KİTABLARIM, BOOKS
"Quş dili"ndə yazılmış yeganə kitab - “Batini-Quran” (I hissə)
“Batini-Quran” kitabı öz mənbəyini İslamda “Batini cərəyanı” adlandırılan və İbrahim peyğəmbərin Həcərdən olmuş oğlu İsmailin gizli elmindən götürmüşdür. Qurana görə İsmail, atası İbrahimlə birlikdə Beytin təməlinin yüksəlməsində iştirak etmiş və buna görə də qədim sirləri bilmişdir. İsmailin “batini” elmi də bu mənada ismaililərin (nizarilərin) elmi kimi qəbul olunmuşdur ki, onlara bu ad dinin qədim sirlərini bildikləri üçün verilmişdir. Ümumiyyətlə, İsmailiyə ideologiyasının əsasını təlimin iki istiqaməti təşkil edir ki, bu da adi insanlar üçün nəzərdə tutulmuş “zahiri” və yalnız seçilmişlər (xass bəglər), yəni Quranda “anlayan tayfa” adlandırılan aqillər nəsli üçün olan “batini” təlimidir. “Batin” adı –Allahın 99 şərəfli adlarından biridir və “örtülü”, “gizli” deməkdir. Onun əksi isə hamıya məlum olan “zahir”dir (aşkar). İsmailiyənin gizli olan batini hissəsi alleqoriyalarda gizlənmiş gizli mənanın – həriflərin və rəqəmlərin mistik izahı ilə bağlıdır.Azər Allahının tarixi
Bu kİtab, Bütün Allahların Atası və Ağası, hər İkİ torpağı öz nuru İlə İşıqlandıran və bu torpaqların taxt-tacının hökmdarı, həqİqətlə yaşayan, əzəlİ, sİrlİ təzahürlü İlk yaranış, öz-özünü yaratmış müqəddəs Allah, çağırana gələn, yalvarana rəhİmlİ olan əbədİ Böyük Allah, Onu ürəyİndə qəbul edənİn gözəl müdafİəçİsİ, yerİ və göyü düzəltmİş şahlar Şahı, Böyük Atam, sahİb əz-zəman Azər və Əsəd Oğlu DƏDƏM QORQUDUN qayıdışına həsr olunur.