Vəhy nədir və peyğəmbərlərə necə gəlir?


   

 

Əflatun (Platon) görə də peyğəmbər deyəndə göydə peyğəmbərlik edən, yəni sirli rəmzləri “diktə edən” ruh nəzərdə tutulmalıdır. Onun sirli rəmzlərinə izah verənlər isə Allahın məhz bu iş üçün yaratdığı xüsusi “anlayan” tayfadır ki, bu da təfsirçilər, yozanlar nəslidir. Əflatuna görə, Allah - anlayan tayfa, yəni xəbər gətirənlər nəsli üçün xüsusi qaraciyər növü yaratmış və ona - Allahla əlaqə, gələcəyi görmə və s. İlahi xüsusiyyətlər vermişdir (Platon, “Timey”, 71E,72V). Quranda məhz bu müjdəçilər və xəbərçilər nəsli peyğəmbərlər adlandırılır (Quran, 2:213, 22:74).

 

Bütün bunlar o deməkdir ki, vəhy adlandırdığımız ekstatik vəziyyət Allah tərəfindən yalnız bir nəsilə verilmişdir ki, bu da peyğəmbərlər nəsli kimi tanıdığımız Azər oğlu İbrahim peyğəmbərin nəslidir. Batin elmində İbrahim (Əvrə-Qam) rəmzi – “qamlıq vəziyyətində Ra günəşi ilə birləşmiş Ba ruhu” mənasını verir. Mənbələrdə İbrahim peyğəmbərin İlahi oddan yaradılmış Evə atılması və bu evin cənnətə çevrilməsi o deməkdir ki, İbrahim obrazı - ilkin materiyadan (İlahi oddan) göydə cənnət yaratmış Ra-Amon Allahın obrazıdır. Digər yəhudi peyğəmbəri olan Yaqub peyğəmbər isə, Tövrata görə Allahla “mübarizə aparır” və Allah onu İsrail/İzrail adlandırır ki, bu da Osiris/Asar (Azər-Eli) eli mənasında, göydəki ruhlar dünyası – cənnət anlamındadır. Yaqub adı da Qeb (Qeyb) aləmi fikrini ifadə edir və Batin elmində bu obraz – “bəqa səviyyəsində yaradılmış Qeyb aləmi” deməkdir. Belə çıxır ki, peyğəmbərin “vəhy” adlandırdığımız ekstatık vəziyyəti, sufi türüklərin (türk-teurq) bəglık səviyyəsidir. Batin elmində “bəqa” rəmzi ilə “vəhy” rəmzi eyni mənalı rəmzlərdir və “Hu ilkin materiyası ilə birləşmiş Ba ruhu” deməkdir. Oğuz atalar sözü olan “bəglik verilir, qəhrəmanlıq isə döyüşdə qazanılır” deyimindən də aydın olur ki, bəglik - vəhy kimi Allah tərəfindən verilir.

 

Tövratda, bəqa səviyyəsində, yəni vəhy vasitəsi ilə yaradılmış Qeyb aləmi – Vəhy çadırı adlandırılır. Bu kitaba görə, Musa peyğəmbər qurban vasitəsi ilə İlahi odu, yəni ilkin materiyanı göydən gətirmiş və ondan Vəhy çadırı yaratmışdır ki, bu da elə Qeyb aləmi, yəni cənnət mənasındadır (Библия, Исх.13:21,40:38, Чис.9:15-23, Лев.6:12,13). Lakin vəhy vasitəsi ilə, yəni bəqa səviyyəsində yaradılmış Qeyb aləmi haqqında məlumat verən ən kamil kitab isə hindlilərin “Bxaqavad-Gita” kitabıdır. Bu kitabın adından da göründüyü kimi burada bəglik məqamında yaradılmış Qeyb aləmi Bxaqavad adlanır ki, kitabda Bxaqavan adı eyni zamanda Allahın adı kimi çıxış edir.

 

Yunan mifologiyasında sufinin “vəhy” ekstatık durumu - Vakh adlanır və O, ekstaz, vəcdə və cuşa gəlməni, eyni zamanda təbiət qüvvələrini bildirən Olimpiya Allahı sayılır. Vakh rəmzi digər yerdə Baxus adlanır ki, bu da bəqa rəmzi ilə eyni mənalıdır. Lakin Vakh, Baxus Allahları mənbələrdə Osiris, Adonis, Dionis və s. Allahları kimi də tanınır və bu rəmzlər də göydə yaradılmış ruhlar dünyası ilə əlaqədar rəmzlərdir.

 

Bəqa, vəhy rəmzləri, dilimizdə “İlahi yuxu” anlamında olan “vaqeə” rəmzi kimi də qalmışdır. Bu rəmzlər hind mifologiyasında Vaka (Bəqa/Baka) mənasında, nur saçan div və yarıtanrı asurları bildirir. Asurlar isə elə Şumer və qədim Misirin Asar, yəni Osiris (Azər) Allahlarıdır. Hind mifologiyasında Asurlar (Azərilər) müsbət keyfiyyətlərə malik varlıqlar sayılırlar. Bəglər isə burada bxakti (Bəg-Kuti) kimi qeyd olunurlar və bu da “Bəg-Xuda”  mənasında “Allahın bəgi” fikrini ifadə edir. “Bxaqavad-Gita” kitabında Allah açıq elan edir ki, yalnız “Mənim bxaktilərim” məni lazımi dərəcədə dərk edə bilərlər və mənim təbiətimə çata bilərlər. Bu kitabda Allah bildirir ki, bxaktilər, yəni Allaha sadiq və pak qulluqla məşğul olan bəg-xudalar, öləndə möminə çevrilir və əbədi dinclik tapırlar. Kitabda Allah, axirətdə gələcək sevimli yetirməsinə deyir: “Ey Kunti oğlu, cəsarətlə hər kəsə elan et ki, Mənim bxaktam heç vaxt ölməyəcəkdir” (Шри Шримад А. Ч. Бхактиведанта Свами, «Вхагавад-Гита» Как она   есть. М., 1990, 13/19; 9/31). Deməli, Hind mənbələrinə görə də bəglik məqamı – ölümsüzlüklə bağlıdır və Allah, sevimli mömin bəglərinə əbədi xoşbəxt həyat söz vermişdir.

 

Veda şastralarında qeyd olunur ki, Allahın bxaktiləri - yarıtanrılardır. İstənilən işlə məşğul olan bxakti - Allahın himayəsi altındadır və onlar Allahın əbədi, məhv olmayan aləminə daxil olurlar (Шри Шримад А. Ч. Бхактиведанта Свами, «Вхагавад-Гита» Как она   есть. М., 1990, 562; 13/19; 18/56). Belə çıxır ki, bxaktilər eyni zamanda yəhudilərdir. Çünki yalnız yəhudi levitlərini (İslamda Əl-Beyt) Allah “Mənim” adlandırır və Özünə qulluq üçün ayırmışdır. Əgər biz nəzərə alsaq ki, qədim mənbələrdə “yəhudi” deyəndə “ya-xuda”, yəni Midiyanın kuti/qutilər nəsli nəzərdə tutulur, razılaşarıq ki, bxakti [BXKT] rəmzi altında da bəg-kuti [BG-KT], yəni bəg-xuda [BG-XD] nəsli başa düşülməlidir. Qita/Qata rəmzləri də bu mənada “Allah və onun nəsli ilə bağlı olan” mənasındadır.

 

İnduizmdə, yoqa sisteminin ən ali səviyyəsi “bxakti-yoqa” adlanır. Yoqa sisteminin digər növləri yalnız bxakti-yoqanın bxakti səviyyəsinə qalxması üçündür (Шри Шримад А. Ч. Бхактиведанта Свами, «Вхагавад-Гита» Как она   есть. М., 1990, 346). Bu isə onu deməyə əsas verir ki, bxakti səviyyəsi elə sufizmin ən ali səviyyəsi olan bəqa (baka) səviyyəsidir və bu səviyyəyə qalxmış müdrik əbədi Allahda olur. Mətnlərə görə, əməli-saleh bxakti yoqa ilə məşğul olmur, çünki onlar həmişə Krişna vəziyyətində olurlar və yalnız onlar Qitanı dərk edə bilərlər. Hind mənbələrində Ali İlahi Şəxsiyyət adlandırılan Allah, bxakti ilə beş növ müxtəlif əlaqədə ola bilir: passiv vəziyyətdə, aktiv vəziyyətdə, dost halında, ana-ata kimi və sevgili yar qismində bxakti olmaq mümkündür.

 

Bxakti-yoqa eyni zamanda braxmo-bxakti pilləsinə çatmaq, yəni ilkin materiyaya tam qovuşmaq, onunla vəhdət təşkil etmək deməkdir. “Bxaqavad-Gita”da deyilir: “Kim ki, braxma-bxuta səviyyəsinə  qalxır, o ən Ali Braxmanı dərk edir. O heç vaxt qəmgin olmur və heç nə arzulamır. O bütün varlıqlara eyni gözlə baxır. Belə insanlar – deyə Allah bildirir – pak məhəbbət və sədaqətlə Mənə qulluq etmək hüququ qazanırlar (Шри Шримад А. Ч. Бхактиведанта Свами, «Вхагавад-Гита» Как она   есть. М., 1990, 18; 18/54). Burada Ali Braxman dedikdə - ilkin materiyanı özünə tabe etmiş Amon, yəni Rəhman Allah nəzərdə tutulur. Əgər nəzərə alsaq ki, Batin elmində “braxmo” rəmzi elə “İbrahim” rəmzidir, anlayarıq ki, braxmo-bxuta səviyyəsi elə İbrahim məqamıdır. Bu isə İbrahim peyğəmbərin İlahi oddakı ölümsüzlük səviyyəsini bildirir. Bu fəlsəfənin və ümumiyyətlə “Bxaqavad-Gita” adlanan İlahi nəğmələrin elmi izahı, müəllifi olduğum “Batini-Quran” kitabında verilmişdir.

 

Bütün bunlar o deməkdir ki, vəhy adlandırdığımız ekstatik vəziyyət, Azər oğlu İbrahim peyğəmbərin bəglər nəslinə verilmiş İlahi bəqa səviyyədir. Bu səviyyə müxtəlif insanlara müxtəlif məqsədlərlə verildiyi üçün, vəhyin qəbulu da öz məqamına görə müxtəlif formada özünü göstərir.

 

 

Firudin Gilar Bəg

www.gilarbeg.com

   




Tarix:      www.gilarbeg.com Saytı