Adəm və Həvva haqqında ağlasığmaz həqiqətlər


Sufizmdə Ba ruhunun Hu ilkin materiya ilə vəhdəti “Ba-Hu” adlanır ki, bu da Bəqa səviyyəsini bildirir. Qədim Misir yazılarında Bəqa/Boq [BQ] rəmzi Qeb [QB] kimi də yazılırdı və bu da Bəqa səviyyəsində göydə yaradılmış Qeyb aləmi deməkdir. Qeyb/Qeb aləmi Atum Allahının bədənində olduğu üçün yəhudi mənbələrində İeqova (Ya-Qeb), yəni Qeb/Qeyb rəmzi də Allah mənasını verirdi. Yahve [Y-HV] rəmzi də İeqova/Həvva [QV/HVV] rəmzi kimi Qeb və Baq rəmzləri ilə eyni mənalıdır. Bu isə o deməkdir ki, yəhudilərin Yahve Allahı elə rus və iranlıların Boq/Baqa Allahıdır. Türklər isə məhz bu Yahve/Boq Allahını Bəg adlandırırlar. Qədim İran mənbələrində bəglər adətən farbaq və ya farnbaq kimi qeyd olunurlar ki, bu da pirbəg və fironbəg deməkdir (М. Бойс, «Зороастрийцы», М., 1987, səh. 150). Belə çıxır ki, yəhudilərin, iranlıların, rusların və s. xalqların Allahları - qədim Misirdə pirao, yəni pir adlandırılan və “Böyük Ev” mənasını verən türk Bəgidir. Buradakı ev də, Bəqa səviyyəsində göydə yaradılan Qeb/Qeyb aləmi mənasında Adəmin bədənini bildirir. Deməli, “Adəmin arvadı Həvva” dedikdə, batini mənada - Allahın yerdəki qulları sayılan firon-bəglər nəzərdə tutulmalıdır. Qədim Misir yazılarında ölkə başçısı Xeka/Xak (Xaqan), yəni Haq – Allah, onun qulları isə baka/bəqa adlanır ki, bu da bəg deməkdir («История Древнего Востока», М.,1988, том II, səh. 338). Buradan isə belə nəticə çıxarmaq olar ki, Tövrat kitabında adi insanların yox, qədim Misir Allahlarının, pirlərinin, bəglərinin yaradılması qeyd olunub və Adəm, Həvva dedikdə də Allah və onun yerdəki müqəddəsləri olan bəglər nəzərdə tutulmalıdır.

Bəg rəmzi mənbələrdə “yabqu” (Ya Bəg) formasında karluk şahlarının titulu sayılırdı. Kaşqari, türk dünyasının şərqində yerləşən Yabaku tayfasından söz açır ki, Çin və digər mənbələrində bu tayfa – xallux, qolelu, kololu və s. adlanırdı. Mənbələrə görə, şərqi karluklar gellərdir və alimlərin çoxu gelləri və qelolu tayfasını karluk hesab edirdilər (L. Qumilyov, “Qədim türklər”, B., 1993, səh. 100, 473). Sufizmdə karluk rəmzi, türklərin ölüm şahlığının xaqanı olan “Erlik” (Gelar) rəmzi ilə eynidir və altayların inamına görə Erlik (Cəlair) insanlara şamanlığı və qamlamanı öyrətmişdir. Yazılanlara görə, Talas (Talış) şəhəri onunla tanınmışdır ki, karlukların Yabqusu (bəgi) burada yaşamış və burada da “Altayın hökmranı” elan olunmuşdur (orada, səh. 428). Karluk rəmzi sufizmdə həm Qor-İlah, yəni Qor Allahı mənasını verir və həm də Herakl/Gelark rəmzləri ilə eyni mənalıdır. Qolelu/kololu rəmzlərinin – “İlahla vəhdət”, “Allaha qovuşmaq” və s. mənalarını verən “xulul” (xəlil) rəmzi ilə eyniliyi onu deməyə əsas verir ki, karluklar – sufi silsiləsinin bəqa səviyyəsinə yüksəlmiş və İlahla vəhdətə nail olmuş pir Amonun nəslidir. Buradakı Altay [LTY] rəmzi isə, sufizmdə “Ya Tala” [LTY] mənasında “Ya Ata Eli” fikrini ifadə edir. Ata (Teo/Dia) rəmzi qədim fəlsəfədə yaradıcı Allah mənasında işlənmişdir və Tala dedildə də “Allah Eli” fikri nəzərdə tutulmalıdır. Deməli, Altay deyəndə, “Allah Talanın eli” təsəvvür olunmalıdır ki, bu rəmzdən yaranmış Talas rəmzi də “Allah ruhu” fikrini bildirir.  

Rəvayətə görə, Xallux – Tuquzquz (Doqquz-Oğuz) ölkəsinə keçəndən sonra Yabaku, onun tayfası isə Yabaqu-xallux adlanmağa başlandı (В. В. Бартольд, «Сочинения», том VIII, М., 1973, səh. 42). Doqquz-Oğuz rəmzi qədim Misir yazılarında “Enneadanın doqquz Allahı” mənasında Atum Allahını bildirir. Oğuz rəmzi isə qədim Misirdə “KZ” kimi yazılaraq – “həyat enerjisi” mənasında ilkin materiyanı (yunan. Xaos) bildirirdi. Deməli, Xalluxun Doqquz-Oğuz ölkəsinə keçməsi, pir Amonun ruhunun Atun Allahının-Adəmin bədəninə köçməsi və onu canlandırması mənasındadır. İbn Xordadbehin yazıdığına görə, Tuquzquz (Doqquz-Oğuz) şahının, hündürlükdə qurulmuş və yüz nəfər tutan qızıl çadırı olmuşdur (Ф. М. Асадов, «Арабские источники о тюрках в раннее средневековье», Б., 1993, səh. 129, 131). Bu isə o deməkdir ki, göydəki Qeyb aləminin yerləşdiyi Adəmin bədəni burada – “hündürlükdə qurulmuş çadır” kimi rəmzləndirilmişdir. Tövratda bu çadır – “Vəhy çadırı” adlanır və onu Musa peyğəmbər, göydən gətirdiyi İlahi oddan yaratmışdır. Oğuznamədə isə Oğuzun “Muz” dağında qurduğu bu çadıra göydən işıqla bir qız düşmüş və Oğuz bu qızla evlənmişdir.

Araşdırıcı alim S. P. Tolstov yazır ki, Oğuzun “kişi stixiyası” - ünsürü (birinci arvadı) və “su stixiyası” (ikinci arvadı) ilə izdivacından Kainat yaranmışdır (M. Seyidov, “Azərbaycan mifik təfəkkürünün qaynaqları”, B., 1983, səh. 26). Rəvayətlərdə də Oğuzun bilavasitə göylərlə bağlı olması, onun – sufilərin “Hu” adlandırdığı ilkin materiyanın rəmzi olması deməkdir. İnsan ruhunun bu ünsürlə vəhdəti isə xulul (qolelu) adlanır ki, Xallux rəmzi də bu mənada Xəlil və Allah, yəni “ilkin materiya ilə vəhdət təşkil edən insan-Allah” deməkdir. Buradan isə belə nəticə çıxarmaq olar ki, Yabaqu-Xallux, yəni Bəg-Xəlil nəsli – qədim Misirin Qor fironlarının nəslidir. Oğuz ölkəsinə başçılıq edən yabqu - Kulerkin [KLRKN] adlanır ki, erməni mənbələrində bu rəmz Gelarküni (GLRKN) kimi qeyd edilir (F. Sümər, “Oğuzlar”, B.,1992, səh. 72). Bu isə onu deməyə əsas verir ki, Adəmin arvadı Həvva dedikdə, Allahın yerdəki nəsli olan Gel elinin sufi müqəddəsləri nəzərdə tutulmalıdır.

Sufizmdə bütün sufi müqəddəsləri - Allahın yerdəki “yarı”, “sevgilisi”, “dostu” hesab edilir. Burada, tərikə yolunu gedən mürid, “fəna” fazasına (fəna fiş-şeyx) qədəm qoyduqda, kamil iradəsi (iradat) və məhəbbətinə (eşq) görə ustadına, yəni Allaha tam cəzb olunur. O, (sufinin ruhu) Allahla iradələrinin (istəklərinin) birləşməsinə görə, Allahın varlığında yox olur və hər yerdə ancaq onu görür. Sufilərdə “sevgili” dedikdə - Allahı, Məhəmməd peyğəmbəri sevmək, onlara böyük məhəbbət başa düşülür. Sufilərin çoxu özlərini “sevgili” (mühibb, aşiq) və ya “yar”, “dost” adlandırırdılar. Ustada, yəni Allaha bu qeyri iradi sevgi – sufilərdə İlahi vergi sayılan ürəklə (“dəl”) bağlıdır və ustad çox vaxt “ürək dostu” (“sahibdil”, “əhli-dil”) və s. də adlandırılır. Deməli, pir Amonun törəmələri olan sufi pirləri – yerdə Amon Allahının sevgilisi, yarı, arvadı obrazlarındadırlar.

İlah, yəni ilkin materiya hər şeyi yaradan, “doğan” olduğu üçün, qədim müdriklər onu qadın rəmzi kimi qəbul etmişlər. Ruh da ilkin materiyanın bir “damlası”dır və buna görə, o da qadın rəmzi kimi qəbul edilmişdir. Naq Xammadidə tapılmış kitabxanadakı “Ruhun təfsiri” əsərində bu xüsusi vurğulanır. Bütün müqəddəslər Allahın Ba ruhunu daşıdıqlarına görə, yəni onlar “fəna” və “bəqa” səviyyəli doğulduqları üçün, mənbələrdə qadın kimi də qeyd olunurlar. Qurana görə də peyğəmbərlər nəsli - qadın rəmzi kimi rəmzləndirilmiş mələk nəslidir. Adəmin ilkin materiyadan, yəni nurdan yaradılmasını nəzərə alsaq, razılaşarıq ki, onun qabırğasından Həvvanın yaradılması -  müqəddəslər nəslinin də, dirilik suyu mənasında olan ilahi nurdan yaradılması deməkdir. Azərbaycan seyid-pirlər bu gün də iddia edirlər, onlar adi insan deyillər. Çünki Allahın nurundan yaradılmışlar.

İran mənbələrində qadın rəmzi ilə bağlı olan sufi pirləri “qadına bənzər” enareylər adlandırılırdılar. Kahin xalatları geyən bu müqəddəslər mənbələrdə professional skif/sak kahinləri hesab olunurdu. İsrailin Levit qolu ilə eyni xüsusiyyətdə olan enareylər mənbələrdə ayrıca tayfa kimi göstərilir. Adi insanlar, əlahiddə qüdrətə sahib olan bu şahlar nəslinin törəmələrindən çox qorxurdu. Onların qadına bənzərliyi isə, dini qanunların tələbinə uyğunluğu ilə əsaslandırılırdı (Энареи – скифские жрецы, http://ts-mysli.narod.ru/enarei.html). Maraqlı haldır ki, bu gün də seyid-peyğəmbər nəslində doğulan kişilərin içində ombası, tazı böyük olanlara rast gəlinir ki, qadına bənzərlik də məhz bu mənadadır. Skiflər özləri bu qadına bənzər kahinləri amazonkalar adlandırıdı. Herodot (IV/110) isə amazonkaları – “eor-pati” kimi qeyd edir ki, onların kimliyini təyin etmək üçün bu rəmzinin açılışı kifayətdir.

Qədim Misir yazılarında “eor-pati” adı – “iri-pati” kimi keçir. D. Rolun yazdığına görə, qədim Misir yazılarında fironlar arasında yaşayan bir qəbiləni (ailə) ifadə etmək üçün xüsusi kollektiv ad var idi ki, bu da Patu (Pat sözündən) idi. Bütün bu ailəyə aid olanlar “iri-pati” [R-PT] adlanırdı ki, bu da “Patın törəmələrindən biri” mənasını daşıyırdı. Pat, piramidanın ilkin mətnlərində artıq Qorla assosiasiya olunurdu və bu şahların yerdəki təcəssümü sayılırdı. Özünün bu nəslə, yəni Qor-fironlarına aid olduğunu sübut edən hər kəs yüksək vəzifə tuturdu (Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, М., 2002, səh.388, 389). Əgər biz nəzərə alsaq ki, “iri-pati” [R-PT] rəmzi “eor-pati” [R-PT] rəmzi ilə eynidir, razılaşarıq ki, amazonka deyəndə, Yapet/Yafət əsilli olan Misir fironları nəzərdə tutulmalıdır. İri-pati rəmzi sufizmdə Ər-Yafət mənasını verir və erməni mənbələrində bu rəmz Yafət-Aran kimi qeyd olunaraq, Sisaka/Sisakan nəsli olan Gel elinə (Gelarküni) aid edilir. Deməli, “eor-pati”, yəni Yafət-Ərən nəsli bilavasitə Amon Allahının yerdəki törəmələri olan pirlər – fironbəglər nəslidir ki, mənbələrdə onlar Oziri Allahının, yəni Azərin nəsli sayılırlar.

Yustin bildirir ki, amazonkalar albanlarla qonşuluqda yaşayırlar (Yustin, XLII:3/7). Pompey Mela Amazon adını – Qafqaz dağının adı kimi çəkir. Strabona görə isə, amazonkalar Albaniyanın üstündəki dağlarda yaşayırlar (Strabon, XI:5/1). Mənbələrdən bilirik ki, Silvi şahlarının banisi öləndən sonra Allaha çevrilmiş və Alban dağlarındakı şəhərin üstündə qərar tutmuşdur (Дж. Фрезер, «Золотая ветвь», M.1986, səh.147). Bu isə o deməkdir ki, amazonka adlandırdığımız müqəddəslər nəsli - qədim Albaniya, indi isə Azərbaycan ərazisi göylərində qərar tutmuş Adəmin – Allahın yerdəki “sevgililəridir”. Tövratda, Allah öz seçilmiş Levit nəslinə deyir: “Mənim qarşımda müqəddəs olun, çünki Mən müqəddəs Allaham və Mən sizi digər xalqlardan ayırdım ki, mənim olasınız” (Библия, Лев. 20:26). Ərazi kimi isə Allah Qalaadı – “Mənim Qalaadım” adlandırır ki, bu da Allahın sevgililəri olan Levitlərin Qalaadda – Gel elində yaşamaları deməkdir.

İslamda Allahın sevililəri Əlhi-Beyt adlandırılır ki, bu da Allah Evində - Əl-Beytdə yaşayanlar deməkdir. Sufizmdə Əl-Beyt [LBT] rəmzi Levit [LVT] rəmzi ilə eyni mənalıdır. Allahın müqəddəs torpağı olan Qalaad isə İslamda ifrat batini şiələrin yurdu olan Gelat elidir. Gelat/Qalaad rəmzi Quranda Xüld kimi qeyd olunur və Adəmin bədənində yaradılmış cənnət də burada “Xüld cənnəti” adlandırılır (Quran, 25:15). Bu isə o deməkdir ki, Həvva nəsli - sufi pirlərinin Gelat-Gel ərənlərinin nəslidir.

 Gel/Gelat rəmzi ən qədim mənbələrdə Gilqameş və Heraklla bağlı qeyd olunur. Herodota (IV/8) görə, Herakl, Gerionun öküzlərini qovaraq Gileyaya (Gel) gəlir və burada itirilmiş atlarına görə, yarıilan-yarıqadın Yexidna ilə cütləşir və ondan “ilandan doğulmuşlar” (midiyalılar, marlar) yaranır. Moisey Xorenatsi, “Ermənistan tarixi” kitabında ilandan doğulmuş midiyalıları, yəni mar-amoreyləri – “əjdahadan doğulmuşlar” adlandırır. Mar, amoreylər isə bizlərə seyid-bəglər kimi məlumdur ki, bu gün də onların adlarının qarşısında “mir”, yəni “MR” rəmzi dayanır. Bu rəmzi isə qədim Misirdə, “göyə qaldırılan torpaq”, yəni cənnət mənasını verirdi ki, cənnət əhli də məhz – Babil qülləsini tikən bu amoreylər - seyid-bəglər sayılmalıdır.

Digər tərəfdən,  psevdoqnostik İustinin sistemində “ilandan doğulmuşlar” rəmzi mistik məna daşıyır. İppolit, İustinin doktrinasını Herodotun Herakl haqqındakı rəvayəti ilə əlaqələndirir. Yəni burada Herakl rolunda Allah, Yexidna rolunda isə Edem, İzrail çıxış edir və onların izdivacından xəbər gətirən mələklər nəsli yaranır (Refutatio, V, 28.). Bu isə o deməkdir ki, “ilandan doğulmuşlar” adi nəsil yox, ilan rəmzli ilkin materiyadan yaradılmış mələklərin nəslidir. Rus və digər dillərdə mələk mənasında olan “angel” rəmzi də, “Yevangel” rəmzi kimi Gel rəmzindən yaranmışdır ki, məhz burada Herakl Yexidna ilə cütləşmişdir. Deməli, yəhudi, xristian və islam mələkləri – elə Gel/Gelat pir-ərənləridir. Biz bu mələklər nəslini – “sorxsər bidin mülhidləri” kimi, yəni Şah İsmail Xətainin qızılbaşları kimi tanıyırıq.

Quranın otuz beşinci surəsi “Fatir” surəsi adlanır ki, Quranın dəqiq tərçüməçisi İ. Y. Kraçkovski bu rəmzi “mələk” kimi tərcümə etmişdir. Fatir surəsinin birinci ayəsində rəsullar, elçilər mələklərə bərabər tutulur və bu da elə hamısının bir nəsli olması deməkdir. Fatir [FT/PT-R] sözü “Fat” və “İr”  rəmzlərindən ibarətdir və buradakı Fat rəmzi Pat, yəni qədim Misirin Pta Allahı, İr isə Ər (Ra) mənasındadır. Belə çıxır ki, Fat-İr mələkləri Ər-Pat, yəni Ər-Yafətin törəmələridir. Digər tərəfdən, Ər-Yafət mənasında olan Fat-ir rəmzini biz eor-pati kimi oxuya bilərik ki, bu da amazonkalar deməkdir. Bu isə onu göstərir ki, islam mələkləri elə Misir fironlarının nəsli olan amazonkalar mənasındadır. Deməli, mələklər nəsli olan sufi müqəddəsləri - Həvva rəmzində Allahın yerdəki sevgililəridir. Seyid-peyğəmbərlərin möcüzə göstərmək qabiliyyəti də Allahın yalnız onlara verdiyi İlahi nur hesabına baş verir.

Bütün bunlar o deməkdir ki, Adəm və Həvvanın obrazı – Allahın və onun yerdəki müqəddəsləri olan padişahlar və peyğəmbərlər nəslinin obrazlarıdır. Burada adi insanın yaradılışı nəzərə alınmamışdır. Çünki, bütün qədim fəlsəfələrdə adi insan heyvana bərabər tutulur və yazılarda qeyd olunmağa layiq görülmürlər. Bu haqda mən – “Allah - türkləri, onlar isə insanı yaratdılar” adlı məqaləmdə geniş yazmışam (http://gilarbek.blogspot.com/2013/12/allah-turklri-nlar-is-insan-yaratdlar.html).

 

Firudin Gilar Bəg

 

   




Tarix:      www.gilarbeg.com Saytı