, «möminlərin ruhu Əl-Cəbiyədə, Suriyada, çoxallahlıların ruhu isə Xadramaut vadisindəki Tina kəndinin yanındakı Baraxutda olur» (Əl Kəlbi. «Kniqa ob idolax»”. M, 84.s.34,48). Əl Kəlbinin ölənlərin ruhunun o dünyada hansı ərazidə yaşamasını qeyd etməsi, söhbətin ruhlar dünyasından getməsi deməkdir. Xadramaut sözü Xıdır-Maday fikrini ifadə edir ki, bu da qədim Misirin «Xator Maat”» Allahı deməkdir. Qədim Misirdə Xator Allahı həyat ağacı ilə assosiasiya olunaraq bərəkət rəmzində göstərilir. Eyni zamanda o, üstündə iki başı olan sütunla (Herakl sütunu - F.G.) eyniləşdirilir. Deməli, Xıdır, yəni Xator Allahı elə ikinci dünyanın qapısı, yəni yoludur. Bu yolun Qaf dağında olması haqda biz artıq yazmışdıq. Buradakı Ad tayfasının adı, Ada-Ata mənasındadır ki, şifahi xalq ədəbiyyatımızda Ada-Ada deyimləri qalmaqdadır. Dərbənd və Fessaliya ərazisində Ata-Eta dağ adınının olması da məhz bu mənadadır. Qədim Misirdə Ata sözü Allah, müqəddəs mənasında işlənmişdir. Digər xalqlarda Ad-Aid sözünün ölüm şahlığı, cəhənnəm mənasında olması da bununla əlaqədardır. Xadramaut vadisindəki Tina kəndinin adı qədim mənbələrdə Oten, Udin, Uti və s. kimi göstərilir ki, bunlar da Ermənistan və Alban kimi qəbul edilmiş Qaba Aləmin yer adı sayılır. Yəmənin Xuza tayfasının adı isə təbii ki, Oğuz fikrini ifadə edir. Əl Kəlbinin kitabının digər yerində qeyd olunur ki, cənubi Ərəbistanın Əl-Əşar tayfası Yəmənlə Bab-El-Mandeb arasında yerləşir. Bab-El-Mandeb qədim Misir mənbələrindəki Allahlar yurdu olan Punt ölkəsidir və bu ölkənin qapısı da Dərbənd qapısıdır. Əşar tayfası isə Assir/Aşur deməkdir ki, bu da ikinci dünyadakı el hesab olunmalıdır. Ksenofonta görə Assiriya Midiya ilə Kadus və saklar ölkəsi arasında yerləşir. Assiriya şahlarının «dünyanın dörd tərəfinnin şahı»”, «bütün canlıların şahı”» titullarını daşıması, onların Aşur/Aşirat, dənizin Aşiratı kimi kosmik Allahlarla eyniliyi deməkdir. Çünki yalnız təbiət üzərində hakim olan Azər Allahı bütün canlıların da şahıdır. Mənbələrin araşdırması onu göstərir ki, bizim Aşura adlı yas mərasimimiz ən qədim zamanda Babildə də eyni ilə keçirilirmiş. Lakin orada Həsən, Hüseyn əvəzinə Adonisin adı çəkilir. Maraqlıdır ki, bizim «ələm»” adlandırdığımız əl, mənbələrdə «Aşiratın barmaqları»” adlanır. Qədim Misirdə isə bir cüt əl, insanların qoruyucu ruhu olan «Ka»” (Ağa - F.G.) adlanır. Adonis allahının Oziri Allahı ilə eyniliyi onu göstərir ki, Aşura mərasimi qədim Misirdəki «Oziri Allahının ölüb-dirilməsi”» mərasimidir.

      Mövzudan kənara çıxaraq qədim Aşura mərasimi haqda bəzi faktlara təzər salaq. Məşhur bilici C. Frezerin yazdığına görə qədim Finikiya, Misir, Yunanıstan, Siriya və s. ölkələrdə keçirilən mərasimlərin əksəriyyəti demək olar ki, eynidir. Belə ki, qədim Misirdə keçirilən «Oziri Allahının ölüb dirilməsi» mərasimi ilə digər  ölkələrdə keçirilən  Adonis, Attis, Ta-uz və s. Allahların ölüb dirilməsi mərasimi  eyni kökdəndir və bu mərasim sonralar xristianlıqda  Isanın ölüb dirilməsi  kimi qalmışdır. Məşhur Finikiya ibadətgahı olan Biblosun Astartasıda Adonisin ölümü  hər il xüsusi mərasimlə keçirilirdi.   Bu zaman insanlar  ah-zar edir, öz sinələrinə döyür və inanırdılar ki, növbəti gün ilahi Adonis  həyata qayıdacaq və hamının gözü qarşısında göyə ucalacaq (C.Frezer «Zolotaya vetv» M86.s.316). Kibela və Attisin böyük yaz bayramının Rim, Friqiya variantına görə 22 martda meşədən şam ağacı qırılaraq məbədgaha gətirilir. Onu müqəddəs hesab edərək, parçaya bürüyüb üstünə gül tökürdülər. 23 martda əsasən  nəfəs alətləri çalınırdı. «Qanlı»  üçüncü gün baş kahin öz venasını kəsir, aşağa təbəqəli kahinlər isə baraban və digər alətlərin qarışıq səslərinin müşayəti ilə  başlarını əsdirərək dağınıq saçla, ağrı hissiyatını itirib quduzluq halına gələnl qədər fırlanırdılar.  Daha sonra onlar bıçaq və s. alətlərlə özlərini yaralayıb, qanlarını qurbangaha və müqəddəs ağacın üzərinə tökürdülər. Eyni mərasimi Avstraliya aborigenləri də keçirirdi. Belə ki, onların kahinləri, özlərini axtalayır və bədən üzvünü  ilahə heykəlinin altına atırdı. Daha sonra isə onu yerdə basdırırdılar ki,  Attis Allahı qayıtsın. Qədim şərqin ən populyar yeri olan Ierapolisdə, Astartanın  məbədgahında keçirilən bu tip mərasimlərə varlılar Assiriya, Babil, Finikiya, Ərəbistan və s. ölkələrdən axışıb gəlirdi. Baraban və qışqırıq səsilə, axtalanan kahinlər özlərinə bıçaqla zərər yetirir və ekstaz halına gəlirdilər. Rimdə «qanlı gün» baş kahin öz əllərini kəsikləyirdi (orada s.328,329, 332).

        Herodota görə, Oziri (Osiris) Allahının qəbri aşağa Misirin Sais şəhərində yerləşirdi və buradakı gölün ətrafında xalq gecələr Oziri Allahının əziyyətlərinin şəbihini çıxarırdı. Ildə bir dəfə keçirilən bu mərasimdə  Allahın ölməsinə münasibətini bildirərək  insanlsr hönkürtü ilə ağlayır və öz sinələrinə vururdular. Laktansiyanın   yazdığına görə  Oziri  bayramında bədənlərini qırxmış kahinlər ağı deyərək sinələrinə vurub, Isidanın Ozirisi diriltməsi üçün getdiyi yolu təsvir edirdilər. Qeyd edək ki,  «ölüb dirilən Attis Allahı»nın  mərasimi martın 24,25-də keçirilirdi ki, bu gün də eyni zamanda Xristosun ölüb dirilməsi günü  sayılırdı. Maraqlı faktdır ki, xristian və bütpərəstlərin  ölüb dirilən Allahlarının  mərasimi eyni ərazidə və eyni vaxtda keçirilirdi. C.Frezer  yazır ki, buna görə xristian və bütpərəstlər arasında mübahisələr olurdu. Bütpərəstlər, xristianların  «ölüb dirilən Xristos»un mərasimini saxta adlandırıb, öz mərasimlərinin daha qədim olduğunu iddia edirdilər (orada s.350,351, 339).            

        Bütün bu mərasimlərin kökü bilavasitə  qədim Misirin  «ölüb dirilən Oziri» Allahı haqqındakı  rəvayətlə bağlıdır ki, onun da yaşı 5500 ildən artıqdır. Bu qədim yazılara görə Oziri  eyni zamanda   dirilik suyu rəmzində göydən yerə axan həyatverici çaydır və bu çayı yerə gətirən qədim Misirin ilk  Pir-i (firon) olan Əman /Amon Allahıdır. Əman Allahının  7 günə göydə ruhlar dünyasını yaratması  va s. haqqında daha geniş məlumat, müəllifi olduğum «The Book of Gor or the deciphering of Torah»   (bax.internet:  http://hosting.bakinter.net/torah/index.htmlkitabında verilmişdir.                                                                                                                                               Bu hadisənin qısa məzmunu belədir; Təxminən 5500 il bundan  əvvəl  kainatın   sirlərini ilk dərk edən  Amon/Əman göydən yerə dirilik suyunu gətirmək üçün, dirilik suyunun özündən, yəni  Platon materiyasından   magik rituallar vasitəsilə  bir cüt    gözəgörünməz əl düzəldir və onu öz əllərinin kölgəsi adlandırır. Xristian   yazılarında «Aşiratın barmaqları» kimi qeyd olunan bu bir cüt əl, qədim Misir yazılarında  «Ka», yəni «Ağa» adlandırılır. Əman yerdə duluzçu dəzgahında gildən yeni «düşünən insan»ın bütünü düzəldib, ona rəmzi «ağıl» verir. Onun əllərinin hərəkətini təkrar edən göydəki «Aşiratın barmaqları» , yeni yaradılmış bu insanın ruhunu  da göydəki dirilik suyundan yaradır və s. Platon bu hadisəni «Timey» əsərində özünə məxsus variantda rəmzləşdirir (bax.Platon  «Timey» 41B,D,C).

      Mövzumuza qayıdaraq qeyd edək ki, ərəb dilinin sufi dili olmasını və onun göydəki elə aid olmasını çoxlu dəlillərlə sübut etmək mümkündür. Ərəblərin Məhəmməd peyğəmbərə qədərki allahlarının adları: Əl-Üzzə, Əl-Lat və Manat olmuşdur ki, buradakı Əl-Üzzə sözü «El issi”», yəni Məkkə elinin ruhu mənasındadır. Əl-Lat sözü Elin Atası, Manat isə «Əman Ata» deməkdir. Müsəlmanların rəvayətinə görə Ibrahim peyğəmbər Ismayılı Saranın təkidi və Allahın məsləhətinə əsasən anası Aqara ilə Məkkəyə aparır. Ismayıl burada Kəbəni tikir və ərəblərin əcdadı olur. Ismayılın Aqaradan olması, onun Qor Allahının oğlu (Herakl / Koroğlu - F.G.) olması deməkdir. Çünki burada Ismayıl, Məryəm oğlu Isa, Isida oğlu Qor, Venera oğlu Amur və s. rolunda göstərilir. Tövrata görə Aqaranın uşağı kolun dalında qoyub getməsi isə Ismayılın ruhunun, dünyanın yaranmasının  4-cü günündə yaranmasına işarədir (Bax: F.G.«Kniqa Qora ili rasşifrovka Torı»). Allah dördüncü gün iki işıq yaradır ki, bunun böyüyü axirətə qədər olan dövr üçün, ikincisi isə axirətdən sonrakı dövr üçündür. Axirətdə gələn peyğəmbər öldükdən sonra bu işıqla birləşməli və Allahın taxtında oturmalıdır. Deməli, Ismayıl, yəni «Səma Eli»” obrazı axirətdə zühur etməlidir.  N. Gəncəvi Məhəmməd peyğəmbəri axırıncı peyğəmbər adlandırır. Bu isə o deməkdir ki, Məhəmməd peyğəmbər yenidən zühur etməlidir. Çünki o qayıtdıqda axirət zamanı yetişməli və bununla da göydəki Əmanın torpağı Məhəmməd peyğəmbərin torpağı ilə əvəz olunmalıdır. Məhəmməd peyğəmbərin Mədinəyə köçməsi onun ruh şəklində yerə enib Midiyaya gəlməsi, yenidən Məkkəyə qayıtması isə artıq kamilləşib o biri dünyanın taxtına oturması deməkdir. «Quran»da qeyd olunur ki, «Kəbəni, o müqəddəs evi Allah insanlar üçün dayaq olaraq qurmuşdur”» (5.97). Buradan belə çıxır ki, müqəddəs qara daş olan Kəbə evdir və o insanlara ən çətin məqamda dayaqdır. Təbii ki, hansısa qara daş insanların evi ola bilməz və s. Kəbə dedikdə qədim Misirdə göydə yaradılmış Qaba El, yəni Qiblə nəzərdə tutulmalıdır ki, bütün ruhlar, insan öldükdən sonra ora köçür. Digər tərəfdən insanlar çətin məqamda əl qaldırıb göydəki elin ruhunu köməyə çağırsalar, «həyat enerjisi”» bazası olan, bu Allah yurdunun sahibi Əman ona köməklik göstərər. Deməli, Kəbə-Qaba Aləm deməkdir və «Quran»dakı: «Insanlar üçün məkan və əmanət olaraq qalmaq üçün yer»” (6.98) də bu mənadadır.

       Ərəb mənbələrində Qafqaz dağlarına Kabx dağları deyilməsi məhz Qaba Aləmlə əlaqədardır. Məsudi yazır ki, Kabx dağlarında 72 millət yaşayır. Buradakı 72 rəqəmi, təbii ki, «Oziri və Set” nağılı» ilə əlaqədar xüsusi qeyd olunur. Qədim Misir yazılarında da Qafqaz dağları Kebex, yəni Kabx adlanır. Buxen məbədindəki III Tutmosa aid böyük yazıda deyilir: «... o bu torpaqları, cənubda, Kebex - Setə qədər öz nəzarətinə, şimalda Kebex - Xora qədər möhürləyərək öz mülkiyyətinə alır»”. Deməli, burada Allahın Qafqaz dağlarını və göydəki Qor elini öz təsirində saxlaması qeyd olunmuşdur.

       Yazdıqlarımızdan belə çıxır ki, ərəb adı da «Kitabi Dədə Qorqud”»dakı əvrən, yəni yəhudi sözü kimi Azəri xalqına məxsusdur. Ərəb geneoloqlarına görə indiki ərəblər əsil ərəblər deyil. Əsil ərəblər mifik ad, samud, amalik, casim, cadis və s. tayfalardır ki, Islama qədər köçüb getmişlər (Təbəri I s. 215). Ad sözünün ata, samud sözünün səma ata, amalik sözünün - hökmran, casim - qasim/quz, cədisin-kadus olduğunu nəzərə alsaq görərik ki, bu adlar yəhudi, yunan və s. adları ilə eyni kökdəndir. Musanın öz elini Kades-Varni – «vəd olunmuş torpağ»a”, yəni yunanların «ölüm şahlığı»” olan Kadesə gətirməsi, Vər-Gədüz pirlərinin ruhlar dünyasını yaratması mənasındakı kimi başa düşülməlidir.

        Əl-Istəhri (IX əsr) yazır ki, Atropatenanın şahlığının sərhəddini Azərbad təyin etmişdir. Ibn əl Müqəffa və Əl Həmədaniya görə Azərbaycan öz adını Azərbaz ibn əl Iran ibn əs-Sud ibn əs Sam ibn Əl Nuh kəlməsindən götürmüşdür. «Quran»a görə Azər Ibrahim peyğəmbərin atası olmuşdur. Digər tərəfdən türklərin Ibrahim peyğəmbərin nəsli olması haqqındakı rəvayətlərə Təbəri, ibn Ibri, ibn əl Fakih və s. əsərlərində rast gəlinməsi fikrimizin doğruluğunu sübut edir. Alimlər ərəblərlə əvrənlərin qohumluğunu təsdiq edirlər. Lakin onlar bu qohumluğun Azərbaycan xalqı vasitəsi ilə olduğunu təsəvvür etmirlər. Əl Yəqubi yazır ki, Azərbaycan və onun ətrafının əhalisi Əl Azəriyyə və Əl Cavidaniyyə parslarının qarışığıdır. Mütəxəssislər qeyd edirlər ki, qədim fars yazıları ilə ancaq şah yazıları və Persopoldakı yazılar yazılmışdır. Ümumi yazı dili isə Aramey və Elam yazılarıdır. Bu isə o deməkdir ki, Fars dili də, Latın, Erməni, Yunan, Assiriya və s. dilləri kimi sufilərin gizli «quş»” dilidir. Bu dili birbaşa yox, yalnız rəmzi mənada başa düşmək olar. Fars/pars sözünün «pir ruhu»” mənasını verməsi onu göstərir ki, burada da söhbət ruhlar dünyasından gedir. Iran şahı Kirin Qor Allahı olmasını sübut etməyə ehtiyac yoxdur. Sadəcə istənilən şəxs «Kiropediya»”nı diqqətlə oxumalı və oradakı him və eyhamları birbaşa Kirə şamil etməlidir. «Əhdi-Ətiq»”də, Isayın kitabında Kirin axırıncı peyğəmbər kimi axirətdə gəlməsi yazdıqlarımıza danılmaz sübutdur (Isay 44.21-28).

       Rufiy Fest Avien (IV əsr) yazır ki, «Kaspi dənizi yaxınlığında döyüşkən skif, qəddar albanlar yaşayır. Buradakı daşlıq sahələri qaniçən kadus, cəld mərd, qirkan və apirlər yaşayırlar» (365. N4 s. 241-242). Kaspi dənizinin «həyat enerjisi»” mənasında ruhlar dünyası olduğunu nəzərə alsaq başa düşərik ki, skif və albanlar Qaba aləmdə yaşayırlar. Biz Kas/Quz sözünün «həyat enerjisi»”, yəni Platon materiyası olduğunu qeyd etdik. Skif sözü «müdrik ağa ruhu»”, sak sözü isə «ağa ruhu»” mənasındadır. Deməli, bu söz kassi, kaspi sözləri ilə eynidir. Skiflərə eyni zamanda «say»” da deyilməsi, onun həqiqətən «müqəddəs ruh»”, Allah” mənası verməsi deməkdir. Şifahi xalq ədəbiyyatımızda «say»” sözü «qoruyucu ruh»”, «elin ruhu”», Allah” fikrini ifadə edir. Sakların «paradriya»” qolu, «dənizdən o yanda» olan” mənasını verir ki, burada da ümman dənizinə işarə göz qabağındadır. B.A.Turayevin Assiriyanı isakların mərkəzi adlandırması yazdıqlarımıza sübut kimi qəbul olunmalıdır. Sakların digər qolu «tiqraxaud»” adlanır ki, bu da «Ata Qorqud»” deməkdir. Şkud” skifləri isə «issi xuda»” mənasında, «soqdi»” adı ilə birlikdə «kadus»” adının variantlarındandır. Yəhudi dilində müqəddəs sözü «kadoşim»” kimi tərcümə olunur ki, bu da müsəlmanların mü-qəddəs-i” ilə: yəni qades/kadus sözü ilə eyni mənadadır. Qeyd edək ki, Azərbaycanda orta əsrlərdə də kaduslara «kateş»” deyilirdi.

      Yazdıqlarımızın və ümumiyyətlə, əksər qədim kitabların qısa məzmunu belədir: 5507 il bundan əvvəl, Azəri,türk və digər müqəddəslərin əcdadı, Atası və Allahı olan Təktüz Əman kainatda ilk dəfə tam kamilliyə çatmış və ölümsüzlük qazanaraq dünyanın sahibliyini öz əlinə almışdır. O, fiziki öldükdən sonra onun ruhu, əvvəlcədən göydə yaratdığı Azər adlı kosmik təbiət enerjisi ilə birləşərək, yer kürəsini əhatə edən fövqəladə qüdrətə sahib Allaha çevrilmişdir. Əgər Əmana qədər insanlar heyvan kimi yaşayırdısa, Əman onları düşünən insanlara çevirmiş, öz elinə isə əlavə olaraq ölümsüzlük vermişdir. Bundan sonra Allah nəslinin nümayəndəsi öldükdə, onun ruhu göydə yaşamağı davam edir və yerlə əlaqə saxlayıb, ora təsir də edə bilirdi. «Quran»da məhz bu mənada deyilir ki, «Sizdən öncə heç bir insana ölümsüzlük vermədik»” (21.34). Beləcə bu nəslin övladları artdıqca bütün dünyaya səpələnərək, hər bir ölkənin sahiblərinə çevrildilər. Lakin müqəddəs ocaqda qalan Əman övladlarının nəsli olan pir,şıx,seyid və s. Azəri türkləri öz «cədd»”lərinin gücündən istifadə edib, yerdə özlərini Allah kimi aparmağa başladılar. Əman Atalarının adını belə yaddan çıxaran bu müqəddəslər, hərəsi bir ocaq yaradıb, xalqı ona inam gətirməyə təhrik etdilər. Bununla da onlar «Quran»ın yazdığı: «Allaha şərik qoşan böyük günah iş tutmuş olar və Allah onu bağışlamaz»” (4.48) ayəsinə əməl etmədilər. Qədim Misir yazılarında bu mənada yazılır: «Allah tək və yeganədir,  və onunla birgə heç kim mövcud deyil;  Hər şeyi yaradan Allah yeganədir» (U.Bac «Yeqipedskaya reliqiya.Y. maqiya» M2000 s.29). Allahı tamam unudan yalançı din xadimləri və elin başçıları Allah elini var-dövlətə, şan-şöhrətə satdılar. Axirətin yetişdiyini eşidəndə belə, öz əməllərindən əl çəkməyən xalq başa düşmədi ki, Allah verdiyi əmrə sadiq olandır.

 

 

                                            

                    Dədəm     Qorqud     qayıdır                                                                                             

                              

 

 

”         «Kitabi Dədə Qorqud»” abidəsindəki Dədə Qorqud, Oğuz, Bəkdüz Əmən, Qaba aləm və s. adlarla qədim Misir yazılarında qeyd olunan əsas adların eyniliyi haqqında yazdıq. Digər əsas məsələ odur ki, ” «Kitabi Dədə Qorqud»” abidəsinin mövzusu da məhz qədim Misirdən götürülmüşdür. Qədim yazıların əksəriyyəti kimi ”«Kitabi Dədə Qorqud”» abidəsi də Allahlar nəslinin tarixi haqqında qabaqcadan söylənilən deyimlərdir ki, bunların bir hissəsi həyata keçmiş, bir hissəsi isə gələcəkdə həyata keçəcəkdir. Bu kitab 12 boydan ibarətdir ki, bu boyların doqquzunun əsas mövzusu son peyğəmbərin gəlişi ilə əlaqədardır. Əgər kitabın girişinin ilk abzası Qorqud Atanın yaradılmasına və onun qüdrətinə həsr olunmuşdursa, girişin ikinci abzası olan: «Qorqud Ata ayıtdı: Axır zamanda xanlıq gerü-Qayıya dəgə, kimsənə əllərindən almıya» cümləsi axirət zamanı ilə əlaqədar deyimdir.

”         «Dirsə xan oğlu Buğac boyu»”, «”Salur Qazan evinin yağmalandığı boy»”, «”Qazan  Bəg oğlu Uruzun dutsaq olduğu boy”», ”«Qazlıq Qoca oğlu Yegnək boyu”», ”«Basatın Dəpəgözi öldürdügi boy»”, ”«Bəkil oğlu Əmranın boyu»”, ”«Uşun Qoca oğlu Səgrək boyu”», ”«Salur Qazan dutsaq olub Uruz çıxardığı boy»” və ”«Iç Oğuza taş Oğuz asi olub, Beyrəgin öldügi boy”»larında söhbət 5500 il bundan əvvəl qədim Misirdə yaradılmış Qor Allahının yerdəki eli ilə münasibətindən gedir. Bu mövzunun bilavasitə mənbəyi qədim Misirin ”Oziri” Allahı haqqında rəvayətdir ki, Assur və Babil yazılırı da, ”«Tövrat»” və Homerin «”Odisseya»”sı da bu mövzuya həsr olunmuşdur. Daha sonralar isə «Quran»”, Firdovsinin ”«Şahnamə”»si və Nizaminin «”Xəmsə»”si də bu mövzuya müraciət etmişdir. Bütün bu və digər qədim kitabların əsas süjeti məhz qədim Misirdən götürülmüşdür.

           Qədim Misirin fironlar, yəni Pirlər nəslinin banisi olan Təktüz Əman milyonlarla qurban və magik rituallar vasitəsi ilə göydə Oziri/Azər Allahını yaratmışdır. Özü fiziki öldükdən sonra onun ruhu, yəni Əsəd/Isida (Ata ruhu deməkdir) göydə yaranmış Oziri/Azər Allahı ilə birləşib, Qor Allahına, yəni Qorquda çevrilmişdir. Yaradılmış Qorqud Ata özünün yerdəki nəsli olan Pir, Əvrən, Seyid, Ağa və s. adlandırılan peyğəmbər və şahlar nəsli ilə müqavilə bağlayıb, yer kürəsindəki bütün ölkələrin şahlığını və öz qüdrətinin də bir hissəsini onlara vermişdir. Təqribən 5 min il bu nəsil, əcdadları (cədd) Qorqudla bağladıqları müqaviləyə əsasən yerdə ədalətlə hökmranlıq etmişlər. Lakin sonrakı dövrlərdə onlar öz əcdadlarının ruhu ilə bağladıqları müqaviləni pozub, ona dönük çıxdıqlarına görə Qorqud Ata öz elindən imtina edib onları tərk edir. Bundan sonra Oğuzun qara günləri başlayır və Qorqud Atanın Oğuz eli ölümə doğru gedir. Lakin Qorqud Ata elinin məhv olacağını görüb dözmür və yerə öz pak nəslindən peyğəmbər göndərir. Son peyğəmbər qədim sirləri açıb, əsil həqiqətləri xalqlara çatdırır və üz tutub Qorqud Atadan kömək istəyir. Dədə Qorqud öz sevimli övladının sözünü yerə salmır və qayıdır. Bu vaxt axirət günlərinin məhkəməsi başlanır və yer kürəsindəki hər bir adam öz etdiyi əməllərə görə cavab vermək üçün Qorqud Ata qarşısında məhkəməyə gəlir. Məhkəmə günü günahkarların hamısı qırılır və Qorqud Ata dünyada haqq-ədaləti bərpa edir. Sonrakı dövrlərdə artıq heç kəs 100 yaşına çatmamış ölmür. Qiyamət qopunca Qorqud Atanın şahlar nəsli dünyaya ləyaqətlə sahiblik edir.

       «”Kitabi Dədə Qorqud”» abidəsinin 12 boyunun 9-nun son peyğəmbərin gəlişinə həsr olunması, bu abidənin məhz axirət günü üçün yazılması mənasındadır. Qorqud elinin ölümə doğru getməsi, haqq-ədalətin itməsi,ölkənin faciə qarşısında qalması və s. mövzusu qədim Misir kitabələrində geniş şəkildə təsvir olunmuşdur. B.A. Turayevin ”«Istoriya drevneqo vostoka»” kitabında bu haqda geniş məlumatlar verilir:

   «Həqiqətən: Onun bənizi solmuş, sifəti qəzəblidir. Əvvəlcədən deyilmişlərin həyata keçməsi vaxtı çatmışdır. Ən yaxşı torpaqlar canilər dəstəsinin əlindədir. Heç yerdə keçmişin adamı yoxdur... hər yerdə oğrulardır. Hər bir adam deyir: ”Ölkədə nə baş verdiyini biz başa düşmürük”. Qadınlar sonsuzdurlar, onlar hamilə olmurlar. Adi adamlar qiymətli daş-qaş sahibinə çevrilmişlər. Özlərinə səndəl düzəldə bilməyənlər indi var-dövlət sahibi olmuşlar. Əsilzadələr dərd içindədir, adi adamlar isə sevinirlər. Ürəkli adamlar qorxudan quşa dönmüşlər. Qızıl, gümüş və s. qiymətli daş-qaşlar kənizlər boynuna taxılmışdır. Əsilzadə qadınlar ölkəni sərgərdan gəzirlər. Evin hökmüdar qadınları deyir: ”Əgər biz yeməyə bir şey tapa bilsəydik...”

        Baxın! Hər yad ölkə deyir: ”Bu bizim sudur, bizim sahədir”. Buna qarşı heç nə etmək mümkün deyil, axı hər şey tənəzzülə doğru gedir... Gülüş yaddan çıxmışdır. O heç yerdə eşidilmir. Ölkədə eşidilən yalnız fəryadla qarışıq olan ahu-zardır. Geridə olan adamlar əsilzadələr kimi olmuşlar, misirlilər isə yola atılmış gəlmələrə dönmüşlər. Hamının saçı tökülür. Atası olanlar yetimdən fərqlənmirlər. Böyük və kiçiklər deyir: ”Mən ölmək istəyirəm.” Balaca uşaqlar da deyirlər: ”O (atamız) mənə həyat verməsəydi ...” (yaxşı olardı). Əsilzadələr ac və ümidsizləşmişlər. Azğınlaşmış adamlar deyir: ”Allahın yerini bilsəydim ona qurban kəsərdim”. Həqiqətən! Hüququn yalnız adı qalmışdır. Adamlar Allah adı ilə yalan danışır və günahlar işlədirlər. Insan öz dayısını öldürür. Adamlar kolluqda gizlənib, gecə yoldan keçənlərin mallarını alırlar. Kimin nəyi varsa tutub alırlar. Özlərini çubuqla döyüb, cinayətkarcasına öldürürlər. Qullar özləri qul sahibinə çevrilmişlər. Ağalar övladları küçəyə atılmışlar. Bilən adam bunu təsdiq edəcək, axmaq isə inkar edəcək, çünki cahillər üçün hər şey gözəl görünəcək.

         Baxın! Od yüksəyə qalxmışdır. Onun alovu ölkənin düşmənlərindən gəlir. Əmələ gələ bilməyən işlər həyata keçmişdir. Şah kasıblar əlindədir. Qartalla qəbirə qoyulmuşlar (şahlar) sadə əl arabasındadır. Piramidanın gizlətdikləri indi boşluğa dönmüşdür (şahın məqbərəsi boşalmışdır). Insanlar iki dünyanı sakitləşdirən Ra-nın ilanına (gözünə) qarşı (Allaha) inqilab etmişlər. Yalnız yerə su tökənlər bədbəxtlik vaxtı güclənmişlər. Hamı vətəndaş müharibəsinə səsləyir. Onlara müqavimət göstərmək mümkün deyil. Alçaq adamlar güclülərin əmlakını alırlar. Özünə tabut düzəldə bilməyənlər, indi məqbərə sahiblərinə çevrilmişlər. Özünə koma tikə bilməyənlər, böyük imarətlər sahibidirlər. Əsilzadə qadınlar taxta daxmada yaşayırlar. Divar dibində yatmayanlar indi bir neçə nəfərlik yerlərə sahibdirlər. Var-dövlət sahibləri susuzluqla gecəni keçirirlər. Özlərinə qayıq düzəldə bilməyənlər, gəmilər sahibinə çevrilmişlər. Kasıblığından arvadsız yatanlar indi əsilzadə arvadlar tapırlar. Onun üzünə baxmayanlar, indi ayaq üstə durub hörmət edirlər. Ölkənin adi adamları indi var-dövlət sahibləridir.Idarə olunanlar indi idarə edirlər. Xidmətçilər indi xidmət olunana dönmüşlər. Saçının tökülməsinə qarşı öz dərmanı olmayanlar çəlləklərlə çoxlu şirniyyat sahibləridir. Öz sifətinə suda baxanlar indi güzgü sahibi olmuşlar. Daş-qaşlar sahibi olan böyük əsilzadələr nəslinin qadınları öz uşaqlarını kəniz verirlər. Qəssablar kasıbların heyvanlarını kəsirlər, çünki heyvanlar soyğunçular əlindədir. Gecəsini palçıq içində keçirənlər, indi özü üçün dəridən bir neçə nəfərlik taxt düzəltdirirlər. Adamı öz qardaşının yanında öldürürlər, o isə öz canını xilas etmək üçün qaçır. Qısa müddətə qul saxlaya bilməyənlər indi qullar nəsli saxlayır. Kübarlar indi göstəriş yerinə yetirirlər. Hər şey məhvə doğru gedir  və s.

         Bu vaxt əmr gəlir: ”Əsilzadələr paytaxtının düşmənlərini qırın və s. (bir neçə dəfə bu cümlə təkrar olunur) həqiqətən (Həyata keçsin)”.

  Mətnlərdə bundan sonra Ra Günəşi çağrılır: ”Ra Günəşinin gücü gəl, əmr... təriflənərək. O insanları...Allah tərəfindən öldürmək üçün qərbdən gəlir. O qorxağı cəsarətlidən seçmir. O istidən əziyyət çəkənlərə sərinlik gətirir. Deyirlər o hamının çobanıdır. Onun ürəyində pislik yoxdur və s.(t1.Leninqrad 1935.s236-241).

          Mətndə bundan sonra Allah, insanların hələ ilk dəfə günahlarına yol verdiyi üçün kədərlənir. Əgər o ilk dəfədən günahların qarşısını alsaydı... Ona əl uzadanı o əzərdi. O, onun nəslini və toxumunu kəsə bilərdi və s. Mətndə artıq ölkənin çiçəklənməsi qeyd olunur».

          Əvvəla qeyd etmək istərdik ki, bu mətnin bəzi hissələri rəmzi mənadadır. Müasir alimlər qədim həqiqətləri bidmədikləri üçün bu tip yazıları müxtəlif mənada yozmuşlar. Qədim Misir kitabələrindəki bu mətnlər çox mühüm rəmzi məna daşıdığından biz bunların hərfi tərcüməsini vermişik. Eyni məzmunlu digər yazıda Allah deyir:

        «Mənim adım, gündüz, isti havada quş zılı qədər üfunətlidir. Mənim adım isti havada, həmin gün tutulan balığın səbəti kimi üfunətlidir. Mənim adım, ərinə yalan danışan arvadın adı kimi üfunətlidir... Mən deyirəm: Indi bir nəfər də olsun vardırmı? Ürəklər pisləşmişlər, hamı öz yaxınını soyur. Kimə ümid olunursa, o insafsız çıxır. Həqiqət adamı yoxdur. Yer pislər misalıdır. Pislər yeri məhv edirlər və bunun da sonu yoxdur və s».

        «Bu gün ölüm mənim qarşımda, xəstənin sağalması kimi, uzun müddətdə əsirlikdə olanın öz evini görmək üçün hərbi gəmidə evə qayıtmaq kimi durmuşdur və s».

        «O dünyada olan, diri Allaha bərabər tutulacaq. O günəşin (Allahın) gəmisində duracaq və məbədə seçilmişləri verəcək. O müdrik olacaq və onun üçün maneələr olmayacaq»(t1.L1935.s.233).

        Bu mətndə də elin çətin vaxtında gələn peyğəmbərin haqq-ədaləti bərpa edib günahkarları cəzalandırması qeyd olunmuşdur. Başqa bir yazıda isə deyilir:  «Özgə ölkənin adamları Misir çayından su içəcəklər. Bu ölkə soyulacaq. Yaxşı şeylər gedəcək. Əvvəldən yazıldığı kimi ölkə məhv olacaq. Günəş bir saat görünəcək və vaxtın keçməsi bilinməyəcək. Ölkə bədbəxtlik içində olacaq”.

  Bu zaman Allah aşağını yuxarı edəcək. Kasıb xəzinə yığacaq. Qüdrətlilər heç nə olacaq. Jənubdan şah gələcək. O yuxarı Misirin tacını qəbul edəcək və aşağı Misirin də tacını da öz başına qoyacaq. Bundan sonra həqiqət öz yerini tapacaq, yalan qovulacaq. Şah yanında olanlar və gəlib-gedənlər sevinəcək. Müdriklər mənim dediyimin həqiqət olduğunu görüb mənim əvəzimə şərab nəziri verəcək».

           Digər bir yazıda isə qeyd olunur ki, bu çətin vaxtlarda ”Əməniyyə” adlanan ölkədən gələn və «Nəfərti”» adlanan bu müdrikin qılıncı, alovu və gücü qarşısında çoxları məhv olacaq. Nəhayət həqiqət qalib gələcək.

       Bütün bu yazıları başa düşmək üçün qədim Misirin baş Allahı olan Qor Allahının yaranması və onun sonrakı nəslinin tarixini bilmək vacibdir.

       Əvvəldə yazdığımız kimi Misirin ilk fironu olan Təktüz Əman göydə, həyat enerjisindən Oziri Allahını yaradır. Oziri/ Osiri adının mənbələrdə Oziris/Osiris kimi göstərilməsi səhvdir. ”Ruh” mənasını verən «”S»” samitinin Oziri/Osiri sözünə əlavə olunması təbii ki, sonrakı Yunan dilçiliyi ilə əlaqədardır. Həqiqətdə isə Oziri/ Osiri sözü elə ”günəş ruhu” mənasını verir ki, ikinci ruh sözü burada artıqdır. Oziri/Azər Allahı özlüyündə müxtəlif varlıqların ruhlarından ibarət 7 növ həyatverici enerjidir. Bu enerji həm o dünyada, həm də bu dünyada varlıqlara təsir edə bilən gücdür. Yaranmış Oziri/Azər Allahı bir müddət göydə ayrıca qalmış və 16 il sonra firon Əman öldükdən sonra onun ruhu göyə qalxıb yaranmış bu Oziri Allahı ilə birləşmişdir. Əmanın ruhu bundan sonra Isida Allahı sayılmağa başlanır. Oziri Allahının Isida ilə birləşməsi, bu ikisinin tamlığı timsalında Qor Allahının-Qorqudun yaranması deməkdir. Təktüz Əman Oziri Allahını yaratdıqdan sonra onun qüdrətindən öz nəslinə də vermişdir. ”«Tövrat»” kitabındakı «”Allah insanı öz simasında yaratdı»” deyimi məhz bu mənadadır. Deməli, Əman nəsli də, Qor Allahı-Qorqud kimi qeyri adi söz gücünə malikdir. Buna görə qədim Misir kitabələrində deyilir ki, ilk əvvəllər Oziri/Azər adı yalnız fironlara (Pir) deyilirdisə, sonradan bu ad bu nəslin törəmələrinə deyilməyə başladı. Bu isə o deməkdir ki, Azər adı elimizə, bizim Qor Allahının-Qorqud nəsli olduğumuz üçün verilmişdir. Deməli, Oziri/Azər sözü, qeyri-adi möcüzəvi söz gücünə malik müqəddəslərə; Pir, abdal, şıx, seyid, gel, ata, maxtum və s.adlandırılan Azər oğlu Qorqudun nəslinə aiddir. Buradan belə çıxır ki, qədim Misirin ”Oziri haqqındaki rəvayəti eyni zamanda Azər elinin əvvəlcədən yazılmış tarixidir”.

        Rəvayətə görə ilk yaranan Oziri çox gözəl və  istedadlı olur və o bütün dünyanın Allahı kimi doğulur. Lakin kiçik qardaşı Set ona paxıllıq edir və aldadaraq onu öldürür və tabutu çaya atır. Isida kiçik oğlu Qorla ərinin sümüklərini toplayıb onun bədənini dərmanla birləşdirir. Daha sonra oğlu Qor Setlə vuruşub onu əsir alır. Bu zaman onun öz gözü çıxır ki, Qor da öz gözünü atası Oziriyə verir. Oziri bu gözü udduqdan sonra dirilib ayağa qalxır və əvvəlki kimi qüdrətə malik olur. Bundan sonra o yerdəki şahlığını oğlu Qora verib, özü yenidən ruhlar dünyasındakı şahlığına qayıdır.

        Bu rəvayət müdriklər tərəfindən yazıldığı üçün burada bir neçə məna ifadə olunur. Belə ki, rəvayətdə Oziri Allahının ölüb yenidən dirilməsi prosesində firon Əmanın fiziki ölüb ruhən dirilməsi mənası ilə bərabər, burada Allahlar tarixində Oziri Allahının elinin tarix boyu ölməsi və axır zamana yaxın yenidən dirilməsi hadisəsi də göstərilir. Ölüb-dirilmə hadisəsini əbədi yaşatmaq üçün o dövrlərdən bu ənənə müxtəlif  bayram və rituallar vasitəsi ilə rəmzləşdirilmişdir. Bu mənada xristianların ”pasxa”, yəni Xristosun ölüb-dirilməsi bayramı, yəhudilərin ”purim/pirim” bayramı, qədim şərqin və s. ölkələrin ölüb-dirilən  ”Adonis”, ”Attis”, ”Dionis” və s. bayramlarıdır ki, bütün bu bayramlarda söhbət, bizim Novruz bayramındaki kimi Ozirinin ölüb yenidən dirilməsindən gedir. Eyni mənalı süjet qədim Assur və Babil ədəbiyyatında ”«günahsız azabkeş”» haqqındakı yazılarda göstərilir. Daha sonralar bu mövzuya Homerin «”Odisseya»” əsəri də həsr olunur ki, burada da Odissey öz şahlığını tərk edib gedir və onun taxtının yadlara qismət olacağı vaxt oğlu Telemaxla qayıdıb düşmənləri qıraraq həqiqəti bərpa edir. Qədim hind eposu olan «”Mahabharata”» və ”«Ramayana”» abidəsində də Allah nəsli sayılan həqiqi taxt-tac sahibləri müxtəlif şərait nəticəsində öz ellərindən didərgin düşürlər. Ayrılmış müddət bitdikdən sonra onlar yenidən öz taxt-taclarına qayıtmaq istərkən taxtın sonrakı sahibləri ilə böyük müharibə etməli olurlar. Həqiqi şahlar düşmənləri qırıb, yenidən dünyanı haqq-ədalətlə idarə edirlər. Bu mövzuya həsr olunmuş ən geniş material təbii ki, ”«Kitabi Dədə Qorqud»” əvrənlərinin ən müqəddəs kitabı olan ”«Tövrat» kitabında verilmişdir. Qeyd etmək istərdik ki, ”«Tövrat»” kitabını başa düşmək üçün müdrikliyin ali məqamı olan sufilik elmini bilmək lazımdır. Ən qədim sirləri rəmzi mənada ifadə edən sufiliyə  görə hər bir samit qədim Misir dilçiliyində olduğu kimi müəyyən bir məna ifadə edir. Deməli, ”«Tövrat» kitabında da mənaları, rəmzlərlə bərabər, adları bildirən samitlər daşıyır. Bütöv ”«Tövrat» kitabı, qədim Misirin ”Oziri” haqqındakı rəvayətinin, ”«Kitabi Dədə Qorqud”»da olduğu kimi bir neçə məna ilə müxtəlif variantlarda ifadəsidir. Bu mənada kitabda Adəm, Nuh, Ibrahim, Yaqub, Isaq, Yusif və s. peyğəmbərlər faktiki olaraq Qorqud Allahı timsalında göstərilir.

”        Oziri” haqqındakı rəvayətdə Nut göyü ilə Qaba aləmin Oziri, Qor və Set adlı oğlu olur. Burada Qor Allahı rəvayətin bu obrazında fəaliyyətsiz göstərilir. Digər tərəfdən Ozirinin özünün Qor adlı oğlu olur ki, onun dirilməsində bu oğlunun xüsusi rolu vardır. Deməli, Qor Allahı faktiki olaraq burada iki rol oynayır ki, bu da 5500 il bundan əvvəl bütün yer kürəsini sistemləşdirən Qor Allahı ilə, axirət zamanında peyğəmbər kimi gələn Qor Allahının oğlu mənasındadır. Belə çıxır ki, bu rəvayətdə son peyğəmbər kimi göstərilən oğul-Qor, ikinci dünyanı yaradan Ata-Qor allahının ruhudur.

”       «Tövrat»” kitabında göstərilən ilk insan-Allah olan Adəm burada Ata-Qor mənasındadır ki, eyni zamanda oğul-Qor Allahı mənasında Nuh peyğəmbər kimi də göstərilir. Bu o deməkdir ki, ”işıq dənizində” ilk ölməzlik qazanan Ata-Qor, kitabda Adəmə görə oğul-Qor rolunu oynayır.

       Kitabda Adəmin iki oğlu olur ki, ikinci oğul Qabil həsəd aparıb, qurbanı qəbul olunmuş birincini, yəni Habili öldürür. Allah Qabili qarğayır. Adəmin üçüncü oğlu Sif doğulandan sonra onun bu günahsız nəslindən Nuh peyğəmbər yaranır. Bu zaman yer kürəsində Allah oğulları yer qızları ilə evlənirlər ki, onların sonrakı nəsli yer kürəsində pozğunluğun əsasını qoyur. Allah bundan qəzəblənib yerə fəlakət göndərir. Subasmada yalnız Nuh peyğəmbərin nəsli xilas olur. Kitabda insanların pozulması hadisəsi bilavasitə qadınla əlaqələndirilir: «O zaman Allah oğulları adi adamların gözəl qızlarını gördülər və onları özlərinə arvad etdilər. Kim – kimi istədi alırdı». Məhz bundan sonra insanlar pozulmağa başlayır. Bunu görən Allah məyus olur və insan yaratdığı üçün peşimançılıq çəkir. Nuh peyğəmbəri seçən Allah bütün bu əxlaqsızlığa görə insanları qırmaq qərarına gəlir.

       Qeyd etmək istərdik ki, «Kitabi Dədə Qorqud»un məhz Allah və son peyğəmbərə aid olan girişində qadınlar 4 qrupa bölünüb, onların yalnız birinin əsil olmasının nəzərə çatdırılması, dolayısı yolla pozğunluğun əsas səbəbinin məhz onlar sayılması deməkdir. Deməli, Allah elinin ölümə doğru getməsinin əsas səbəbi, Allah oğullarının adi adamların qızlarını alması və öz nəslini korlaması mənasındadır. «Tövrat» kitabının bu qısa rəvayətinin mənası odur ki, Allah öz nəslini günah işlətdikləri üçün fəlakətə düçar edir. Eyni zamanda öz əsil, günahsız nəsli olan Sifin nəslindən Nuh peyğəmbəri yaradır. Subasma zamanı bütün günahkarlar qırılır və dünyada həyat yenidən başlanır. Təbii ki, burada Adəm Ata – Qor Allahı, Nuh peyğəmbər isə oğul – Qordur və rəvayətdə göstərilən subasma hadisəsi də axirət zamanında olacaq məhkəmə günüdür.

Əgər Nuh peyğəmbər kitabda Adəmə görə oğul – Qor rolunu oynayırsa, subasmadan sonrakı hadisələrdə Nuh eyni zamanda ilk yaranışı tərənnüm edən Ata – Qor Allahı rolunu oynayır. Bu isə o deməkdir ki, «Tövrat» kitabında rəvayətlər bir neçə mənada göstərilir. Bunların da ikisi yaranışdan və subasmadan sonrakı dövrlərə aiddir. Məhz buna görə kitabda axirət zamanından sonrakı dövr, Nuhun dövründəki kimi, yəni Qor Allahının yaranışından sonrakı kimi «qızıl əsr» adlandırılır.

Eyni mənalı hadisələr Ibrahim peyğəmbər haqqındakı rəvayətdə də göstərilir. Ibrahim peyğəmbər burada yeri – göyü sistemləşdirən Ata – Qor Allahı mənasında göstərilir ki, eyni zamanda onun qardaşı oğlu Lot, oğul – Qor rolunu oynayır.

Allahın Sodom və Qomorra şəhərlərini yandırması hadisəsi də məhz axirət zamanındakı məhkəmə günü günahkarların qırılması mənasındadır. Digər tərəfdən bu rəvayətdə Ibrahimin Saradan olan Isağın qurban mərasimi hadisəsi də, Musanın qurbanla yəhudiləri xilas etməsi kimi məhz axirət zamanındakı, günahkarlara öz günahını qurban vasitəsilə yumağının son şansı mənasındadır.

Ata – Qor Allahının haqq – ədaləti bərpa etməsi mövzusu «Tövrat» kitabında, Yusif haqqındakı rəvayətdə daha obrazlı şəkildə göstərilir. Ata – Qor Allahı mənasında göstərilən Yaqub oğlu Yusifə qardaşları həsəd aparır və onu satırlar. Bundan sonra hamı Yusifi ölmüş bilir. Firon köməkçisi, yəni günəşdən sonra ikinci varlıq mənasında göstərilən Yusif burada, ən ali təbəqəyə qalxmış sufi kimi nəzərə çatdırılır. Yuxuyozma hadisəsindən sonra ailəsinin, yəni elinin ən çətin vaxtlarında o, öz doğma qardaşı Bənyəmini görmək şərtilə elini xilas edir. Burada oğul - Qor mənasında göstərilən son peyğəmbər, qədim Misir yazılarındakı kimi Bənyəmin, yəni Yəmən övladı adlandırılır.

Musa peyğəmbər haqqındakı rəvayətdə də, qeyd etdiyimiz kimi bir obrazda Ata – Qor Allahının və ikinci dünyanın yaranması prosesi və oğul – Qor Allahının axirət zamanında öz elini xilas etməsi prosesi rəmzi mənalarla nəzərə çatdırılır. Elin faciəsinə son qoymaq üçün məhkəmə günü keçirilən qurban mərasimi burada da son şans kimi göstərilir. Kitabda qeyd olunan bir çox qədim sirlərin açılmamasına rəmzi işarələri nəzərə alıb, ümumi məzmunu bildirməklə kifayətlənək.

Axır zamanı ilə əlaqədar «Əhdi – ətiq»də Əyyubla bağlı rəvayət vardır ki, burada Allah Əyyubun bədənini öz eli, ruhunu isə son peyğəmbər kimi göstərir. Allah öz günahsız övladı olan Əyyub peyğəmbəri imtahana çəkmək qərarına gəlir və onun bədəninə xəstəlik göndərir. Bəlaya düçar olan Əyyub ümidini itirmir və deyir: «Mən bilirəm ki, mənim xilaskarım yaşayır və o nəhayət yer üzərində duracaqdır». Etdiyi günahlara görə Allah Əyyubun dostlarına əmr edir ki, öz canlarını xilas etmək üçün qurban kəssinlər və Əyyubdan onlar üçün dua etməyi xahiş etsinlər. Çünki, o yalnız Əyyubun duasını qəbul edəcəkdir. Dostlar Allahın göstərişini yerinə yetirirlər. Allah Əyyubu yüksəldərək onu yuxarı başa qoyur.

     «Əhdi–ətiq»in «Zəbur» kitabı ümumilikdə axirət zamanına və son peyğəmbərin gəlişinə həsr olunmuşdur. Burada Davud adlandırılan son peyğəmbərin gəlişi, onun Allaha yaxınlığı, Allahın onu yüksəltməsi və məhkəmə günündə həqiqətin bərpası haqqında deyimlər göstərilmişdir.

Əgər «Tövrat» kitabında axirət dünyası və son peyğəmbərin gəlişi haqqındakı yazılar rəmzi mənada deyilirdisə, peyğəmbərlər şahı sayılan Yeşayın (Isay) kitabında bütün bu hadisələr daha açıq və geniş yazılır: «Yer-göy qulaq as, çünki Allah deyir: mən oğul böyüdüb ucaltmışam, onlar isə mənim üzümə ağ olublar. Camış da, uzunqulaq da öz yiyəsini tanıyır. Izrail məni tanımır, mənim xalqım ağıllaşmır. Əfsus, haqsızlığa düçar olmuş günahkar xalqım Allahdan dönüb geri qayıdıbdır. Sizin tərsliyinizə görə daha nədən ötrü sizi döyüm. Sizin başınızdan tutmuş bütün bədəninizdə salamat yer yoxdur. Torpaqlarınız boşaldılıb, şəhərləriniz odla yandırılıb, sahələrinizi gözünüz qarşısında özgələri yeyir»(«Bibliya» Isay 1:2-7).

Mövzudan qırağa çıxaraq qeyd etmək istərdik ki, «Tövrat» kitabında Izrail kimi göstərilən ad, bilavasitə Oziri Allahının eli mənasında olduğu üçün Ozirel (Azər elI F.G.) kimi oxunmalıdır və bu el iki mənadadır. Əgər son peyğəmbərin dövründəki Izrail adı indiki Azər elinə aiddirsə, ən qədim dövrlərdəki Izrail adı yuxarı Misir, yəni göydəki Səba, Napat ərazisi sayılan Yəmən mənasındadır. Deməli, Izrail (Azər) elinə eyni zamanda Yəmən eli olan Səba şahlığı da aiddir.   

      Yeşay yazır: «Allahın sözünə qulaq asın Sodom şahzadələri, Allah qanununu başa düşün Qomorra xalqı! Sizin heç bir qurbanınız mənə lazım deyil. Sizin bayram yığıncaqlarınıza, mənim həyətimə (Allah evi) gəlməyinizə mən dözə bilmirəm. Siz əlinizi açıb mənə yalvaranda, mən sizə gözümü yumuram, məni çağıranda mən eşitmirəm, çünki sizin əliniz qanlıdır. Yuyunun, təmizlənin, mənim gözüm qarşısındakı pislikləri atın, qurtarın pislikləri. Yaxşılıq etməyi öyrənin, həqiqəti axtarın, əzilənlərə gömək edin, yetimi müdafiə edin, dullardan ötrü dillənin. Ondan sonra gəlin, sizi bağışlayım. Tərslik etsəniz, qılınc sizi yeyəcək. Sizin şahzadələriniz qanuni cinayətkarlar və oğrular həmkarlarıdır. Onlar hədiyyəni çox sevirlər və pul dalınca qaçırlar…(10,20). Savaof Allahı deyir: Mən yenə əlimi sizə tərəf aparacağam və əvvəlki kimi sizə hakim qoyacağam. O vaxt sizin haqqınızda «Həqiqət şəhəri, düzlük paytaxtı» deyəcəklər…».

Axır zamanda Allah evi ən yuxarı başda olacaq və bütün xalqlar ona tərəf axıb gələcəklər. O vaxt xalqlar deyəcək: gedək Allahın dağına, Yaqubun evinə qalxaq, o öz yolunu bizə öyrətsin… Vaxt gələcək ki, xalq içində adamlar bir – birinə zülm edəcək. Cavanlar qocaların, adi adamlar əsilzadələrin üzünə ağ olacaq… Günahkarlar öz günahlarını gizlətməyərək, açıq deyəcəklər. Vay onların halına. O zamanlar adamlar öz atasının ailəsində, qardaşından yapışıb deyəcək: sənin paltarın var, bizim başçınız ol, qoy bu xarabalıq sənin əlin altında olsun. O isə and içərək deyəcək: «Cəmiyyətin yarasını sağalda bilmirəm: mənim də evimdə nə çörək nə də paltar var, məni başçı seçməyin». O zaman yeniyetmə, uşaqlar hökmranlıq edəcək. Xalq içində biri digərinə, hərə öz yaxınına zalımlıq edəcək, cavan həyasızcasına qocadan, adi adam kübardan üstünlüyünü göstərəcək. O zaman Allah məhkəməyə gələcək. Allah öz xalqının başçılarını və şahzadələrini mühakimə edəcək. «Siz mənim üzümlüyümü boşaltmısınız. Xalqdan soyduqlarınız sizin evinizdədir». Savaof Allahı deyəcək: «Mənim xalqımı niyə sıxırsınız, kasıbları əzirsiniz». O zaman varlanmışların arvadlarının daş – qaşından tutmuş hər şeyi Allah alacaq, ərləri qılıncdan məhv olacaq. Yeddi arvad bir kişidən yapışıb deyəcək: Öz çörəyimizi yeyib, öz paltarımızı geyəcəyik, ancaq ki sənin adını daşıyaq və bu ləkəni bizdən götür… (3:4-25). O vaxt Allah oğlu gələcək. Davud, Yaqub nəslindən olan bu peyğəmbərdə Allah ruhu, müdriklik və ağıl ruhu olacaq. O yoxsulları ədalətlə mühakimə edəcək. Yer üzərində zülm çəkənlərin işlərini həqiqətlə həll edəcək. Yeri dəyənəklə vurar kimi ağzı ilə vuracaq. Ədalət onun qurşağı, sədaqət onun belini sarıyan kəmər olacaq. O zaman qurd – quzu ilə birgə yaşayacaq, bəbir – çəpişlə yan-yana uzanacaq…».

«O vaxt əlindən tutduğum yeniyetmə, seçilmiş, ürəyimə yatan övladım gələcək. Ruhumu ona verəcəm və o xalqlara məhkəməni xəbər verəcək. O çox xalqları heyrətə gətirəcək və şahlar onun qarşısında ağızlarını bağlayacaqlar. Çünki, onlar bu peyğəmbərdən eşitmədiklərini və bilmədiklərini öyrənəcəklər. O, üzərinə bizim günahlarımızı götürmüş, acılarımızı aparmışdır. Biz isə elə fikirləşdik ki, o Allah tərəfindən vurulmuş, cəzalandırılmış və əzaba salınmışdır. Lakin o, bizim günahlarımıza görə yaralanmış, bizim təqsirimizə görə cəfalanmışdır: bizə salamatlıq gətirən cəzanı o çəkdi. Onun yediyi zərbələrlə biz sağaldıq. Hamımız qoyun kimi azmışdıq. Allah isə bizim təqsirimizi onun üstünə qoydu. O, zülm və cəfaya məruz qaldı. Lakin ağzını açmadı…».

«Onun nə görkəmi, nə də şöhrəti olmayacaq və biz onu adam yerinə qoymayaraq, ondan üz döndərəcəyik. Lakin onun nəfəsi Allah nəfəsi olduğu üçün, o korların gözünü açacaq və xalqlara məhkəməni xəbər verəcək. O yer kürəsində həqiqət məhkəməsi quracaq və onun qanunlarına çoxları bel bağlayacaq. «Qurumuş» hesab edilən son peyğəmbərin nəsli yenidən hakimiyyətə qayıdacaq və qiyamətə qədər onun nəsli dünyaya sahiblik edəcək…».

«Allah özü sizə işarə verəcək. Qız (Əman və bürc mənasında) oğlan doğacaq və onun adına Emmanuil deyəcəklər. Allah sənə, sənin xalqına və sənin atanın xalqına, Əfraimin Yaxudadan qopmasından sonra olmamış günlər göstərəcək, Assiriya şahın gətirəcək. O gün olacaq ki: Allah, Misir çayının mənsəbində olan milçəyə, Assiriya torpağında olan arıya işarə verəcək. Onlar uçub gələrək boşaldılmış qaya yarğanlarına, tikanlı kollara və s. ağaclara qonacaq. O gün Allah, Assiriya şahı tərəfindən, çayın o sahilində kirə edilmiş ülgüclə, başı, ayaqdakı tükü qırxacaq və hətta saqqalı da tutub alacaq. Və o gün olacaq ki, inək və iki qoyun saxlayanın bollu südü, yağı olacaq, bu torpaqda qalan hamı yağ – balla dolanacaq. O gün olacaq ki, Assiriya şahı bütün şan – şöhrətilə çayları daşdıracaq və sahilləri aşıracaq…(7:10-17)».

«Əvvələr alçaldılmış Zavulon (Savalan) və Niftalı torpaqlarını, Qaliley dilli, Zaiordan ölkəsinin sonradan dənizkənarı yollarını ucaldacaq. Qaranlıqda gəzən xalq, böyük işıq görəcək, ölüm kölgəsində yaşayanlar üçün işıq parlayacaq. Xalqı ölümə apardığı üçün, kasıb, yetim və dullara rəhm etmədiklərinə, yalan danışdıqlarına görə, Allahın qəzəbi və əli ilə, Allah Izrailin baş və quyruğunu kəsdiyi kimi, bu elin başçılarını və yalançı din xadimlərini məhv edəcək…»(9:1).

«O, Assur, mənim qəzəbimin əsası (əl ağacı). Onun əlindəki qamçı mənim qəzəbimdir. Mən onu qəzəbimin ölkəsi olan günahkarlar üzərinə göndərəcəyəm, ona talanlar etdirəcəyəm və onları küçədəki zibil kimi tapdalatdıracağam. Gün gələcək ki, Izraildən qalanlar və Yaqub evinin xilas olanları, onları vurmuşlara ümid etməyəcəklər, təmiz qəlblə müqəddəs Izrailin Allahına ümid bağlayacaqlar. Yaqubun qalanları güclü Allaha dönəcəklər. Ancaq sənin, dəniz qumu qədər olan Izrail xalqından yalnız qalanlar dönəcək. Qırğın çoxlu həqiqətlə yazılmışdır. Çünki Savaof (Səba Piri F.G.) Allahı bu dünyada müəyyən qırğın edəcəkdir. Buna görə Savaof Allahı deyir: Sionda yaşayan mənim xalqım, Assurdan qorxma. O səni əsa ilə vuracaq, Misir kimi əl ağacını sənə qaldıracaq…».

«Gün olacaq ki, xalqlar üçün bayrağa dönmüş Yessey kökünə bütpərəstlər dönəcəklər, şöhrət onun sakitliyi olacaq. O gün onun sağ qalmış xalqı olan Assur üçün, Izrail üçün, Misirdən çıxdığı vaxtdakı kimi böyük yol olacaq. O gün deyəcəksən: Eşq olsun sənə Ya Allah: sən mənə qəzəblənmişdin, ancaq qəzəbini söndürdün və mənə təsəlli verdin. Eşq olsun sənə Allah, onun adını çağırın: onun işlərini xalqlara deyin: yada salın ki, onun adı Böyükdür. Allah üçün oxuyun, çünki o böyük işlər gördü, qoy bunu bütün dünya bilsin…»(10,11,12:1-5).

«Onun günləri yaxındır və o günlər gecikmir, çünki Allah Yaqubu bağışlayıb və yenə Izraili sevəcək: onları öz torpaqlarına köçürəcək və onlara yadlar da qoşulacaq, Yaqub evinə yapışacaqlar. Xalqlar onları götürüb öz yerlərinə aparacaqlar və Izrail evi, onları Allah torpağında qul – qaravaş kimi mənimsəyəcəklər. Onları əsir alanları əsir alacaqlar və onlara zülm edənlərin üzərində hökmranlıq edəcəklər. Savaof Allahı andla deyir; Mən necə fikirləşmişəm elə də olacaq, mən necə təyin etmişəm, elə də yerinə yetəcək. Assuru mənim torpağımda məhv etmək, onu mənim dağlarımda dağıtmaq: onun çiynindən ağır yük götürüləcək və əsarəti qurtaracaq. Bütün dünya haqqında belə müəyyənləşdirilmişdir və bu əl bütün xalqlar üzərinə uzanmışdır. Çünki Savaof Allahı belə təyin etmişdir və kim onu dəyişə bilər? Onun əli uzanmışdır – kim onun qarşısını ala bilər…».

«O gün Misirdən Assiriyaya böyük yol olacaq və Assurlar Misirə, Misirlilər Assiriyaya gələcəklər və Misirlilər Assurlarla Allaha xidmət edəcəklər. O gün Izrail, Misir və Assurla üçüncü olacaqdır. Savaof Allahının vermək istədiyi uğur, xeyir – dua torpağın ortasında olacaq və o deyəcək: Mənim xalqım olan misirlilər, mənim əlimin bəhrəsi olan assiriyalılar və mirasım olan Izrail xoşbəxt və uğurludur..».

«Budur Allah torpaqları boşaldır, onu bərəkətsiz edir, onun görkəmini dəyişir və onun üzərində yaşayanları dağıdır. Xalqın başına nə gələcəksə din adamının da, qulun da, ağanın da, satanlırın və alanların da və s. hamısının başına o gələcəkdir. Axırda torpaq boşaldılacaq, talan ediləcək. Çünki Allah bu sözü demişdir. Torpaq məyus olub şikayətlənir, kainat məyus olmuşdur. Torpağın xalqlarının yüksəlmişləri, əyilmişlər. Torpaq, üzərində yaşayanlar tərəfindən murdarlanmışdır, çünki onlar qanunu aşmışlar, nizamnaməni dəyişmiş, əbədi vəsiyyəti pozmuşlar. Ona görə də qarğış torpağı yeyir, üzərində yaşayanlar cəzalandırılır: torpağın əhalisi yandırılmış və az adam qalmışdır. Şənlənənlərin səs – küyü yox olmuş, hər şey sakitləşmişdir. Içki acılaşmışdır, artıq mahnı ilə içki içilmir. Boşalmış şəhər dağılmışdır, bütün evlər bağlıdır. Küçədə günahkarlar üçün ağlayırlar, hər bir şənlik qəmlidir, torpağın bütün şənliyi qovulmuşdur. Şəhər boş qalmış, darvazalar aşmışdır. Torpağın ortasında, xalqlar içində isə, üzümlüyü dalladıqdan sonra nə qalırsa elə olacaqdır. Onlar öz səslərini qaldıracaq və Allahın böyüklüyünə sevinəcəklər. O vaxt günahkarlar üçün dəhşət, quyu və kəndir olacaq. Qorxudan qaçanlar quyuya düşəcəklər, quyudan çıxanlar isə kəndirdən asılacaqlar, çünki göyün pəncərəsi açılacaq və yerin özəyi titrəyəcək. Yer devriləcək, yer dağılacaq, yer dəhşətə gələcək. O gün olacaq ki, təntənəli hərb allahı yuxarıda, yerdə yer şahlarına baş çəkəcək. Onlar məhbuslar kimi bir yerə yığılıb zirzəmiyə salınacaq və bir çox günlər sonra cəzalındıralacaq. Onda Savaof Allahı Yerusəlimdə, sion dağında şahlığa qayıtdıqda ay qızaracaq, günəş utanacaq, ağsaqqallar qarşısında o şöhrətlənəcək…».

«Ey tanrı, sən  mənim Allahımsan, səni  tərifləyirəm, sənin  şöhrətinə alqış deyirəm, çünki  sən  heyrətli işlər  gördün, qədimdən  yazılmışlar  həqiqətdir. Amin. Sən şəhəri  daş yığnağına çevirdin, möhkəm qalanı dağıtdın, şəhərdəki yadların  saraylarını yox etdin, onlar  əsrlərlə olmayacaqlar. Buna görə səni  güclü  xalqlar   alqışlayacaqlar, dəhşətli millətlərin  şəhərləri səndən qorxacaq. Çünki sən kasıbın  ümidgahı, yoxsulun  ən çətin vaxtında mənzili  olmusan…»(24,25).

«O gün  olacaq ki, Allah  böyük çaydan tutmuş Misir axınına qədər  hamını silkələyəcək və siz Izrail oğulları bir yerə yığılacaqsınız. Gələcək o gündə: böyük suur (truba) çalınacaq və Assiriya torpağında azmış, Misir torpaqlarına qovulmuşlar  gələrək  Yerusəlimdə, müqəddəs  dağda Allaha baş əyəcəklər. Indi isə Yaqubu yaratmış, Izraili yoluna qoymuş Allah deyir: Qorxma, çünki mən  səni  bağışladım, səni  öz adınla çağırdım. Sən mənimsən. Sən  sular  üstən  keçəndə də mən  səninlə  olacağam, çay üstdən keçəndə də, o səni  batırmayacaq,  odun  içindən  keçsən  də yanmayacaqsan, odun alovu səni alışdırmayacaq. Çünki mən Allaham, sənin Allahınam  müqəddəs Izrail (Azərel F.G.), sənin xilaskarınam, girov kimi  sənin əvəzində Misir, Efiopiya və Səbanı sənin əvəzində verirəm. Çünki, sən  mənim gözümdə  əzizimsən, qiymətlisən və mən səni sevdim, sənin  əvəzində başqalarını verəcəm, sənin ruhun üçün xalqlar verəcəm. Qorxma, çünki mən səninləyəm, şərqdən sənin  xalqını gətirəcəm və qərbdən səni yığacam. Allah deyir: Misirlilərin əməyi, Efiopların ticarəti və Səbalılar, ucaboy adamlar, sənin tərəfə keçəcəklər və sənin olacaqlar, onlar sənin dalınca gedəcəklər, zəncirdə gələcəklər, sənin qarşında yıxılacaqlar və sənə yalvararaq deyəcəklər: «Allah yalnız səndədir və başqa Allah yoxdur…».

Allah elinin faciələrə düçar olması hadisəsi müqəddəs Yezekiilin kitabında da rəmzi mənada göstərilir: Allah Yezekiilə, böyük sahəyə səpələnmiş quru sümükləri göstərib soruşur:"Bu sümüklər dirilərmi?" Yezekiil ona cavab verir ki, "Böyük Allah bunu sən bilərsən". Bu zaman sümüklər bir – birinə yaxınlaşıb birləşirlər və üzərlərində dəri əmələ gələrək meyidə dönürlər. Allah onlara ruh verir və onlar dirilib ayağa qalxırlar. Allah Yezekiilə deyir: "Gördüyün bu qurumuş sümüklərə can verdiyim kimi, öz xalqım olan Izrailə də can verəcəyəm. Qəbirləri açıb sizi oradan çıxaracağam və öz torpağınız olan Izrailə aparacağam"...(37:1-14). Qeyd edək ki, müqəddəs kitablarda, axirət günündə ölülərin dirilib Allah qabağında imtahan verməsi mövzusu da, məhz buradan götürülmüşdür.

Xristianların "Injil" kitabında axır zaman və son peyğəmbər haqqındakı deyimlər, müqəddəs Mattanın, Lukanın və s. peyğəmbərlərin kitablarında geniş təsvir olunur. Əvvəla qeyd etmək lazımdır ki, Isa – Iisus adı qədim dilçiliyə görə "issi" – ruh mənasındadır. Xristos sözü isə özlüyündə "Xor" və "ist" - Isida Allahlarının adından götürülmüşdür ki, bu da "Qor Allahının ruhu" deməkdir. Deməli, Iisus Xristos sözü, "müqəddəs Qor Allahını ruhu" mənasını ifadə edir. Isa peyğəmbər bakirə Mariyadan olmuşdur ki, buradakı bakirəlik, digər varlığın təsiri olmadan, yəni öz – özünü yaratması mənasındadır. Bildiyimiz kimi Oziri – Qor Allahını, firon Əman öz beynində yaratmış və "ruh" kimi beynindən ayırmışdır. Yaranmış uşağın "Emmanuil" adlandırılması da onun, yaradan Əmana – onun sonrakı elinə işarə mənasındadır. Kitabdakı hər addım başı deyilən "Amin" sözü də məhz firon Əmana işarədir.

Bakirəlik mövzusu ilə əlaqədar qeyd edək ki, Friqiyanın Attis Allahı da, Yunan Allahları Dionis və Persey də, Siriya Allahı Adonis də, hindlilərin Buddası və s. qədim Allahlar da bakirə qızdan olmuşlar ki, bu da göydə yaradılmış Qor Allahına işarədir.

"Injil"də, insan öldükdən sonra onun ruhunun işıqda parçalanması və ilk dəfə Isanın xilas olması hadisəsi, rəmzi mənada, şahın iki yaşına qədər olan uşaqları qırdırması kimi göstərilir. Isanın Mariya ilə, ilk əvvəl Misirə, daha sonra isə Nazaret şəhərinə köçməsi onu göstərir ki, burada da bir obrazda iki məna verilir. Isanın ilk əvvəl Misirə köçməsi, Oziri Allahını göydə yaratmış Əmanın, Yəmənin Savə vahəsinə, yəni göydəi ruhlar dünyasına köçməsi deməkdir. Nazaretə köç isə Əman övladı olan son peyğəmbərin yerə köçü mənasındadır. Nazaretə köçmüş Isa sonradan nazoreyli çağrılır.

Bildirmək istərdik ki, "Tövrat" kitabında, həyatını Allaha həsr etmiş adamlara nazoreylər deyirlər. Onlar içki içmir, saçlarını qırxdırmır, ölüyə toxunmurlar. Nazoreylər müvəqqəti və həmişəlik olurlar. Onlar qeyri-adi istedada malik olub, hər şeyi bilirlər. ”«Əhdi-Ətiq»”-də Samson, Samuil və s. kimi peyğəmbərlər nazoreyli kimi göstərilirlər. Qədim Misir dilçiliyində «”N»” samiti su, nəmlik, yəni qadın başlanğıjı mənasını verdiyi üçün məna ifadə etmir, yalnız bitkinlik mənasında işlədilirdi. Misal üçün qeyd edək ki, əgər ər sözü günəş mənasını ifadə edirsə, ərən sözü, yerdəki günəş, yəni materiallaşmış, su qarşığı birləşməsi olan deməkdir ki, bu da yerdəki  günəş övladları fikrini ifadə edir. Eyni ilə gel-gilan, oğuz-oğuzan və s. sözləri də qeyd etmək olar. Bu mənada nəzir-nəzər sözü də materiallaşmış, yerdəki Oziri /Azər fikrini ifadə edir ki, bu da Oziri /Azər Allahının övladları mənasını bildirir. Deməli, nəzərlilər Oziri/ Azər Allahı kimi qeyri-adi söz gücünə malik Azər övladlarına deyilir ki, bunlara Pir, seyid, ata, gel və s. müqəddəslər aiddir. Pirlərə, seyidlərə nəzir boyun alma, onlara nəzir vermə ifadəsi də məhz bu mənada nəzirin, onların ulu əcdadları olan Oziri/Azər Allahına şamil edilməsi deməkdir. Pir, seyid müəyyən bir şey dilədikdə, onların "cədd" adlandırdıqları ulu əcdadı olan Oziri/Azər Allahı, bu diləyin həyata keçməsinə, öz həyat enercisi olan "Ğuz" vasitəsi ilə kömək edir. Bu köməkliyin əvəzində də, onların ruhuna qədimdə adətən qurban, dua və s. rituallar keçirilirdi. Dilimizdə yüksək rütbə mənasını verən nazir sözü də məhz buna görə alilik deməkdir. Dahi Firdovsi "Şahnamə" əsərində Cəmşid taxtının qoruyucuları kimi, Katuzilərlə bərabər Nisarilərin də adını xüsusi qeyd edir ki, burada Nisari sözü nəzərli-nazorey mənasındadır.

Deməli, Isa peyğəmbərin nəzərli adlandırılması heç də təsadüfi deyildir. Nazaret şəhər adı da burada Azər Ata mənası verir ki, bu gün də Azərbaycanda bu məzmunda Nəzərabad, Nəzəralılı, Nəzəroba, Nəzirli, Zarat, Zerti, Zərdab, Zərdəbərə, Zərdoni və s. onlarla yaşayış məntəqəsinin adı vardır. Belə çıxır ki, Nazaret dedikdə söhbət Azəri elindən, yəni Azərbaycandan gedir. Nəzərə olmaq lazımdır ki, qədim Mannada da Zirtu/Izirtu adda şəhər olmuşdur. Z.Bünyadovun "Azərbaycan 7–9-cu əsrlərdə" kitabında faktlara istinadən yazılır ki, Abbasilər hakimiyyətə gəlməzdən əvvəl Azərbaycana Rəbiə və Mudar nizarilərini köçürdülər. Azərbaycanın birinci Abbasi hakimi Yəzid ibi Xatəm ül – Mükəlləbi isə yəmənliləri Azərbaycanda elə yerləşdirdi ki, burada nizarilərdən heç kim qalmadı. Daha sonralar: "Xuzeyfə ibn Hazimin yerinə Harun ər – Rəşid, Yusif ibn Rəşid əs – Sulamini (Arran hakimi) təyin etdi. Onun da hökmranlığı dövründə nizarilərin sayı xeyli artdı, halbuki bundan əvvəl burda yəmənlilər çox idi"(s.163-168.B.1989).

Rəmzi mənada yazılmış bu yazılardan göryndüyü kimi, adı hələ ilk dəfə "Tövrat" kitabında çəkilən nizarilərin Azərbaycana köçürülməsi heç də təsadüfi deyildir. Çünki əsil yəmənlilər kimi nizarilər də qədim Misirin baş Allahı olan Oziri/Azər Allahının nəslidirlər.

Digər tərəfdən Isa peyğəmbər Qalileyin Nazaret şəhərindən idi ki, buradakı Qaliley sözü Xəliliyyə kimi oxunmalıdır. Azəriyyə, Yəzidiyyə, Səməriyyə və s. adlardakı "iyyə" sözü, iki dünyanın yiyəsinin çağırış forması olub, elin müqəddəsliyini bildirən artırmadır. Qalil sözü isə dilimizdə Xəlil /Cəlil/ Xillə və s. kimi qalmış qədim Misirin Qor Allahının Gel eli məcnasındadır. Qeyd etmək istərdik ki, A. Bakıxanov Azərbaycanı nəzərdə tutan "Gülüstani - Irəm" dedikdə, Gelistan, yəni Gel elini nəzərdə tutmuşdur. Gülməmməd, Güləli, Güloğlan və s. adlardakı gül sözü də təbii ki gel mənasındadır. "Irəm" sözü ilə o, Əman Allahının göydə yaratdığı "Irəm bağı" mənasında, yerdəki Allah elinə işarə edir.

Bütün bunlar o deməkdir ki, ilk yaraldılmış Azər Allahı və son peyğəmbər mənasında göstərilən Isa, məhz biz Azəri türklərinə aiddir. Qəbul olunmuş 2 min ilə yaxın olan Isa peyğəmbərin tarixi isə rəmzidir. "Kitabi Dədə Qorqud", "Tövrat" və s. müqəddəs kitablar kimi "Incil" (angel/gilan – gel F.G.) kitabı da Azər oğlu Qor Allahına həsr olunmuş kitabdır. Bu kitabda da bütün yazılanlar rəmzi mənada Qor Allahının yaradılışına və son peyğəmbərin gəlişinə həsr olunmuşdur. Eranın I əsrinə aid ədəbiyyatlarla tanış olan istənilən adam yazdıqlarımızı təsdiq edə bilər. Ümumiyyətlə qeyd etmək lazımdır ki, digər bütün yazıların rəmziliyi kimi, Isa peyğəmbərin də çarmıxa (krest) çəkilməsi rəmzi mənadadır. Bildiyimiz kimi qədim Misir və digər ərazilərdə çarmıx kimi göstərilən xaç işarəsi bütün yaranmışların mayası sayılan "həyat enerjisi" mənasını verir. Deməli, xaç elə qədim Misirdə "Ğuz /Kuz" – həyat enerjisi mənasında olan Oziri/Azər Allahı deməkdir. Isa peyğəmbərin çarmıxa vurulması isə burada, firon Əmanın öləndən sonra ruhunun, Oziri/Azər Allahı ilə birləşib; Qorqud Allahına çevrilməsi mənasını ifadə edir. Eyni zamanda burada axirətdə zühur edəcək mehdinin də dünya ağacına bağlanması rəmzləşdirilmişdir. Bu isə o deməkdir ki, çarmıxa çəkilib öləndən sonra yenidən dirilən Isa, həqiqətən müqəddəs əbədi ruh olan Qor Allahıdır.

Iisus Xristosa, yəni Qor Allahının ruhuna həsr olunmuş Matta, Mark, Luka və Yəhyanın "Incil" kitablarında Ata və Oğul Qor Allahlarının birləşmiş personajlarının rəmzləşdirilmiş forması, Musa peyğəmbərin "Tövrat" kitabındakı ilə eynidir. Gələcəkdə yəqin ki, biz ”«Əhdi – ətiq» və «Əhdi – cədid» kitablarında göstərilən  hadisələrin tam elmi açmasını kitab şəklində verəcəyik. Bu kitabda isə "Incil" kitablarının daha məzmunlusu olan Yəhyanın "Incil"inin araşdırdığımız mövzu ilə bağlı hissəsinə baxaq. Kitab bu sözlərlə başlanır: "Ilk əvvəl söz vardı, söz Allahda idi və söz Allah idi. O əvvəl də Allahda idi. Hər şey onunla yaranmağa başladı, ondan sonra olan ondan əvvəl yox idi".

Bu cümlədə ilk əvvəl sözün olması, firon Əmanın göydə Oziri Allahını yaratmağa başladıqda söylənilən mantra, alqışlar mənasındadır. Bu mantraları söyləyən Əman özü sonradan Allah hesab edildiyi üçün o da Allah adlanır. Əmanın mantra və ritualları hesabına göydə yaradılan Oziri 7 enerjiyə malik həyatverici gücə çevrildikdən sonra o da Allah hesab edildi. Deməli, bu ilk sətirlərdə göydə yaradılan Oziri Allahı da, onu söz və rituallarla yaradan Əman da Allah adlandırılır ki, həqiqətən qədim Misir yazıları başdan ayağa müxtəlif adlarla bu Allahlara həsr olunmuşdur.

Kitabda bizim açmasını verəcəyimiz əsas boy "Lazarın dirilməsi" boyudur. Qeyd etmək istərdik ki, burada Lazar kimi göstərilən ad digər mənbələrdə Azər kimi göstərilmişdir. Xəstə Lazarın Mariya və  Marfa adlı bacıları olur ki, burada Mariya Isaya qulluq etmiş, yaxın adam sayılır. Bu epizodda Mariyanın Isaya qulluq etməsi, rəmzi mənada Isanın anası Mariyaya işarə ilə bu ailənin məhz Isanın nəsli olması mənasındadır. Bacılar Isaya Lazarın xəstələndiyini xəbər göndərəndə Isa deyir: "Bu xəstəlik ölümlə nəticələnməz, bu Allahın şöhrəti üçündür, Allah oğlu bununla şöhrət qazanar". Bu cümlə, Yezekiilin kitabındakı, Allahın öz eli olan Izrailə can verib, qəbirdən çıxardığına işarədir ki, burada əvvəlcədən Allahın bununla şöhrətlənəcəyi bildirilir. Nəzərə alaq ki, Lazar (ElAzər) adı ilə, Izrail kimi oxunan Azərel adı eyni mənalı sözlərdir. Çünki "L" samiti qədim Misirdən bu günədək "El - Elat" mənasını bildirir.

Lakin Isa yubandığına görə Lazar ölür və onu basdırırlar. Isa gəldikdə Lazarın bacısı ona deyir: "Sən burda olsaydın o ölməzdi və mən bilirəm ki, sən Allahdan nə istəsən o verəcək". Isa isə ona cavab verir: "Qardaşın diriləcək…Dirilmə və həyat mənəm, mənə iman edən ölsə də yaşayar: və kim yaşayıb mənə iman edərsə, əsla ölməz". Buradan aydın görünür ki, Isa həm son peyğəmbər kimi Allahdan nə istəsə o verir və eyni zamanda həyat verən də, yəni Allah da o özüdür. Bundan sonra Isa 4 gün əvvəl qəbirə qoyulmuş Lazar üçün dua etməyə başlayır:"Ey Ata, məni eşitdiyin üçün sənə minnətdaram. Əlbəttə məni həmişə eşidəcəyini bilirdim: amma bunu ətrafında duran xalq üçün söylədim ki, məni sən göndərdiyinə inansınlar". Bunu deyib o qışqırır:"Lazar, çölə çıx!". Lazar da əlləri və üzü, ayaqları sarğılarla bağlanmış çıxır. Isa dedi:"Onu açın və buraxın getsin". Göründüyü kimi burada da Isa məhz son peyğəmbər kimi öz xalqının dirilməsində müstəsna rol oynayır. Qeyd edək ki, bu hadisə "Əhdi - ətiq"də, "Hökmüdarlar 3 kitab"da Ilyas peyğəmbərin Sidon yaxınlığında Sarefat şəhərində dul qadının uşağını diriltməsi hadisəsi kimi, "Hökmüdarlar 4-cü kitab"da, "Yelisey və Sonamityalı qadın" bölümündə Yeliseyin ölünü diriltməsi hadisəsi kimi göstərilmişdir. Eyni epizod "Kitabi Dədə Qorqud"da, "Dirsə xan oğlu Buğac xan boyını bəyan edər, xanım hey" boyunda Boz atlı Xızır – Ilyasın Buğacı ölümdən xilas etməsi kimi göstərilmişdir.

Bütün bunlar o deməkdir ki, müasir alimlərin "Tövrat" kitabındakı Allah elinin adını Izrail kimi oxumaları düzgün deyildir. Çünki bütün mənbələrdə söhbət məhz Azər elindən gedir və buradakı samitlərin yerdəyişməsini alimlər səhv başa düşmüşlər.

"Azəriyyə" adı ilə bağlı olan "Əhdi - ətiq" in "2-ci Paralipomenon və ya xəstə" kitabındakı bölümdə də söhbət Allahla Azər eli arasında olan münaqişədən gedir: "Onda Oded (Dədə F.G.) oğlu Azariyaya (Azəriyyə F.G.) Allah ruhu daxil oldu. Və o Asanın (ruh mənasında) qarşısına çıxıb dedi: mənə qulaq asın, Asa və bütöv Yaxuda (Ya Xuda F.G.) və Benyamin eli: Siz Allahla olanda, o da sizinlə olur: Əgər onu axtarsanız taparsınız: Əgər unutsanız, o da sizi unudar. Uzun müddət Izrail əsil Allahdan, öyrədən kahindən və qanundan uzaq olacaq. Lakin dar vaxtında o Allaha, Izrailin Allahına dönəndə onu tapacaq, o özünü tapdıracaq. O zamanlar gəlib gedənlərə sülh olmayacaq, çünki torpaqların əhalisində böyük həyəcan olacaq. Xalq xalqla, şəhər şəhərlə vuruşacaq. Çünki Allah müxtəlif bədbəxtliklərlə onları iztiraba düçar edəcək. Lakin siz bərkiyəcəksiniz və qoy sizin əlləriniz  zəifləməsin, çünki sizin işinizə görə qisas olacaq". Göründüyü kimi bu yazılar bilavasitə Azəriyyə ilə əlaqədar olduğu üçün burada faktiki rəmzi mənalarla Azəri elinin başına gələnlər qeyd olunmuşdur.

Qeyd etmək istərdik ki, Mattanın "Incil"ində axır zamanda gələn peyğəmbər, Süleyman peyğəmbərin Yəmən kraliçasından olan nəsli hesab edilir. Lukanın "Incil"ində isə deyilir: "Zaman gələcək ki, Insan oğlunun bir gününü görmək istəyəcəksiniz, lakin görə bilməyəcəksiniz. Əvvəllər əziyyət çəkən Insan oğlu eli tərəfindən qəbul edilməyəcək. Nuhun, Lotun dövründəki kimi gün gələcək. Insanlar yeyib, içib, kef çəkəcəklər, bədbəxtlik gəlib günahkarları aparacaq. O zaman iki nəfər yatacaq, biri qalxıb, o biri qalacaq. Sahədə işləyən iki nəfərdən biri xilas olacaq, o biri isə xilas ola bilməyəcək".

        Axirət zamanı ilə bağlı məhkəmə günü və ümumilikdə Oziri haqqındakı rəvayət Zərdüştilikdə də rəmzi mənada qeyd olunmuşdur. M. Boys "Zoroastriysı" kitabında mənbələrə istinadən yazır ki, məhkəmə günü Əryəmən Allahı Atar Allahı ilə günahkarları mühakimə edəcəklər. Atar Allahı zərdüştilikdə eyni zamanda Axura Mazda kimi də göstərilir ki, bu da məzmununa görə müqəddəs Qor Allahına işarədir. Belə çıxır ki, Axura sözü burada Qor, Mazda sözü isə Məsi Ata, yəni peyğəmbər mənasındadır. Hindlilərin «Riqveda»” kitabında «asura»” adlandırılan qədim Misirin Oziri/Osiri Allahı iran - ərənlərin «Avesta»”sında Zərdüşt kimi göstərilir. Deməli, Zərdüşt /Zoroastr adı, Oziri/Azər və Istar/Isida ər sözlərindən yaranmışdır ki, bu da ” «Günəş Atanın ruhu» olan Azər” Allahı deməkdir. ”«Yasna»”ların birində Zərdüşt deyir:” «Buna görə də ilk dəfədən mən sənin oldum»”. Zərdüşt/Oziri Allahının, Axura Mazda /Qor Allahına bu sözü deməsi təbii ki, göydə yaradılmış Oziri Allahının, onun və Isidanın birləşməsi mənasını verən Qor Allahına məxsusluğu deməkdir. Herodot yazır ki, Dionis Allahını buduna tikdikdən sonra Zevs Allahı Efiopiyaya, yəni Yəmənə köçür. Təbii ki, burada Zevs – Əman Allahı, Dionis isə Oziri Allahı kimi göstərilir ki, alimlər də bunu qeyd etdiyimiz kimi eyniləşdirirlər. O eyni zamanda qeyd edir ki, Meroy/Yəmən əhalisi yalnız iki Allahı – Zevs/Əman və Dionis/Oziri Allahlarını qəbul edirlər. Bütün bunlar o deməkdir ki, Qor Allahı/Qorqud, ”Ğuz” – həyat enerjisi sayılan Zərdüşt/Oziridən və Isida mənasında, Zərdüştü - Ozirini yaradan Təktüz Əmanın ruhundan ibarətdir. Sadə dildə desək Qorqud/Qor Allahı, göydə yaranmış və fiziki gücə malik həyat enerjisindən və bu enerjini idarə edən Əmanın ruhundan ibarətdir.

«”Kitabi Dədə Qorqud»”da ”«əvrən»” kimi qeyd olunan, ”«günəş övladı»” mənasını verən söz, Zərdüştilikdə ”Varuna”- Allah adı kimi göstərilir və ona «”Napat övladı»” deyilir. Digər tərəfdən Axura Mazdaya, yəni müqəddəs Qor Allahına aid olunan ” «spenta”» sözü (Issi Punt – Punt ruhu) onu göstərir ki, Qor Allahı həqiqətən Yəmənin Punt, Napat elinin ruhudur. Təsadüfi deyildir ki, qədim Misir kitabələrində Misirin ilk fironu olan Təktüz Əmana (Amon), Napatlı Amon (Əman) deyirlər. ”«Tövrat» kitabında isə Napat eli – Niftalı adı kimi göstərilir.

Iranın Pasarqad şəhərindəki bir sətirlik yazıda qeyd olunur ki, «”Kiruş – haxamanişi şahıdır»”. Günəş mənasını verən ”Kiruş – «Qor issi”» sözünün yəni Qor ruhunun, ”Haxamanişi- «Haqq Əman issi”» olması təbii ki, qədim Misir Allahı olan Qor Allahının, onu yaradan Misir fironu Təktüz Əmanın ruhu olması mənasındadır. Deməli, yazıda ”Kir Əhəməni şahıdır” sözləri yox, göydəki Qor Allahı ruhunun, onu yaradan Misir şahı Əmanın ruhu olması yazılmışdır.

Xüsusi qeyd etmək istərdik ki, Əl Yəqubinin Azərbaycan əhalisini Əl Azəriyyə və Əl Cavidaniyyə parsları adlandırması təsadüfi deyildir. Çünki Pars sözü qədim Misirdən bu günə kimi Pir (Yunanca firon) ruhu mənasını verir. Bu isə Azərbaycan əhalisinin Oziri Azər Allahının Pirlər nəsli olması deməkdir. Bu gün də Udmurt və Mordvin dillərində azor/azır/uzır sözü cənab, ağa, sahib, Allah mənasında işlədilir.

Yazdıqlarımızdan belə çıxır ki, Zərdüşt adlandırdığımız peyğəmbər həqiqətdə qədim Misirin Oziri, yəni Azər allahıdır. Axura Mazda (Yunanlarda Hermes) isə Oziri və Isida Allahının oğlu olan Qorqud/Qor Allahıdır. Bütün bu yazılar müdriklər tərəfindən yazıldığı üçün rəmzləşdirilmişdir. Qeyd edək ki, iranlıların ”Bag”, xristianların isə Allah mənasını verən ”Boq” sözü, «”Kitabi Dədə Qorqud»” da ”Bəg” kimi göstərilmişdir ki, bu da qədim Misir dilçiliyinə görə ”«Ağa övladı»” mənasındadır.

Axirət mövzusuna müraciət edən dahilərdən biri də Firdovsidir. Rəmzi mənalarda yazılmış «”Şahnamə”» əsərinin həqiqət olduğunu xüsusi qeyd edən Firdovsi, Qorqud Allahını kitabda Cəmşid kimi göstərmişdir. Yerin – göyün sirlərini açan Cəmşid ilk dəfə göydə taxt qurur və divin çiynində göydəki Kəyan taxtına çıxıb, fəzada günəş kimi qərar tutur. Lakin bir müddət sonra ərəb Zöhhak onu taxtdan salır. Zöhhak haqqında Firdovsi yazır: «Iş o yerə çatmışdır ki, dəvə südü içmiş, kərtənkələ əti yemiş ərəb, Kəyan taxtını arzu edir. Tfu sənə ey çərxi – fələk, tfu…» Daha sonra isə Cəmşid əsilli Fəridun, atasının qisasını Zöhhakdan alıb taxt – tacı əbədi öz nəslinə qaytarır. Nizami də öz ”«Xəmsə»”sini bilavasitə bu mövzuya həsr etmişdir ki, burada hadisələr rəmzi mənada daha geniş və ətraflı təsvir olunmuşdur. O da Firdovsi kimi «”Xəmsə”»də Qorqud Atanı Cəmşid, son peyğəmbəri isə Fəridun adlandırır.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, ən qədim zamanlardan orta əsrlərədək bu dünyada yazılmağa layiq yalnız bir mövzu olmuşdur ki, bu da Qorqud Allahının yaranması, onun hökmranlığı, bu hökmranlığın müvəqqəti itirilməsi və son nəticədə yenidən öz taxt – taclarına qayıtması mövzusudur. Qədim dövrün bütün yazıları müdriklər tərəfindən yazıldığı üçün bunların hamısı rəmzi mənalarda bu mövzuya həsr olunmuşdur. Yunan, Hind, Çin və s. qədim dünyanın bütün mifologiyaları, ”«Min bir geçə»” nağılı, «”Sindbadın səyahətləri»”, ”«Bağdad oğrusu»”, və s. əfsanələr də, elimizin «”Koroğlu»” və ”«Oğuz”» dastanları da, «”Məlikməmməd”», «”Qərib cinlər diyarında», «Bir qalının sirri» və s. nağılları da məhz Qorqud Atanın 5000 il bundan əvvəl yazdığı, yerdəki həyatın sonuna qədər olan tarixinə həsr olunmuşdur.

Dədə Qorqud elinin məhz Azərbaycan eli olmasını sübüt etmək üçün bəzi əlavə məlumatları qeyd etmək düzgün olardı.

        Ibn Əl Müqəffa, Əl Həmədani və s. tarixçilərin  yazdıqlarına görə Azərbaycan adı elimizə Azər ibn Əl Iran ibn Əs-Sud ibn Əs-Sam ibn Əl Nuhun şərəfinə olaraq verilmişdir. Peyğəmbərlər nəslinin şəcərəsinə görə bu ad Ibrahim peyğəmbərin atası Azərin adına uyğun gəlir. Yazılanlara görə Azər büt düzəldən olmuşdur və Allahlıq iddiası etmişdir. Müqəddəs ”«Tövrat»” kitabında Azər, EliAzər, Azəriyyə və s. adların olması bu yazıların həqiqiliyinə işarədir. Ilk kitabımızda yazdığımız kimi Ibrahim - Avraqam peyğəmbərin adının açması  «əvrələrin qamı», şamanı mənasındadır ki, ümumilikdə bu söz, günəş övladlarının, seçilmişlərin baş kahini, Allahı deməkdir. Digər tərəfdən bütün müasir alimlər də təsdiq edir ki, «”Tövrat»” kitabı rəmzi mənada yazılmış əsərdir. Əgər bu belədirsə onda Ibrahim peyğəmbərin atası Azərlə bağlı bu yazılar hansısa daha qədim bir hadisə ilə bağlıdır. «”Tövrat» kitabında Ibrahim peyğəmbərin Virsaviyaya (Əvrə Sava F.G.) köçməsi və orada yaşaması qədim əvrələrin Səba şahlığına işarədir. Bildiyimiz kimi Yəmənin Səba şahlığı özündə cənubi Ərəbistanı və Misirin Napat, Kuş və s. ərazilərini birləşdirir. Yəmən əsilli Makedoniyalı Iskəndərin Misirin Səba vahəsinə gəlib, öz əcdadı olan qədim Misirin baş Allahı Amonın (Əman) məbədgahını ziyarət etməsi, Səbanın Əman eli olması deməkdir. «”Tövrat» kitabında Allahın ”Savaof” adlandırılması da məhz onun Səba elinin Piri – fironu sayılması mənasındadır. Yəhudi şahlarının əcdadlarının Bənyəmin, yəni Yəmən övladları olması dediyimizə daha bir sübutdur. Ən qədim dövrlərdə «”Tövrat»” kitabı məhz Misir və Yəməndə xüsusi gücə malik olmuşdur. Deməli, Ibrahim ibn Azərlə bağlı həqiqətlər də Yəmənlə, Misirlə əlaqədardır.

        Yuxarıda yazdığımız kimi Azər adı qədim Misirin Oziri /Oziris Allahının adı kimi məlumdur ki, qədim Misirdə saitlər yalnız dəyişə bilən bağlayıcı kimi işləndiyi üçün bu ad ”«Günəş ruhu”» mənasını verir. Ruhlar dünyasının Allahı olan Oziri Allahının və Isidanın Qor adlı oğlu vardır ki, bu da qədim və indiki mənbələrdə Qorqud kimi yazılmışdır. Deməli, Ibrahim/Avraqam peyğəmbər həqiqətdə qədim Misirin baş Allahı olan Oziri oğlu Qor Allahıdır ki, dilimizdə bu adlar Azər oğlu Qorqud kimi qalmışdır. Bu isə o deməkdir ki, «”Tövrat»” kitabında Qor Allahının elinin adını bildirən samitlər Izrail kimi yox, Azərel kimi oxunmalıdır. ”«Kitabi Dədə Qorqud”»da Azər adı Aruz kimi göstərilir ki, bu da məna etibarı ilə eyni sözdür. Kitabda Aruzun ”at ağızlı” olması, yunan, hind və s. mifologiyalarda ”kentavr” kimi göstərilən at bədənli insan olması mənasındadır ki, burada yer kürəsi magiyanın qanunlarına əsasən atın bədəni təcəssümündə Aruza tabedir. Bu isə o deməkdir ki, Aruzun ağzından çıxan hər bir söz qədim Misir Allahlarının, Pir – seyidlərin sözü kimi həyata keçməlidir. Bu haqda daha geniş məlumat müəllifi olduğum «”Qor Əman»” adlı kitabda verilmişdir. Deməli, bütün qədim rəvayətlərdə yarıinsan – yarıat kimi göstərilən varlıqlar Oziri/Azər Allahının övladlarıdır. Qeyd edək ki, Oziri oğlu Qor Allahı qədim kitablarda ”Ağa” adlandırılır.

Buradan belə çıxır ki, Oziri/Azər sözü, qeyri – adi, möcüzəvi söz gücünə malik müqəddəslərə, Pir, abdal, şıx, seyid, gel, ata, maxtum və s. adlandırılan Azər oğlu Qorqudun nəslinə aiddir. Qədim Misir kitabələrində deyilir ki, əgər ilk əvvəllər Oziri/Azər adı yalnız fironlara deyilirdisə, daha sonralar bu ad bu nəslin törəmələrinə də deyilməyə başladı. Digər qədim Misir yazılarının birində oxuyuruq: «Osiris və Isida, Əmən Tərüsdən olan, Zəkərərdən yaranan Təktüz Əmanı qoruyun»”. Burada qeyd olunan Təktüz Əman adı ”«Kitabi Dədə Qorqud»”da «bığı qanlı Bəkdüz Əmən»” kimi göstərilmişdir. Əmənin bığının qanlı olması onun ruhlar dünyasını yaratması prosesində kəsdiyi milyonlarla qurbana işarədir.

Bu gün Azərbaycan ad və toponimlərində Azərlə bağlı Əsər adının qalması, eyni zamanda ”«Tövrat»” və digər müqəddəs kitablarda Əsər/Aşur/Assur tayfasının «əvrələr» hesab edilməsi onu göstərir ki, qədim Misirdə ”ruh” mənasını verən «”s»” samitinin «”z»” samitinə və əksinə keçməsi adi haldır. Ümumiyyətlə, təkrarən qeyd etmək istərdik ki, qədim Misir dilçiliyində sözün mənasını yalnız samitlər daşıyırdı ki, saitlər burada bağlayıcı kimi istifadə olunur. Bəzi samitlər isə tələffüzünə görə ona yaxın olan samitlərə asanlıqla keçə bilir. Buna görə də Oziri/Azər adı mənbələrdə Osiri/Əsər kimi də yazılır. Belə çıxır ki, qədim Assur, Izrail və Azəri xalqları öz köklərini məhz Yəmən elinin baş Allahı olan Qorqud/Qor Allahından götürmüşlər. Deməli, qədim Assiriyanın, yəni Azəriyyənin Assur Allahı, faktiki qədim Misirin Oziri/Azər Allahıdır. Nəzərə alsaq ki, Assur Allahlarının Misirdən gəlmələri bütün alimlər tərəfindən də təsdiqlənir, onda yazdıqlarımızın həqiqiliyinə heç kimdə şübhə qalmaz.

Məhəmməd peyğəmbərin hədislərin birindəki:” «Mən Rəhmanın (Allahın) nəfəsini Yəməndən duyuram”» deyimi fikrimizin doğruluğuna daha bir sübutdur. Buradakı Allah mənasını verən ”Rəhman” sözü həqiqətdə ”Rə’Man” kimi oxunmalıdır ki, bu da Əman Allahına işarə mənasında Əman-Ra / Amon-Ra deməkdir. Araşdırmalar göstərir ki, qədim Assur, Izrail adları, toponimləri ilə Azərbaycan ad və toponimləri arasında heç bir fərq yoxdur. Maraqlı haldır ki, bu gün də yəhudilərdə ən geniş yayılmış Elazar/Eliazər və Benyamin/Bəniyəmən adlarıdır.        

Bütün bu yazdıqlarımızdan belə nəticə çıxarmaq olar ki, dünya tarixi iki hissəyə bölünməlidir. Birinci hissəyə ”canlılar tarixi” adı altında günəş sisteminin 5500 il bundan əvvələ kimi təbii inkişafı aid olunmalıdır. Ikinci hissə isə 5500 il bundan əvvəl ilk  Allah olan ”Azər”dən sonra yaranmış ”Allahlar tarixi” adlanmalıdır. ”Allahlar tarixi” özü də müqəddəs kitablara əsasən 3 hissəyə bölünməlidir ki, birinci hissəyə Allahın ”yaranışı” və ondan sonrakı dövr, ikinci hissə ”ölüm”, yəni Allahlar nəslinin ölümü dövrü, üçüncü hissə isə ”dirilmə”, yəni ilk Allah olan Azər oğlu Qorqud Allahının ruhunun qayıdışı və Allahlar nəslinin dirilməsi dövrü adlandırılmalıdır. Bütün qədim yazıların məntiqi izahları və digər elmi araşdırmalar göstərir ki, biz bu gün ”ölüm” dövrü ilə ”dirilmə” dövrünün keçidində yaşayırıq. Bu keçid müqəddəs kitablarda axirət zamanında olan ”məhkəmə günü” kimi də məhşurdur.

Müqəddəs ”«Tövrat»” kitabının, Nostradamusun və s. yazılarına görə ”ölüm” dövrü ilə ”dirilmə” dövrü arasında olan məhkəmə günü rəmzi 7 il  çəkəcək və bu zaman Qorqud Allahı hakim sifətində oğlu ilə gələcək. Nostradamusun yazdığına görə 21-ci əsrin əvvəllərinə qədər ”göydən «odla gələn»” dünyaya hakimlik edəcək. Adətən Allah məhkəməsi insan öləndən sonra 42 hakimin iştirakı ilə o dünyada keçirilirdisə, ”məhkəmə günü” o dünyada olan bütün müqəddəslər, yəni yunanların ”«titan”» adlandırdığı ”«Dədə»”lər yer kürəsinin əhalisin elə yerdəcə mühakimə edəcəklər. Mənbələrin yazdığına görə 7 il ərzində dünya əhalisinin üçdə birinə qədəri (Zəkəriyyəyə görə üçdə ikisi) qırılacaq və dünyada yalnız yaxşılar qalacaq. O zaman ”yaranış” dövründəki kimi ”qızıl əsr” başlayacaq, heç kim 100 yaşına çatmamış ölməyəcək. Allahın qorxusundan heç kim zülmkarlıq edə bilməyəcək. Oğurluq, cinayətkarlığa son qoyulacaq. Çünki 7 enerjiyə sahib Allah nəsli hər şeyi əvvəldən söyləyəcək.

Lakin ”məhkəmə günü”ndən əvvəl Allah oğlu sirləri açıb insanları tövbəyə çağıracaq və onlara verilən son şansı bildirəcək. Bu axırıncı ”günahları yumaq” imkanına görə, hər bir haram iş görmüş, cinayət etmiş insan ümumi var – dövlətinin üçdə birinin qiyməti qədər Allah üçün atdan, öküzdən, qoçdan qurban kəsməli və xalqa paylamalıdır. Təbii ki, bu son imtahandan inamla çıxanlar, Ibrahim kimi öz övladlarının canını qurbanla xilas edəcəklər. Var – dövləti özlərindən və Allahdan üstün tutan haram iş görmüşlərin isə təbii ki, 7 il müddətində nəsli kəsiləcək.

 

 

 

                --------------------------------------------------------------------------

 

                                  ----------------------------------------------    

 

                                                      ---------------

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 






Tarix:      www.gilarbeg.com Saytı