Hz. İsa – Azəri türk bəgi olmuşdur


Tədqiqatlar göstərir ki, xristianların İisus Xristos adlandırdıqları İsa Allahı mənbələrdə imam Əli ilə əvəz edilir. Şiələrin Əli-Allahi təriqətində də Əlini Allah kimi qəbul edirlər. Quranda imam Əlinin adı çəkilmir, əvəzində isə Məryəm oğlu İsanın adına 23 dəfə rast gəlinir. Mühiddin ibn Ərəbi, imam Əlinin əvəzinə Hz. İsanı – “mütləq vilayətin möhürü” adlandırır və bununla da, imamlığın və xristianlığın funksiyalarının üst-üstə düşdüyünü bildirir. İbn Ərəbi, varis rəmzi altında, Allahın “Ol!” əmri ilə yaranmış İsanı və onun obrazlarını nəzərdə tutur. Qurana görə, Allah Adəmdən sonra yalnız İsa peyğəmbəri “Ol!” əmri ilə yaratmışdır. Hədislərə görə də Məhəmməd peyğəmbər yalnız Məryəm oğlu İsanı özünə yaxın hesab edir. Belə çıxır ki, Məhəmməd peyğəmbər İsanı - imam Əli kimi qəbul edir. Bu isə o deməkdir ki, axirətdə, imam Əli ilə eyni obrazda çıxış edən İsa, yəni İisus Xristos gəlməlidir.

        Şiəlikdə qədim sirləri bilən Allah obrazı imam Əlinin obrazıdır. Şiə imamı Allahın yerdəki nümayəndəsi, Onun qapısı, ilahi sirlərin varisidir və yalnız onun vasitəsi ilə Allaha yaxınlaşmaq mümkündür. Dördüncü imamın sözlərinə görə - “Allahın dərki – İmamın dərkidir”, “Öz İmamını tanımadan ölən, cahil olaraq ölmüşdür”. Mənbələrə görə ilahi sirləri bilən Məhəmməd peyğəmbər, onları yalnız Əliyə açmışdır. Peyğəmbər demişdir: “Mən elm şəhəri, Əli isə onun qapısıdır. Hər kim bu elmə sahib olmaq istəyirsə, bu qapıdan keçməlidir”. Bu isə o deməkdir ki, imam Əli obrazı da, İsa peyğəmbər kimi axirətdə gələn Mehdinin obrazlarıdır.

         Mühiddin ibn Ərəbiyə görə, İslam dini Göydə yaradılmış dünya mənasındadır və onu qəbul edən insanın ruhu o dünyada ömrünü davam etdirəcəkdir. Ərəbi bildirir ki, Allah, İslam dinini və müsəlman kimi ölməyi İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir. Burada Din rəmzi əlif və lam səsləri ilə, yəni “Əl” kimi qeyd olunur ki, bu da Dinin göydəki El mənasında olmasını bildirir. Deməli, Ərəbiyə görə Din rəmzi göydəki El anlamındadır və bu Eli Allah, İsrailin yəhudi peyğəmbərləri olan İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir. Qurana görə şiəlik də Nuh və İbrahim peyğəmbərdən başlanır. El [L] rəmzinin Əli [L] rəmzi ilə eyni məna verməsi o deməkdir ki, axirətdə göydə yaradılacaq El vilayəti - elə Əlinin, yəni Mehdinin zühuru mənasındadır.

          Yazdığımız kimi İbn Ərəbiyə görə, Allah İslam dinini İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir. Tövrata görə isə Allah, İbrahim, Yaqub və onların törəmələrinə and içərək Xanaan (Knun) və Alban (Lbnun) torpaqlarını verir. Alban [LBN] rəmzinin sufizmdə Nəbi-Eli [NBL] kimi də oxunuşunu nəzərə alsaq razılaşarıq ki, Albaniya rəmzi altında peyğəmbərlərin göydəki Eli başa düşülməlidir.

          Lakin tarixçi M. Xorenatsinin “Ermənistan tarixi” kitabına görə, Albaniya ölkəsi vərəsəliklə Gel-GelarKüninin Sisaka nəslindən “kiməsə” əbədi olaraq verilmişdir. Belə çıxır ki, mənbələrdə İbrahim və Yaqub oğulları dedikdə, Gelar türk bəyləri nəzərdə tutulmalıdır və İslam dini də İbn Ərəbiyə görə məhz bu batini türklərinə verilmişdir.

            Burada qeyd olunan “kiməsə” sözü, axirətdə Gelar türklərindən çıxacaq və batini sirləri bilən insan mənasındadır ki, o sirləri bildiyi üçün “Beyt əl-elm vəl-marifət vəl-hikmət”, yəni “elm, bilik və hikmət Evi”nin üzvü mənasında “Əhli-Beyt” üzvü sayılacaq. Əhli-Beytin üzvü olan şiə imamı Əli adının, Albaniyanın digər adı olan Alu rəmzi ilə eyniliyi onu göstərir ki, Mehdini göydəki zühuru burada, yəni Gel elində baş verməlidir.    

           Qeyd etmək lazımdır ki, Albaniya dedikdə - Geliopol göylərində teurqiya vasitəsi ilə yaradılmış Yuxarı Misir ölkəsi nəzərdə tutulmalıdır. Biz bilirik ki, Geliopol şəhəri Aşağı və Yuxarı hissələrə bölünürdü ki, mənbələrdə Atum Allahı «Geliopolun iki torpağının sahibi» adlanırdı. Deməli, Albaniya - Yuxarı Misir ölkəsi, Knun, yəni Xanaan isə Aşağa Misir ölkəsi mənasındadır. Bu iki ölkənin tacının sahibi isə mənbələrdə “İki dünyanın sahibi” adlandırılırdı. Əgər nəzərə alsaq ki, Məhəmməd peyğəmbər də mənbələrdə “İki dünyanın sahibi” adlandırılırdı, qəbul edərik ki, peyğəmbərimiz həqiqətən də Gel elində yaradılmış və axirətdə yenidən yaranacaq Atum Allahının, yəni Adəmin obrazıdır.

            Bu gün Azərbaycan adlanan ərazisində yaşayan batini-nizarilər – mənbələrdə “məlahi” və “mülhid”lər adlandırılır ki, bu da “mələk” və “mələklər ölkəsi” olan “Mələküt dünyası” deməkdir. Batinilərin mənbələrdə mələk adlandırılması, onların ölümsüzlər nəsli olması deməkdir. Qədim Misir mənbələrində Qor Allahının nəsli – “Qor yoluyla gedənlər” adlandırılır və mətnlərə görə bu insanlar ölmür, sadəcə qanad geyərək cənnətə uçurlar. Rəvayətə görə, Hz. Məhəmməd, yəhudi, xristian və müsəlmanların yetmişdən çox olan təriqətlərinin yalnız birinin Cənnətə, qalanlarının isə Cəhənnəmə düşəcəklərini bildirmişdi. Bu bir təriqət isə - yəhudi, xristian və müsəlmanların nazorey, nazaret və nizari adlandırdığı, mənbələrdə Gel, Gelat (Qulat/Xalda/Kolyada/Kleyto/Kelt və s.) kimi də qeyd olunan Gelar bəylərinin batini təriqətidir.

           Bütün bunlar o deməkdir ki, gözlənilən Hz. İsa, heç də adi insan yox, qədim peyğəmbərlər və şahlar nəslinin nümayəndəsi olacaqdır. Bu nəsil isə mənbələrdə Gel, Gelat, Gilan və s. indi isə Gelar adlanan məkanda yaşayan türk bəylərinin nəslidir. Qədim mənbələrdə Gilar adı - “Ölüb-dirilən Allah”ın (Osiris, Attis, Adonis, Tammuz, Kibela və s.) bayramına aid edilirdi. Hz. İsanın da “Ölüb-dirilən Allah” obrazında olmasını nəzərə alsaq, razılaşarıq ki, batini sirləri bilən və axirətdə gələn bu türk bəyi öləndən sonra, ruhu göyə qalxaraq, göydəki Dünya ağacının sahibinə cevriləcəkdir.

İnama görə, Əhdi-Ətiqdə - Misir, Assur ölkəsi, Avropa mifologiyasında isə İqdrasil adlanan “Dünya ağacı”nın başında Allahının (Odin-Azər/Asar) evi olmuşdur. Bu ağacın altındakı mağarada isə Qlar (Gilar) adlı əjdaha yatır. Rəvayətlərə görə, İsa peyğəmbər də ağacın altında olan mağarada doğulmuşdur ki, bu da İqdrasil ağacının altındakı Qlar mağarası mənasındadır. Digər tərəfdən, mənbələrə görə, İqdrasil Dünya ağacının üç kökü vardır ki, bunlar da Asqard, Midqard və Nifliem adlanır. Burada Nifliem yeraltı dünya, Midqard – insanların yaşadığı orta dünya, Asqard isə Allahların Göydəki evi hesab edilir. Lakin bu üç köklü ağac mənbələrdə üç ayaqlı uzunqulağ kimi də göstərilir və Əhdi-Ətiqə görə Hz. İsa axirətdə məhz uzunqulağ üstə gələcəkdir (Библия, Захар. 9:9-10).

IX əsrə aid “Bundaxişn” kosmoqonik pəhləvi yazısında bu uzunqulağ, Frahvkard dənizinin ortasında dayanmış üçayaqlı kosmik varlıq kimi təsvir olunur. Onun altı gözü, doqquz ağzı, iki qulağı, bir buynuzu, göy başı, ağ bədəni, ruhani qidası var və o mömindir... O Özü Xunbənd dağı boydadır və hər üç ayağı elədir ki, o yerdə duranda, min qoyun bir yerə yığışanda onun altından keçə bilir. Dırnaqları arasında öz ilxısı ilə min insan yerləşə bilər. Qulaqları ilə isə bütün Mazandaranı örtə bilər və s. (Бундахишн, XIX böl., “О трехногом осле”, sayt: http://blagoverie.org/tradition/pehlevi/bundahishn/bund18-19.phtml#p19). İran mifologiyasında, Avestada bu uzunqulağ Xər/Xərə adlanır ki, o okeanın ortasında durmuş mifik obrazdır (В. Ю. Крюкова, “Приводные” существа и трехногий осел xara - в зороастрийской мифологии”, sayt:  http://www.kunstkamera.ru/files/lib/978-5-88431-211-1/978-5-88431-211-1_05.pdf). Mətnlərdə, eyni zamanda yer kürəsinin üçdə biri boyda olan kosmik insandan və onun dirilməsi ilə bağlı yaradılışdan danışılır ki, bu da Xər rəmzinin bilavasitə Kamil İnsanın, dünyanı idarə etməsi üçün yaratdığı kosmik varlıq mənasında olması deməkdir. Bu isə Xər uzunqulağının - “Kainat atı”nın digər variantı olması deməkdir. Əgər Rəhman Allah “Kainat atı”nı, dünyanın yaradılışı zamanı, dünyanı axirətədək idarə etmək üçün yaratmışdısa, Xər uzunqulağı - axirətdən sonrakı dövrlərdə dünyanı idarə etmək üçün yaranacaq kosmik varlıqdır. Deyimlərdə Xər uzunqulağının türklərə aid edilərək – “Türki-Xər” adlandırılması da axirətdə gələcək İsa (Xər-Xoris/Xristos) peyğəmbərin məhz türk olmasına işarədir.

Tövratda uzunqulaq obrazı İbrahim peyğəmbərin Həcərdən olan oğlu İsmailə də şamil edilir: “Və Allahın mələyi ona (Həcərə) dedi: “Sən hamilə qalacaqsan və oğul doğacaqsan və onu İzmail adlandıracaqsan, çünki Allah sənin kədərini eşitdi. Və o “Pere Adam” kimi – onun əli hamıda, hamının əli onda olacaq və o öz qardaşları ilə üz-üzə yaşayacaq” (Библия, Быт.16:11-12). Buradakı “Pere Adam” rəmzi sufizmdə “Pir-Adəm”, yəni “firon Atum Allahı” mənasını verirsə də, yəhudi dilində bu “vəhşi uzunqulaq” mənasındadır. Bu isə o deməkdir ki, axirətdə gəlməli olan İsa peyğəmbərin obrazı məhz İbrahim peyğəmbərin oğlu İsmailin obrazıdır. Tövrata və digər mənbələrə görə, İsmail Faran səhrasında yaşayırdı və məhz buradan Mehdi mənasında olan Allahın nuru yayıldı (Библия, Быт.21:20-21, Втор.33:2). Avvakum peyğəmbər də bu haqda yazır: “Femandan Allah və Faran dağından müqəddəs gələcək. Onun böyüklüyü Göyləri və onun şöhrəti isə yerlərlə dolacaq” (Библия, Авак. 3:3). Belə çıxır ki, axirətdə gələcək Mehdi məhz Faran dağından zühur edəcəkdir. Faran rəmzi isə efir mənasındadır ki, bu İlahi od da Cəbərut aləmində qorunur və s.

Bütün bunlar onu sübut edir ki, Hz. İsa Azəri türk bəgi olmuşdur. Daha dəqiq məlumatlar və təkzibolunmaz faktlar isə, müəllifi olduğum “Batini-Quran” kitabım və məqalələrimdə verilmişdir.

 

                                                                                       Firudin Gilar Bəg

                                                                                              www.gilarbeg.com                                                                                                                                   

 

   




Tarix:      www.gilarbeg.com Saytı